Məhkəmə qərarları › İş №2(075)-1795/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1795/2021

24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1795/2021 24.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki şəhər İHB-nın Qayabaşı İƏD-si üzrə nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 tərəfindən Cavabdeh1 adına verilmiş 10.02.2021-ci il tarixli 06 reyestr nömrəsi ilə 21.02.2021-ci il tarixdə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 24 avqust 2021-ci il tarixə saat 09:20-ə təyin edilmişdir. Bu gün, yəni 24 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmədən kənar bəzi məsələləir həll edilməsi ilə bağlı hazırki iddianı baxılmamış saxlanılmasınə və iddia ərizəsinə əlavə etdiyi sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X3 da iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Şəki şəhər İHB-nın Qayabaşı İƏD-si üzrə nümayəndəliyi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki şəhər İHB-nın Qayabaşı İƏD-si üzrə nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar