Məhkəmə qərarları › İş №2(075)-1930/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1930/2020

23.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1930/2020 23.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızına qarşı “veriləcək pulun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məsələnin cavabdehlər olmaqla məhkəmədə araşdırılması və onun tərəfindən məhkəmənin qətnaməsi ilə X1, ədalətsiz olaraq veriləcək ona məxsus maşından Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızına veriləcək 3400 manat pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini göstərməlidir. Belə ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. İddiaçı məsələnin cavabdehlər olmaqla məhkəmədə araşdırılması və onun tərəfindən məhkəmənin qətnaməsi ilə X1, ədalətsiz olaraq veriləcək ona məxsus maşından Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızına veriləcək 3400 manat pulun ləğv edilməsini xahiş etməklə qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Yəni iddiaçının cavabdehlərdən nəyi tələb etməsi məhkəməyə aydın deyildir. Belə ki, iddiaçı hansı məhkəmə qətnaməsi ilə cavabdehə veriləcək pulun ləğv edilməsini iddia tələbində aydın göstərməmişdir. Həmçinin Cavabdeh2 iddia ərizəsində cavabdeh qismində göstərilsə də, ona qarşı hər hansı bir tələb irəli sürülməsi də iddia tələbindən görsənmir. Məhkəmə qeyd edir ki, İddiaçı bundan əvvəl də eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1839/2020 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda iddia ərizəsində olan nöqsanlar iddiaçının nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilmişdir. Lakin iddiaçı sözügedən qərardadda göstərilən hazırkı nöqsanları tam olaraq aradan qaldırmadan yenidən eyni formada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçı X2 iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşdəmirova (Zəkəryəyeva) Günay Umudvar qızına qarşı “veriləcək pulun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar