Məhkəmə qərarları › İş №2(075)-1773/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1773/2020

19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1773/2020 19.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdehna qarşı “əlillik sənədini təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlil olduğu barədə sənədin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçıya izah edir ki, əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”məsinə əsasən müvafiq olaraq “Tibbi-sosial ekspert komissiyaları” tərəfindən aparılır. Buna görə də iddiaçı əlilliyinin və onun dərəcəsinin müəyyən edilməsi üçün ilk növbədə müvafiq olaraq “Tibbi-sosial ekspert komissiyaları”-na müraciət etməli, və həmin komissiyanın müsbət qərarı ilə həmin fakt təsdiqlənə bilər. Komissiya ərizəçiyə müsbət rəy vermədikdə ərizəçi ümumi məhkəmələrə deyil, müvafiq olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının İnzibati Məhkəmələrinə müraciət edə bilər. Şərh olunanlara əsasən ərizəçinin ərizəsinə xüsusi iddia icraatında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda iddiaçı ilk növbədə tələbinin təmin edilməsi ilə bağlı müvafiq olaraq “Tibbi-sosial ekspert komissiyası”-na rəsmi müraciət etməli, tələbinin təminindən imtinaya dair sənəd aldıqdan sonra müvafiq olaraq müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdehna qarşı “əlillik sənədini təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar