Məhkəmə qərarları › İş №2(075)-1914/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1914/2021

05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1914/2021 05.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “sənədin həmin şəxsə məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Keçmiş VVAQ şöbəsi) 08.08.1970-ci il tarixli Vətəndaşlıq vəziyyəti qeydiyyatı kitabında 95 nömrə ilə qeyd edilmiş akt qeydləri kitabında onun atası X30 oglu ilə anası X12 nikahın bağlanılması akt qeydində, babasının adında Əbdüləziz kimi düzəliş edilməsi, həmçinin onun ölümü ilə bağlı 22.03.2020 ci il tarixli 242 nömrə ilə qeyd edilən ölüm akt qeydləri kitabında X31 oglu kimi, düzəliş edilməsi həmçinin müvafiq şəhadətnamələrdə yəni anasının nikah və atasının ölüm şəhadətnamələrində düzəliş edilərək şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçi İddiaçı məhkəməyə tələbin azaldılmasına dair ərizə təqdim edərək, ona məxsus olan 01.03.1981-ci ildə verilmiş, Vİİİ-JQ-275660 doğum şəhadətnaməsində ata qrafasında yazılmış X5, atasına məxsus AZ-164899 nömrəli, 08.08.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədə adı qeyd edilmiş X5, atasına məxsus AZ-İİ-067842 saylı, 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə adı qeyd edilmiş X9, atasına məxsus AZ-359521 saylı, 30.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə adı qeyd edilmiş X6, həmçinin qeydiyyat nömrəsi ********** olan 14 may 2020-ci il tarixli DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda adı qeyd olunan X18 ilə eyni şəxs olması və həmin çıxarışın atası X10 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki şəhərində doğulmuş, yaşamış və hazırda da atasına məxsus evdə yaşayır. Bildirmişdir ki, Vətən Müharibəsi iştirakçısı olmuş, Qarabağda yerləşən rayonların azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Onun atası X31 oglu Nuxa VVAQ-tı kitablarında 10 iyul 1946-cı il tarixdə 267 nömrə ilə qeydiyyata alınmış AZ seriyalı 359521 nömrəli dogum haqqında şəhadətnaməyə əsasən X31 oglu olmaqla 29.06.1946-cı ildə Nuxa şəhərində anadan olmuşdur. X3, anası isə X20 olmuşdur. Nuxa şəhər VVAQ bürosu tərəfindən 08.08.1970-ci il tarixdə verilmiş və VVAQ-tı kitabında 95 nömrə ilə qeydiyyata alınmış AZ seriyalı 164899 nömrəli evlənmək haqqında şəhadətnamədə atası Fərmanın atasının adı X31 oglu əvəzinə X2 qeyd edilmişdir. X44 Xidmət Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən 12.03.2020-ci il tarixdə verilmiş ölüm aktları kitabında 242 nömrə ilə qeydiyyata alınmış AZ-İİ 067842 nömrəli ölüm haqqında şəhadətnamədə atası X31 oglu əvəzinə X4 qeyd edilmişdir. Atası Fərman 08.03.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış evi öz adına rəsmiləşdirmək istəyir. Bununla bağlı X44 Xidmət Mərkəzində Notarius ofisinə müraciət etdikdə təqdim edilmiş sənədlərdə atası Fərmanın atasının adında uyğunsuzluq olduğu üçün müvafiq sənədləşmənin aparılmasının mümükün olmaması göstərilmişdir. Əslində 01.03.1981-ci ildə ona verilmiş, Vİİİ-JQ-275660 doğum şəhadətnaməsində ata qrafasında yazılmış X13, atasına məxsus AZ-164899 nömrəli, 08.08.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədə adı qeyd edilmiş X13, atasına məxsus AZ-İİ-067842 saylı, 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə adı qeyd edilmiş X18, atasına məxsus AZ-359521 saylı, 30.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə adı qeyd edilmiş X14, həmçinin qeydiyyat nömrəsi ********** olan 14 may 2020-ci il tarixli DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda adı qeyd olunan X18 ümümilikdə eyni şəxslərdir. Lakin yuxarıda sadalanan sənədlərdə babasının adı bir hald “Abduləziz”, bir halda “Əbdüləziz” digər halda isə “Əbüləziz” kimi yazılmıpşdır. Müvafiq orqanların səhvi ucbatından babasının adının ayrı-ayrı sənədlərdə hərf səhvi olmaqla müxtəlif cür yazılması hazırda onun atasından qalma əmlakı öz adına rəsmləşdirməsinə maneə olur. Bütün bunları nəzərə alaraq həmin səndələrın eyni şəxsə aid olması və çıxarışın atası X10 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası Cavabdeh nümayəndəsi X7 izahat verərək, iddianın təmin edilməsinə etirazının olmamasını göstərmişdir. Digər cavabdeh “Asan Xidmət” Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, ərizəçi İddiaçı bibisi, yəni mərhum X30 oglunun bacısıdır. Onların atalarının adı Abduləziz, analarının adı isə İmgülsüm olmuşdur. Ərizəçiyə və ərizəçinin mərhum atası X30 ogluna aid bir sıra sənədlərdə X30 oglunun ata adı yanlış yazılsa da, əslində həmin sənədlərdə adı yazılmış şəxslər X30 oglu ilə eyni şəxslər olmasını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 da şahid X11 ilə eyni məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. İşdə olan AZ 359521 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 29 iyun 1946-cı il təvəllüdlü X8 atası X21, anası isə X22r. İşdə olan AZ 164899 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X29 arasında 08 avqust 1970-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir. İşdə olan Vİİİ-JQ 275660 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü İddiaçı atası X13, anası isə X23r. İşdə olan **********89-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 xüsusi mülkiyyətindədir. İşdə olan AZ-İİ 067842 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 08.03.2020-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan “Çələbixan” məhəllə nümayəndəsi tərəfindən verilmiş 11.11.2020-ci il tarixli vərəsəlik arayışından görünür ki, Şəki şəhər “Çələbixan” məhəlləsi (D.Bünyadzadə) Ç.Mustafayev küçəsində yaşamış X5 X25, X26, X17, X27 və İddiaçı adlı vərəsələri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, İddiaçı məxsus olan 01.03.1981-ci ildə verilmiş, Vİİİ-JQ-275660 doğum şəhadətnaməsində ata qrafasında yazılmış X5, atasına məxsus AZ-164899 nömrəli, 08.08.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədə adı qeyd edilmiş X5, atasına məxsus AZ-İİ-067842 saylı, 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə adı qeyd edilmiş X9, atasına məxsus AZ-359521 saylı, 30.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə adı qeyd edilmiş X6, həmçinin qeydiyyat nömrəsi ********** olan 14 may 2020-ci il tarixli DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda adı qeyd olunan X18 ilə eyni şəxs olması və həmin çıxarışın İddiaçı atası X10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin edilsin. İddiaçı 01.03.1981-ci ildə verilmiş, Vİİİ-JQ-275660 doğum haqqında şəhadətnaməsində ata qrafasında yazılmış X5, atasına məxsus AZ-164899 nömrəli, 08.08.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədə adı qeyd edilmiş X5, atasına məxsus AZ-İİ-067842 saylı, 12.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə adı qeyd edilmiş X9, atasına məxsus AZ-359521 saylı, 30.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə adı qeyd edilmiş X6, qeydiyyat nömrəsi ********** olan 14 may 2020-ci il tarixli DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda adı qeyd olunan X18 ilə eyni şəxs olması və həmin çıxarışın İddiaçı atası X10 məxsus olması faktı təsdiq edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar