Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1773/2021 12.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçılar Qədirova (İsmayılova) Şərafət Əsabəli qızının və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, İddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının cavabdehlər Cavabdeh1, Şəki regional “ASAN” xidmət mərkəzi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın və onun verilməsinə əsas olan sənədin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin çıxarışın verilməsi üçün əsas olan sənədin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 09 sentyabr 2021-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı bu günə, yəni 05 oktyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. 05 oktyabr 2021-ci il tarixdə iddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Buna görə də Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-1773/2021 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı 11 oktyabr 2021-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və mülki işin məhkəmə baxışı iclasına təyin edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(075)-1773/2021 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-1773/2021 saylı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadı ləğv edilmiş və işin məhkəmə baxışı 12 noyabr 2021-ci il tarixə saat 09:00-a Şəki Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. 12 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar Qədirova (İsmayılova) Şərafət Əsabəli qızının və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı ərizə təqdim edərək bildirmişlər ki, Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)- 855/2013 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər, apellyasiya məhkəməsində iş dayandırılmış vəziyyətdədir. Belə ki, həmin iş həm onların ərizələrinə əsasən, həm də X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Onlar həmin işin təzələnməsi ilə bağlı apellyasiya məhkəməsinə ərizə versələr də, X1 hüquqi varisləri müəyyən edilmədiyinə görəvqeyd olunan işin icraatı təzələnməmişdir. Hazırda baxılan iş apellyasiya məhkəməsində dayandırılmış 2(075)-855/2013 saylı işdən asılı olduğundan və məhkəmənin icraatında olan 2(075)-1773/2021 saylı işin dayandırılması mümkün olmadığından, hazırki işin lüzumsuz olaraq məhkəmənin icraatında qalmasını istməmələri səbəbi ilə, həmçinin digər zəruri sənədləri təqdim etmək məqsədi ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1773/2021 saylı mülki işin baxılmamış saxlanılaraq, onlara geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1 və vəkili Vəkil iddianın baxılmamış saxlanılmasına etiraz etmədilər. Cavabdehlər Şəki regioanl Cavabdeh2tariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçılar Qədirova (İsmayılova) Şərafət Əsabəli qızının və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmişlər, cavabdehlər Cavabdeh1, Şəki regional “ASAN” xidmət mərkəzi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçılara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızının cavabdehlər Cavabdeh1, Şəki regional “ASAN” xidmət mərkəzi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın və onun verilməsinə əsas olan sənədin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı və Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızına izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1773/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1773/2021
12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver