Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1747/2020 11.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin baş inspektoru, polis leytenantı Cavabdeh qarşı İXP seriyalı, ******* nömrəli protokolun və TP seriyalı, ******* nömrəli qərarın xitam olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli protokolun və barəsində 200 (iki yüz) manat cərimə olunması barədə TP seriyalı, ******* nömrəli qərarın xitam olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM- nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. İş materialından görünür ki, Şəki ŞRPŞ-nin DYPB tərəfindən İddiaçı barəsində TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi sözügedən akt inzibati xəta haqqında qərardır. Buna görə də İddiaçı “Şəki ŞRPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə iddia icraatı qaydasında deyil, inzibati qaydada həmin qərardan məhkəməyə şikayət etməsi tövsiyyə olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinin tələblərindən də göründüyü kimi hazırki iş üzrə İddiaçı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan məhkəməyə şikayət vermək hüququ olduğu halda, o, həmin tələblə bağlı məhkəməyə iddia qaydasında müqaciət etmişdir. Buna görə də İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin baş inspektoru, polis leytenantı Cavabdeh qarşı İXP seriyalı, ******* nömrəli protokolun və TP seriyalı, ******* nömrəli qərarın xitam olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldıraraq mübahisələndirdiyi qərardan məhkəməyə şikayət qaydasında müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Şəki ŞRPŞ-nin DYPB-nin baş inspektoru, polis leytenantı Cavabdeh qarşı İXP seriyalı, ******* nömrəli protokolun və TP seriyalı, ******* nömrəli qərarın xitam olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldıraraq mübahisələndirdiyi inzibati qərardan məhkəməyə şikayət qaydasında müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1747/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1747/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver