Məhkəmə qərarları › İş №2(075)-21/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-21/2023

18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-21/2023 18.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X11, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində onun 1/2 payının müəyyən edilməsi və həmin 1/2 payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış mərhum qardaşı X22 ilə paylı mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə onun və X12 adlarına 01 oktyabr 1987-ci il tarixli 4487 inventar nömrəli texniki pasport və 30 sentyabr 1987-ci il tarixli 1458/702 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi, eləcə də evin yerləşdiyi torpaq sahəsi faktiki olaraq bölünmüşdür və aralarında narazılıq yoxdur. Fərdi yaşayış evinin tiraltısında X22 vərəsəsi olan qardaşı oğlu Cavabdeh1 yaşayır. Dəfələrlə müraciət edərək, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və hər birilərinə ünvan verilməklə çıxarış alınması məqsədi ilə DƏDRX-yə birgə müraciət etməyi təklif etsə də Cavabdeh1 bundan imtina etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X23 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum əmisi X22 və atası İddiaçı paylı mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və X12 adlarına 01 oktyabr 1987-ci il tarixli 4487 inventar nömrəli texniki pasport və 30 sentyabr 1987-ci il tarixli 1458/702 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi, eləcə də evin yerləşdiyi torpaq sahəsi faktiki olaraq bölünmüşdür və aralarında narazılıq yoxdur. Göstərmişdir ki, əmisi Valit xx.xx.2014-cu, onun həyat yoldaşı Ruhangiz Əliyeva isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Bildirmişdir ki, əmisi və əmisi arvadı vəfat etdikdən sonra onların övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsələri olaraq qalmışlar. Göstərmişdir ki, hal-hazırda fərdi yaşayış evinin tiraltısında X22 vərəsəsi olan əmisi oğlu Cavabdeh1 yaşayır. Digər əmisi uşaqlarının isə ayrıca evləri vardır. Həmçinin qeyd etmişdir ki, əmisinin Kəmalə adında qızı da olmuş lakin Kəmalə 1993-cü ildə ailə qurmadan vəfat etmişdir. Bildirmişdir ki, İddiaçı dəfələrlə müraciət edərək, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və hər birinə ünvan verilməklə çıxarış alınması məqsədi ilə DƏDRX-yə birgə müraciət etməyi təklif etsə də Cavabdeh1 bundan imtina etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun mübahisələndirilən əmlakı ekspert rəyində göstərilən bölgü sxeminə uyğun bölünməsinə etirazı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X19 izahat verərək göstərmişdir ki, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum atası X22 və əmisi İddiaçı paylı mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və X12 adlarına 01 oktyabr 1987-ci il tarixli 4487 inventar nömrəli texniki pasport və 30 sentyabr 1987-ci il tarixli 1458/702 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi, eləcə də evin yerləşdiyi torpaq sahəsi faktiki olaraq bölünmüşdür və aralarında narazılıq yoxdur. Göstərmişdir ki, atası Valit xx.xx.2014-cu, anası Ruhangiz Əliyeva isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Bildirmişdir ki, atası və anası vəfat etdikdən sonra qardaşı Cavabdeh2, bacıları Cavabdeh3 və Cavabdeh4 vərəsələri olaraq qalmışlar. Göstərmişdir ki, hal-hazırda fərdi yaşayış evinin tiraltısında o özü yaşayır. Digər qardaşı və bacılarının isə ayrıca evləri vardır və onlar ayrı yaşayırlar. Həmçinin qeyd etmişdir ki, onların Kəmalə adında bacıları da olmuş, lakin Kəmalə 1993cü ildə ailə qurmadan vəfat etmişdir. Bildirmişdir ki, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin naturada bölünməsinə və ya onun faktiki bölgüyə uyğun olaraq ayrılmasına etirazları yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da Cavabdeh1 nümayəndəsi X19 ilə eyni məzmunda izahat verərək, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin naturada bölünməsinə və ya onun faktiki bölgüyə uyğun olaraq ayrılmasına etirazlarının olmamasını bildirmişlər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 05 aprel 2022-ci il tarixli, **********51-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında 0.0976 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 yaşayış otaqlı, 70 kv.metr yaşayış sahəsi, 151.9 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı və X12 adına qeydiyyata alınmışdır. İşdə olan 06 sentyabr 1971-ci il tarixli, İ-ЖГ 255803 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1971-ci il təvəllüdlü X6 atası X22, anası X7r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki Xalq Məhkəməsinin 29 dekabr 1975-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər Kommunal Təsərrüfat şöbəsi tərəfindən 7 sentyabr 1966-cı il tarixdə ünvan 3 ünvanındakı evdən şəxsi mülkiyyət hüququ verən vəsiqənin hazırda həmin ünvanda yaşayan X16 məxsus olması hüququ faktı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 3 fevral 1976-cı il tarixli yaşayış evinin bağışlanması haqqında müqavilənamənin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri Ukalov küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evini X16 bağışlamışdır. İşdə olan 06 mart 1980-ci il tarixli, Vİİ-ЖГ 293508 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü X8 atası X22, anası X7r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 29 sentyabr 1987-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 iyun 1977-ci il tarixdə vəfat etmiş X21 vərəsələri X22 və İddiaçıdur. Şəhadətnamə üzrə vərəsəlik əmlakı ünvan 4 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 30 sentyabr 1987-ci il tarixli, 1458/702 saylı qeydəalma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 62 nömrəli fərdi yaşayış evi X22 və İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 16 iyun 1992-ci il tarixli, Vİ-ЖГ 285808 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X17 arasında 16 iyun 1992-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 199 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abdurəhimova soyyadı verilmişdir. İşdə olan 20 dekabr 1993-cü il tarixli, İV-ЖГ 404974 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 29 oktyabr 1993-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 532 nömrə ilə qeyd edilmişdir. İşdə olan 17 fevral 1997-ci il tarixli, Vİİ-ЖГ 329076 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X18 arasında 17 fevral 1997-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan 20 avqust 2014-cü il tarixli, AZ-İ 693114 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 14 avqust 2014-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 341 nömrə ilə qeyd edilmişdir. İşdə olan 19 oktyabr 2021-ci il tarixli, AZ-İİ 217091 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 15 oktyabr 2021-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 1082 nömrə ilə qeyd edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 15 dekabr 2021ci il tarixli, **********60 saylı məktubundan görünür ki, mərhum X22 ilə paylı mülkiyyətdə olan Şəki şəhəri, Arxüstü küçəsi, 62 ünvanında yerləşən real olaraq bölünmüş fərdi yaşayış evindən sizə düşən hissəyə ayrıca ünvan verilməklə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə 29 noyabr 2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Ərazi idarəsinin arxiv materiallarında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və X12 adlarına 01 oktyabr 1987-ci il tarixli, 4487 inventar nömrəli texniki pasport və 30 sentyabr 1987-ci il tarixli, 1458/702 saylı qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur. Müraciətə notarial qaydada təsdiq edimiş bölgü sxemi, birgə mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi barədə müqavilə və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əlavə edilmədiyindən ərizənizin icrası mümkün olmamışdır. İşdə olan Arxüstü məhəllə nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, 18 saylı vərəsəliyə dair məlumatdan görünür ki, ünvan 7 ünvanında yerləşən mülkün sahibi X22 20 avqust 2014-cü il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun vərəsələri həyat yoldaşı X14, oğlu Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh4 və qızı Cavabdeh3 qalmışdır. İşdə olan 05 aprel 2022-ci il tarixli, 4487 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və X12 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 10/3569 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0976 ha torpaq sahəsinin naturada ½ hissədə bölünməsi texniki cəhətdən mümkün deyildir. Lakin qeyd olunan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış qaydada naturada bölünməsinin ½ hissə paydan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Aparılmış tədqiqatındəyəri 50 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli, 10/8326 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0976 ha torpaq sahəsinin faktiki vəziyyətdə tərəflər arasında razılaşdırılmış vəziyyətdə faktiki bölgüsü ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Aparılmış tədqiqatındəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı və X12 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı paylı mülkiyyətdə olan əmlakdan öz payının müəyyən edilməsi və naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etməklə iddianı müdafiə etmişdir. Cavabdehlər isə fərdi yaşayış evinin ekspert rəyində göstərilən qaydada bölünməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı mülkiyyətdə olan evin ½ pay hüququ ilə onun ümumi paylı mülkiyyətində olan evin və torpaq sahəsinin ayrılaraq ona verilməsi xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyində göstərilmişdir ki, İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0976 ha torpaq sahəsinin faktiki vəziyyətdə tərəflər arasında razılaşdırılmış vəziyyətdə faktiki bölgüsü ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Qeyd edilmişdir ki, tərəflərin istifadələrində olan fərdi yaşayış evi faktiki olaraq iddiaçı və cavabdeh arasında hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla təcrid şəkildə bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin və torpaq sahəsinin bölünmə qaydası texniki pasportda göstərilmişdir. Texniki pasportda göstərilmiş 1-ci mərtəbə üzrə 9, 10, 11, 12 və 13 saylı otaqlar iddiaçının istifadəsindədir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, **********51-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 0.976 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində onların hər birinin 1/2 payları müəyyən olunmalı, ünvan 8 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, **********51-10301 reyestr nömrəli çıxarışa, həmin fərdi yaşayış evinin ½ hissəsi və həmin yaşayış evinin yerləşdiyi 0.976 ha torpaq sahəsinin ½ hissəsi 10 fevral 2023-cü il tarixli 10/8326 saylı ekspert rəyinə əsasən (rəyə əlavə olunmuş sxemə) naturada bölünərək İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə 100 manat ekspertiza xərci İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, **********51-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 0.976 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində 1/2 payı müəyyən olunsun. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi və həmin yaşayış evinin yerləşdiyi 0.976 ha torpaq sahəsi 10 fevral 2023-cü il tarixli 10/8326 saylı ekspert rəyində (rəyə əlavə olunmuş sxem) göstərilən qaydada ½ hissəsi naturada bölünərək İddiaçı verilsin. İddiаçı İddiaçı dövlət büdcəsinə ödədiyi 100 mаnаt dövlət rüsumu оnun özünə аid edilsin. 100 manat ekspertiza xərci İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar