Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1743/2021 21.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsi, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN- 317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi, Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı1 əvvəlki məhkəmə iclasında izahat verməklə iddianı müdafiə etməsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 11 iyul tarixli 54 saylı qərarı ilə verilmiş sərhəd daxilində 14.59 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 5 nəfər ailə tərkibi olmaqla İddiaçı1 verilmişdir. Qeyd edilən sənəd 12821 nömrə ilə 25 dekabr 1999-cu il tarixli qeydiyyat ilə qeydiyyat kitabında qeyd edilmişdir. Həmin torpaq sahəsindən 2019-cu il tarixədək maneəsiz istifadə etmişlər. Torpaq sahəsinin illərdir vergisini ödəməş və əkib-becərmişlər. Torpaq sahəsi 5 nəfər ailə üzvünə verilmişdir. Ataları İddiaçı1 2.9 ha, o cümlədən, digər ailə üzvlərinin hər birinə 2.9 ha olmaqla, ümumilikdə 14.59 ha torpaq sahəsi verilmişdir. İddiaçı3 İddiaçı1 arvadıdır. Bu torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlakdır. Ailə olaraq 2019-cu ilin sonunadək bu torpaqdan istifadə etmiş, əkib-becərmiş, vergisini vaxtı-vaxtında ödəmişlər. 2019-cu ilin sonunda torpaq sahəsini özəlləşdirmək istəyərkən müvafiq quruma müraciət etdikdə onlara məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq, məlumatları olmadan X8 adına rəsmiləşdirilmiş və X8 adına 19 may 2005-ci ildə, 148 saylı dövlət aktı qeydiyyat kitabında qeydə alınmış, JN-317 saylı, kod 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunu bildikdən dərhal sonra X10 və ƏMDK vanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0317, kod ********* saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(075)-93/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(107)-181/2021 saylı qətnaməsi ilə onlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən onlara məlum olmuşdur ki, torpaq sahəsi hərrac vasitəsi ilə özgəninkiləşdirilmişdir. İddiaçı X19 Abad Rəşidin cavabdehlər İddiaçı1 və X6 qarşı borc müqaviləsi üzrə pul tələbinə və dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası olmuş, Səbail Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli, 2-272/2003 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, daha sonra ərizə əsasında qiyabi qətnamə ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılmış, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 saylı qətnaməsinə əsasən İddiaçı1 ********* manat, X5 78000000 manat alınıb X17 Abad Rəşidə verilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2- 272/2003-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu Sanca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə X8 adına qeydə alınmışdır. Yəni müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi qətnamənin icrası zamanı torpağın hərraca yönəldilməsi vasitəsi ilə özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, torpaq sahəsinin özəlləşməsinə əsas olmuş hərrac tam qanunsuz olmuşdur. Qanunsuz olaraq həmin torpaq sahəsi Cavabdeh1 və qeyrilərinin mülkiyyətindədir. Qanunsuzluqlar aşağıdakılarda ifadə olunur: 1) hərracın nə vaxt, harada, necə keçirilməsi barədə heç birisinin məlumatı olmamışdır. Yəni, ümumiyyətlə, hərrac barədə məlumatları Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən olmuşdur. Bununla da icra hərəkətləri aparılarkən kobud surətdə “İcra haqqında qanunu”nun, “Hərrac haqqında qanunu”nun, Mülki Məcəllənin tələbləri pozulmuşdur. 2) həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Torpaq sahəsinin 1/2 hissəsi İddiaçı3 mülkiyyəti hesab edilir. İcra məmuru yalnız həmin torpaq sahəsinin yarısına borcun tutulmasını yönəldə bilərdi. Bütünlüklə, torpaq sahəsini hərraca çıxara bilməzdi. 3) bu torpaq sahəsi verilərkən digər ailə üzvlərinin X3, İddiaçı2, İddiaçı5, o cümlədən İddiaçı3 payları mövcud olmuşdur. Torpaq hərraca çıxarkən artıq bu şəxslər yetkinlik yaşına çatmış olmuşlar. Bu şəxslərin hər birinin 2.9 ha ölçüdə payları mövcud olmuşdur. Bunu təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Torpaq hərraca məlumatları olmadan çıxarılarkən yuxarıda qeyd etdiyi şəxslərin payları nəzərə alınmamışdır. İcra məmuru torpağın yalnız İddiaçı1 payına münasibətdə hərraca çıxara bilərdi. Digər payçıların torpaq sahələrinin hərraca çıxarılması qanunsuz olmuşdur. Yəni başqa fiziki şəxsin borcuna görə digər payçılar torpaqlarından məhrum olunmamalı idilər. İş üzrə məhkəmə qətnaməsi mövcuddur ki, həmin qətnaməyə əsasən İddiaçı1 pulun tutulması qət edilmişdir. İddiaçı1 borcuna görə digər mülkiyyətçilər də öz torpaq paylarından məhrum olmuşlar. İcraçı İddiaçı1 borcuna görə digər mülkiyyətçilərin hüquqlarını kobud surətdə tapdalayaraq, onların torpaqlarını hərraca çıxarmaqda qanunsuz hərəkət etmişdir. Nəticədə İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər biri 2.9 ha ölçüdə olan pay torpaq sahəsindən, eləcə də İddiaçı3 birgə nikah dövrübdə əldə edilmiş əmlak kimi mülkiyyət hüququndan məhrum olunmuşlar. Onlar torpağın hərrac yolu ilə satılmasını Şəki Apellyasiya Məhkəməsində bilmişlər. Hətta Ali Məhkəməyə şikayət edərkən Şəki Apellyasiya Məhkəməsinə müraciət edib kserosurət olaraq əldə etmişlər. Ona görə də 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu etibarsız hesab edilməli, hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla torpaq sahəsinin 13 ha miqdarında verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilməli, qeyd edilən dövlət aktı nəticəsində Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr çıxarışı ləğv edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun heç kəsə borcu olmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsində tərəf kimi çıxış etməmiş, bu barədə məlumatlandırılmamışdır. Nə X17 Abad Rəşidi, nə də hazırkı iş üzrə cavabdehləri tanımır. 2019-cu ilədək torpağı özləri əkibbecərmiş, torpaqla bağlı subsidiya almışlar. Əgər torpaq onların deyildisə, necə subsidiya ala bilərdilər. Bundan başqa özü və ailə üzvləri heç bir sənədə qol çəkməmiş, hərrac barədə də məlumatları olmamışdır. Torpağın özgəninkiləşdirilməsi ilə bağlı bütün sənədləşmələr qanunsuz aparılmışdır. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin arxivinə də müraciət etmiş, barəsində hər hansı mülki iş olmadığı bildirilmişdir. Onların ailəsi həmin torpaqdan əldə etdikləri qazancla dolanır. Ona görə də bütün bunların nəzərə alınmasını, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh1 03 sentyabr 2021-ci il və 21 oktyabr 2021-ci il tarixlərdə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və yalnız yalanlardan ibarətdir. Belə ki, həmin iddiaçılar bundan əvvəl də ona və digərlərinə qarşı Şəki Rayon Məhkəməsində anoloji iddia tələbi ilə iddia qaldıraraq onun mərhum atası X8 adına olan və sonradan onun adına keçən torpaq sahəsi ilə əlaqədar Dövlət aktının və dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia qaldırmışlar. Şəki Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçılar tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bütün qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğu halda iddiaçıların yenidən eyni tələblərlə məhkəməyə müraciət etməsi təəccüb doğurur. İddiaçıların bundan əvvəlki iddia tələblərinə məhkəmədə baxılarkən iddia tələblərinin əsaslılığı ilə əlaqədar arqumentlərinin tamamilə yalandan ibarət olduğu sübut olunmuşdur. Belə ki, əvvəlki iddia ərizəsində göstərilirdi ki, guya iddiaçılara torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 14.59 ha torpaq sahəsindən 13 hektarının onun mərhum atası X10 hərracla satılması barədə heç bir məlumatları yoxdur. Daha sonra qeyd olunur ki, JN-0317 kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında həmin dövlət aktının Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsi əsasında verildiyi göstərilsə də, guya Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsi mövcud deyildir. Həmin yalanları təkzib etmək üçün nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Səbail Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli qiyabi qətnaməsi və 11 iyun 2003-cü il tarixli qətnaməsinin əsli təqdim olunmuşdur. 07 aprel 2003-cü il tarixli qiyabi qətnamədə göstərilmişdir ki, “İddiaçı1 156.000.000 (yüz əlli altı milyon) manat, X5 78.000.000 (yetmiş səkkiz milyon) manat alınıb X21 Abad Rəşidə verilməsi qət edilmişdir”. Sonradan hazırkı iddia ərizəsi üzrə İddiaçı1 həmin qiyabi qətnamədən şikayət vermiş, işə yenidən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X12 da iştirakı ilə baxılaraq 11 iyun 2003-cü il tarixli qətnamə qəbul edilmişdir. İddiaçıların mövcud olmadığını iddia etdikləri Səbail Rayon Məhkəməsinin həmin vaxt sədri olan İnqilab Nəsirovun icraatında baxılmış 2-2722003 saylı iş üzrə qəbul etdiyi 11 iyun 2003-cü il tarixli qətnaməsinin əslini etirazına əlavə etmişdir. Həmin qətnamənin qət etdi hissəsində göstərilir ki, “İddiaçı1 156.000.000 (yüz əlli altı milyon) manat, X5 78.000.000 (yetmiş səkkiz milyon) manat alınıb X21 Abad Rəşidə verilsin”. Həmin qətnamənin icrası ilə əlaqədar – yəni İddiaçı1 borclu olduğu 156.000.000 (yüz əlli altı milyon) manatın ödənilməsi üçün 11 iyun 2003-cüil tarixli, 2-272/03 nömrəli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsinin icrası ilə əlaqədar həmin torpaq sahəsi məhkəmə icraçıları tərəfindən açıq hərraca çıxarılmışdır. Həmin torpaq sahəsi mərhum atası X13 tərəfindən hərracdan satın alınmışdır. İcra ilə əlaqədar İddiaçı1 Sarıca kəndindəki evinə də həbs qoyularaq hərraca çıxarılmışdır. X18 X26 Zahidin ailəsi evsiz qalmasın deyə, evin satılmasından imtina etmişdir. Yəni insaniyyətlik edərək satılan torpaq sahəsi borcu tam ödəməsə də, evi hazırkı iş üzrə İddiaçı1 özünə güzəştə getmişdir. Bundan başqa məhkəməyə yuxarıda qeyd olunan hərracın keçirilməsi ilə əlaqədar İddiaçı1 mülkiyyətində olmuş 14.59 hektar torpaq sahəsinin 13 hektarının həqiqətən də açıq hərracdan mərhum atası X1 göstərən Şəki Rayon MN və Mİ Bölməsinin o zamankı rəisi E.N.Məmmədovun 30.07.2004-cü il tarixli, 207 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Q.Ş.Məmmədova və Şəki Rayon Torpaq şöbəsinin müdiri X.Xəlilova göndərdiyi məktubun, İddiaçı1 mülkiyyətində olmuş həmin torpaq sahəsinin o zamankı dövlət qiymətinə dair 27.02.2004-cü il tarixli, 17-3/91 nömrəli məktubun surəti də əvvəlki iş üzrə etirazına əlavə etmişdir. Bununla da iddiaçıların guya 11 iyun 2003-cü il tarixli qətnaməsindən və hərracdan xəbərləri omaması barədə uydurduqları yalanlar bundan əvvəl işə baxan məhkəmə zamanı ifşa edilmişdir. Yuxarıdakıları qeyd etməkdə məqsədi iddiaçıların həm məhkəmə qətnaməsindən, həm də torpaq sahələrinin və evlərinin hərraca çıxarılmasından xəbərləri olduğunun rəsmi sənədlərlə sübut olunduğunu diqqətə çatdırmaqdır. Bundan başqa həm Şəki Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən, həm də həmin qətnamələrdən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılarkən iddiaçılar tərəfindən iddia ərizələrində hərracın protokolunun ləğv olunması tələbi qoyulmasa da, keçirilmiş hərracın guya qanunsuz olduğu mübahisələndirilmişdir. Bütün məhkəmə instansiyalarında digər məsələlərlə bərabər keçirilmiş hərracın qanuni olması təsdiq olunmuşdur. Qeyd olunanlarla da iddiaçıların torpaq sahəsinin hərracdan satılmasından apellyasiya məhkəməsində işə baxılarkən xəbərlərinin olması barədə ağ yalanları da tam təkzib olunmuşdur. Qeyd olunanlarla bərabər qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyası özünün 08.06.2021-ci il tarixli qərarının 8-ci səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki, “Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 məhkəmə qətnaməsi əsasında tutulmalı olan 156.000.000 manat məbləğin təmin edilməsi üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə cavabdehin mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar, eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri vaxtında mübahisəİəndirilməmişdir. Əmlakı satın almış mərhum X13 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmişdir. Əmlak özəlləşdiriləndən 13 il sonra tələb mərhumun vərəsəsinə qarşı irəli sürülmüşdür”. Ali Məhkəmənin qərarında təsbit olunmuş mövqeyindən də görünür ki, həm hərrac, həm də onun nəticələri qanunidir və artıq mübahisələndirilə bilməz. Qeyd olunan torpaq sahəsi nüməyəndəsi vasitəsilə Elşad adlı şəxsə satılmışdır və hazırda onun mülkiyyətindədir. Bütün bunları nəzərə alaraq iddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd edilməsini və bilə-bilə əsassız iddia qaldıraraq məhkəmənin vaxtını aldıqları üçün iddiaçılar barəsində qanunla nəzərdə tutulmuş cərimə tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-93/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-181/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3474/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh5 21 oktyabr 2021-ci il tarixli, 10411/1 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-272 saylı qətnaməsinə əsasən borclu İddiaçı1 156 000 000 manat (31200 manat) pul tutulub X2 ödənilməlidir. İcra sənədi 13 avqust 2003-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Qeyd edilən icra işi hazırda şöbədə mövcud deyil. Belə ki, şöbənin inzibati binasının təmiri zamanı icrası başa çatdırılmış və arxiv otağına yerləşdirilmiş icra işləri məhv olmuşdur. Göstərilən səbəbdən 12 mart 2004cü il tarixli, 15 saylı hərrac razılaşmasının və 12 mart 2004-cü il tarixli hərrac protokolunun surətlərini təqdim etmək mümkün olmur. Qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 2(075)-93/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli, 2-272/2003 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı1 ********* manat, X5 78000000 manat alınıb X19 Abad Rəşidə verilməlidir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı1 ********* manat, X5 78000000 manat alınıb X19 Abad Rəşidə verilməlidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli qətnaməsinə əsasən X10 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi ayrılmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH, ******* nömrəli, 02 noyabr 2006-cı il qeydiyyat tarixli, **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar torpaq sahəsi X8 adınadır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH, ******* nömrəli, 02 noyabr 2006-cı il qeydiyyat tarixli, **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 5.15 hektar torpaq sahəsi X8 adınadır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 oktyabr 2009-cu il tarixdə ölmüşdür. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, 17 oktyabr 2009-cu il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh1 olmaqla, o, mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri olmuşdur. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar torpaq sahəsi Cavabdeh1 adınadır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 5.15 hektar torpaq sahəsi Cavabdeh1 adınadır. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli, 2-272/2003 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı1 ********* manat, X5 78000000 manat alınıb X19 Abad Rəşidə verilməsi qərara alınmışdır. Lakin həmin qiyabi qətnamənin ləğvi barədə ərizə verildiyindən X19 Abad Rəşidin İddiaçı1 və X6 qarşı olan borc tələbinə dair işə iddia qaydasında baxılmış və iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinə əsasən İddiaçı1 ********* manat, X5 78000000 manat alınıb X19 Abad Rəşidə verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolu əsasında X8 adına qeydiyyata alınmış, bununla bağlı X8 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, qeyd edilən edilən torpaq sahələri ilə bağlı, yəni Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri bağlı X8 adına ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. X13 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri ilə bağlı sonuncunun vərəsəsi Cavabdeh1 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında Cavabdeh1 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsini, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvini tələb edirlər. İddiaçılar iddianı müdafiə edirlər. Cavabdeh1 ərizə göndərməklə iddianı qəbul etmir. Digər cavabdehlər və onların nümayəndələri isə iddiaya qarşı hər hansı münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıların iddiaları əsaslı deyildir. “İcra haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Sarıca kənd sakinləri ailə başçısı İddiaçı1 olmaqla, İddiaçı3, İmamverdiyeva (Mustafayeva) Xəyalə Zahid qızı, İddiaçı2 və İddiaçı5 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14.59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı JN:112 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı işlənib hazırlanmışdır. İddiaçı1 borclu olduğu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borclunun həbs qoyulmuş əmlakı ilə bağlı ixtisaslaşdırılmış hərrac təşkilatı – Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC-yə sifariş verilmişdir. Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə satılaraq X8 adına qeydiyyata alınmış, bununla bağlı X8 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-317, kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” verilmişdir. Həmçinin, Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri bağlı X8 adına ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il tarixdə **********88 dövlət reyestrindən çıxarışlar verilmişdir. X13 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri ilə bağlı sonuncunun vərəsəsi Cavabdeh1 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. İddiaçılar iddia tələblərinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı da 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Göründüyü kimi 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi mübahisəli torpaq sahəsi mərhum İddiaçı1 məhkəmə qətnaməsi əsasında tutulmalı olan 156.000.000 manat tələbin təmin olunması üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə Cavabdeh1 mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar və eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri (hərrac protokolu və hərrac razılaşması) vaxtında mübahisələndirilməmişdir. Əmlakı hərracda satın almış mərhum X13 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmiş, əmlak özəlləşəndən 15 il sonra hazırkı tələb mərhumun vərəsəsinə və digərlərinə qarşı irəli sürülmüşdür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbləri “12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı iddia tələbləri “hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi” hissəsində rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələblərinə “hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbləri “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” hissəsində rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı iddia tələbləri “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi” hissəsində rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələblərinə “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. İddia təmin edilmədiyindən iddiaçıların dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbləri “12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində rədd edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı iddia tələbləri “hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN- 317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi” hissəsində rədd edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələblərinə “hərrac əsasında X8 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbləri “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” hissəsində rədd edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Respublika Xammal və X22 Rayonlararası “Kürmük” MMTC, Cavabdeh5 və Bakı şəhər 11 saylı Notariat ofisinə qarşı iddia tələbləri “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi” hissəsində rədd edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1, Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələblərinə “Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı nəzərə alınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1743/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1743/2021
21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver