Məhkəmə qərarları › İş №2(075)-2001/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2001/2024

12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2001/2024 12.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdehnə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdim: İddiaçı oğlu Cavabdeh xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də, inzibati xəta haqqında iş üzrə qərardan hansı şəxslərin, hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəyə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. 130.1-ci maddəyə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəyə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəyə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 131.1-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Göründüyü kimi, qanunun tələbinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğvinə dair iddia ərizəsi formasında şikayətə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə şikayətlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və bunun üçün ərizəçi inzibati xəta haqqında iş üzrə icraat qaydasında Cavabdeh tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bu zaman inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün prosessual müddət buraxıldığı halda, şəxs şikayətlə birlikdə həmin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdehnə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, İddiaçı Cavabdeh tərəfindən barəsində qəbul edilmiş MN ******* saylı qərardan şikayətlə özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, Qəraraaldım: İddiaçı Cavabdehnə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı oğluna Cavabdeh tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərardan şikayətlə özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar