Məhkəmə qərarları › İş №2(075)-19/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-19/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-19/2023 10.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi və mənəvi zərər olaraq 50000 (əlli min) manat təzminatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh Şəki şəhəri 125-ci kvartalda 0,6 ha hǝyǝtyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilərkən tikinti normaları nəzərə alınmadığından, cavabdehə edilən dəfələrlə xəbərdarlığa məhəl qoymaması, iradlarına əhəmiyyət verməməsi onun mülkiyyət hüquqlarının məhkəmə yolu ilə həll olunmasına zəmin yaratmışdır. Belə ki, o Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,6 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddianın təmin olunması barədə qətnamə qət edilmişdir. Bundan başqa cavabdehin ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onu maddi və mənəvi zərərə salmışdır. Lakin cavabdeh tərəfindən həmin qətnamənin icrası həyata keçirilməmişdir. Buna görə də o tikinti-bərkitmə hissəsini öz hesabına sökmək mecburiyyətində qalmışdır. Həmin tikilinin sökülmsinə təxminən 600 manat məbləğində xərc çəkmişdir. Hal-hazırda cavabdeh tərəfindən mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulmuşdur. Mülkiyyət hüquqları bərpa olunmuşdur. İcra prosesi başa çatmışdır. İndi isə o, Cavabdeh məhkəmə iclaslarında iştirakına görə, hüquqi xidmətlərə çəkdiyi xərclərə görə, icra xərclərinə görə təzminat tələb edir. Mülki iş üzrə müvafiq qiymətləndirmə aparılmalı, ədalətli mühasibat uçotu çıxarılmalı, tələb etdiyi təzminatın məbləği müəyyən olunmalıdır. Eyni zamanda o və ailəsi yetərincə iztirab çəkmişdir. Ünvanlarına hər gələn məktubun narahatlıq yaratması, mülki iş üzrə mövcud olan yekun məhkəmə qətnamə və qərarları danılmaz əyani sübutdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığı pozulmuşdur. Nəticədə infakt olaraq, açıq ürək əməliyyatı keçirmişdir. Hal-hazırda da müalicəsi davam edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Ona həmin tikilinin öz hesabına sökülməli olduğu ilə bağlı dəqiq məlumat verilməmişdir. Buna görə də o həmin tikilinin öz hesabına sökülməsinə etiraz etmişdir. İddiaçının tikilinin sökülməsinə çəkdiyi xərclə bağlı iddia etdiyi məbləğ şişirdilmişdir. Tikilini daha az xərclə sökülməsini həyata keçirmək mümkün idi. İddiaçının səhhətinin pozulmasının onunla heç bir əlaqəsi yoxdur. Bütün bunları nəzərə alaraq, iddanın təmin olunmaması bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhəri İcra Hakimiyyəti Başçısının “Çeşməli” kənd nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2m Şəki rayonu, Çeşməli kəndində yaşayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarənda olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2019-cu il tarixli, 11907 nömrəli ekspert rəyindən görünür ki, 1) Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seiriyalı,1231125 nömrəli çıxarış üzrə istifadə etməli olduğu torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür, torpaq sahələri arasında konfiqurasiya fərqi yoxdur. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qeyd edilən torpaq sahəsinin hüdudları çərçivəsində aparılmışdır. Lakin evin ətrafında aparılmış bərkitmə işləri İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olmalı torpaq sahəsi üzrə aparılmışdır. 2) İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış mülkiyyətində olmalı torpaq sahəsi üzərində və onun hər hansı hissəsində Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilməmişdir. İş materiallarənda olan Şəki Rayon Məhkəməsinin 2(075)-1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnamədən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikintibərkitmə (beton) işlərinin sökülməsi qət edilmişdir. İş materiallarənda olan Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli apellyasiya şikayətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı2 iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarənda olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3217/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnamədən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 nömrəli qətnaməsi deyişdirilmədən saxlanılmışdır. İş materiallarənda olan Şəki rayonu üzrə İPŞ-nin icra məmuru X8 və Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 07 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəki şəhəri, 125-ci kvartalagetmişlər. Sökülməli olan tikinti-bərkitmə hissəsinə baxış keçirilmişdir. Tərəflərə həmin tikinti-bərkitmə hissəsinin sökülməsi təklif olunmuşdur. Tərəf Cavabdeh qərarda söküntü işlərinn onun hesabına aparılmalı olmadığını, bununla belə həmin hissənin sökülməsinə etirazının olmadığını bildirmişdir. Tələbkar İddiaçı2 həmin hissənin işləri görənin hesabına sökülməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Aktın doğruluğunu Qasımov Elçin Hicran oğlu, X8, İddiaçı2 və Cavabdeh öz imlaraı ilə təsdiq etmişlər. İş materiallarında olan Şəki rayonu üzrə İPŞ-nin icra məmuru X6 və X7 tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli aktdan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq İddiaçı2 mülkiyyətində olan Şəki şəhəri, 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsinə getmişlər. Tərəflərindən torpaq sahəsinə tərəflərindən baxış keçirilən zaman X1 tərəfindən aparılmış tikinti-bərkitmə işlərinin tələbkar İddiaçı2 hesabına söküldüyü müəyyən edilmişdir. Beləliklə, icra sənədi üzrə tələb, tikinti-bərkitmə işlərinin sökülməsinə aid hissədə tam olaraq icra edilmişdir. Aktın doğruluğunu X6, X7 və İddiaçı1 öz imlaraı ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarilix, 10/7508 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan tikili (tikinti-bərkitmə) faktiki olaraq mövcud olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1011/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh tikilinin öz hesabına sökülməsinə etiraz etmiş və iddiaçı X5 həmin tikilini öz hesabına sökmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı2 Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş tikinti-bərkitmə (beton) işlərinin sökülməsi nəticəsində 150 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə İddiaçı1 cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona qarşı olan əsassız məhkəmə iddiaları, cavabdehin məhkəmə qətnamələrindən yazdığı təmin olunmayan apellyasiya, kassasiya şikayətləri onun sağlamlığının pozulmasına səbəb olması ilə bağlı iddiasını, işin konkret hallarını nəzərə almaqla hesab edir ki, cavabdeh iddiaçıdan ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlı deyildir. Belə ki, əvvəlki məhkəmə işləri zamanı İddiaçı1 iş üzrə tərəf olmadığından onu hazırki iş üzrə mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda digər İddiaçı2 hər hansı mənəvi iztirab və sarsıntı keçirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı2 maddi ziyan vurmuşdur. Ona görə də İddiaçı2 Cavabdeh Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş tikinti-bərkitmə (beton) işlərinin sökülməsi nəticəsində 150 manat məbləğində maddi zərəri tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsdasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 150 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq iiddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 150 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar