Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1726/2021 06.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının acılması, otaqdan istifadə hüququna xitam verilməsi və otaqda olan ona məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh 23 oktyabr 1999-cu il tarixdə oğlu Həmidov Akif Qüdrət oglu ilə rəsmi nikahla ailə quraraq, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin düşmüşdür. Birgə nikahlarından 2 qız övladları dünyaya gəlmişdir. 21 yanvar 2009-cu il tarixdə oğlu ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli qətnaməsinə əsasən X5 və X3 azyaşlı qızı ilə birlikdə ona məxsus evin ikinci mərtəbəsindəki bir otağa köçürülməklə həmin otaqda onlara yaşamaq hüququ verilmişdir. Məhkəmənin həmin qətnaməsindən sonra boşananadək yəni 2009-cu ilədək onlar sözügedən evdə yaşamış boşandıqdan sonra sabiq gəlini özünə məxsus konkret adlarını bilmədiyi əşyaları bu otaqda saxlayaraq qapını bağlayıb oğlunu da otaqdan çıxarmış özü isə uşaqlarından birini öz anasının yanıda qoyaraq, Türk vətəndaşı ilə ailə quraraq, Türkiyəyə köçmüşdür. On ildir ki, həmin otağın qapısı bağlıdır. Həmin otaqda cavabdehin cehiz əşyaları var. Bu yaxınlarda nəvəsinin toyu olmuş və cavabdeh toya gəldikdə həmin otağın qapısını açmışdır. Hətta qapının kilidi köhnəldiyinə görə çətinlik çəkərək qapını açmışdır. Evə baxdıqda evin üstü çürüyərək yagış buraxdığından pəncərəsinin, döşəməsinin cürüdüyünü, evin uçmaq təhlükəsi olduğunu görmüşlər. Halbuki o, həmin otağı cavabdehə verəndə otaq təmirli olmuşdur. Öz oğlu isə başqa evdə kirayədə yaşayır. Uzun müddətdir ki, cavabdeh Türkiyə Respublikasında yaşadığından həmin otaqdan istifadə etmir. Cavabdeh bu evdən istifadə hüququna ehtiyacı yoxdur. Buna görə də cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsini və cavabdehin əşyalarının evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 27 fevral 1991ci il tarixli qeydiyyat vəsiqəsinin və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli, 2-127/2000 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar Cavabdeh və X2 Günay adlı azyaşlı qızı ilə birlikdə cavabdeh İddiaçı məxsus olub, ünvan 3 ünvanda yerləşən otağa köçürülməsi və həmin evdə onlara yaşamaq hüququ verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 21 yanvar 2009-cu il tarixli, 2(075)-19/2009 saylı qətnamsinin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 1999-cu il tarixli nikahın pozulması, uşaqları X4 və X1 Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı aydın oldu ki, Cavabdeh 23 oktyabr 1999-cu il tarixdə iddiaçının oğlu X7 oglu ilə rəsmi nikahla ailə quraraq, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin düşmüşdür. Birgə nikahlarından onların 2 qız övladları dünyaya gəlmişdir. 21 yanvar 2009-cu il tarixdə iddiaçının oğlu ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli qətnaməsinə əsasən X5 və X3 azyaşlı qızı ilə birlikdə iddiaçıya məxsus evin ikinci mərtəbəsindəki bir otağa köçürülməklə həmin otaqda onlara yaşamaq hüququ verilmişdir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan hüquqi münasibət 1999-cu il tarixdə yaranmışdır. Buna görə də hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı cavabdehlə birlikdə həmin evdə 10 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş, buna görə də cavabdeh evin ailə üzvü hesab edilməlidir. Formalaşmış hüquqi mövqeyə görə hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən əvvəl yarandığından həmin münasibətlərə həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə birlikdə mübahisə predmeti olan evdə qeyd-şərtsiz yaşamış, iddiaçı ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Bundan başqa iş materiallarından da görünür ki, Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000ci il tarixli, 2-127/2000 saylı qətnaməsi ilə Cavabdeh və X2 Günay adlı azyaşlı qızı ilə birlikdə cavabdeh İddiaçı məxsus olub, ünvan 3 ünvanda yerləşən otaqda onlara yaşamaq hüququ verilmişdir. Buna görə də cavabdeh həmin evdən öz iradəsinin ziddinə olaraq iddiaçı tərəfindən çıxarıla bilməz. Bu əsasla məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının acılması, otaqdan istifadə hüququna xitam verilməsi və otaqda olan ona məxsus əşyaların çıxarılması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının acılması, otaqdan istifadə hüququna xitam verilməsi və otaqda olan ona məxsus əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1726/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1726/2021
06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver