Məhkəmə qərarları › İş №2(075)-2304/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2304/2021

12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2304/2021 12.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “qeyri yaşayış binasının boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi 517,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsinin boşaldılmasının Şəki rayon icra şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC məhkəmə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi 12 noyabr 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsində göstərmişdir ki, 14 yanvar 2009-cu il tarixdə İddiaçı BOKT MMC ilə Əhmədov Məmməd Vahid oğlu arasında CAŞƏK 27185/09 saylı kredit müqaviləsi bağlanaraq, həmin kredit müqaviləsinin təminatı kimi, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 517,4 kv. metrdən ibarət, Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərək, ipoteka müqaviləsi bağlanmışdır. X1 Vahid oğlu kredit öhdəliyini yerinə yetirmədiyi üçün, İddiaçı BOKT MMC tərəfindən Əhmədov Məmməd Vahid oğluna və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Beləliklə 07 dekabr 2012-ci il tarixli 2(075)- 1102/2012 saylı qətnaməyə əsasən "KredAqro” BOKT MMC-nin iddiası təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra hərrac vasitəsi ilə Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Nəticə olaraq 12.06.2014-cü il tarixdən başlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan ümumi sahəsi 517.4 kv metrdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Lakin buna baxmayaraq, həmin vaxtdan başlayaraq hal-hazıradək yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi boşaldılmamışdır. İddianı təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, 14 yanvar 2009-cu il tarixdə İddiaçı BOKT MMC ilə Əhmədov Məmməd Vahid oğlu arasında CAŞƏK 27185/09 saylı kredit müqaviləsi bağlanaraq, həmin kredit müqaviləsinin təminatı kimi, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 517,4 kv. metrdən ibarət, ona məxsus olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərək, ipoteka müqaviləsi bağlanmışdır. X1 Vahid oğlu kredit öhdəliyini yerinə yetirmədiyi üçün, İddiaçı BOKT MMC tərəfindən Əhmədov Məmməd Vahid oğluna və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Beləliklə 07 dekabr 2012-ci il tarixli 2(075)-1102/2012 saylı qətnaməyə əsasən "KredAqro” BOKT MMC-nin iddiası təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almış, hərrac vasitəsi ilə ona məxsus qeyri-yaşayış sahəsi İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, ümumi sahəsi 517.4 kv metrdən ibarət qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. X1 Vahid oğlu kredit borcunu iddiaçıya ödəyə bilməmişdir. Buna görə də iddia tələbi onun mülkiyyətinə yönəldilməlidir. Hesab edir ki, iddia əsassızdır. Belə ki, Əhmədov Məmməd Vahid oğlunun da əmlakları vardır və hesab edir ki, bank yönəltməni M.Əhmədovun mülkiyyətində olan əmlaklara yönləndilrməli idi. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1102/2012 saylı, 07 dekabr 2012-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BOKT QSC-nin xeyrinə cavabdeh Əhmədov Məmməd Vahid oğlundan tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan ümumi sahəsi 517.4 kv metrdən ibarət qeyri-yaşayış binasının açıq hərracda satış yolu ilə realizə edilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 28 aprel 2014-cü tarixli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BOKT MMC, Cavabdeh məxsus Şəki rayonu, Baş Zəyzid kəndində, 0,0975 ha torpaq sahəsində yerləşən, 5 girişli, 517,4 kv. metr ümumi, 388,4 kv.m əsas və 129 kn.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını (mağaza) 19125 manata almışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndinə yerləşən ümumi sahəsi 517,4 kv.m olan qeyri-yaşayış İddiaçı BOKT MMCnin mülkiyyətindədir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, 14 yanvar 2009-cu il tarixdə İddiaçı BOKT MMC ilə Əhmədov Məmməd Vahid oğlu arasında CAŞƏK 27185/09 saylı kredit müqaviləsi bağlanaraq, həmin kredit müqaviləsinin təminatı kimi, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 517,4 kv. metrdən ibarət, Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərək, ipoteka müqaviləsi bağlanmışdır. X1 Vahid oğlu kredit öhdəliyini yerinə yetirmədiyi üçün, İddiaçı BOKT MMC tərəfindən Əhmədov Məmməd Vahid oğluna və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Beləliklə 07 dekabr 2012-ci il tarixli 2(075)-1102/2012 saylı qətnaməyə əsasən "KredAqro” BOKT MMC-nin iddiası təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Nəticə olaraq 12.06.2014-cü il tarixdən başlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan ümumi sahəsi 517.4 kv metrdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Lakin buna baxmayaraq, həmin vaxtdan başlayaraq hal-hazıradək yuxarıda qeyd olunan qeyriyaşayış sahəsi boşaldılmamışdır. İddiaçı BOKT MMC məhkəmə iclasında iddia tələbini müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan qeyri-yaşayış binasının hazırkı mülkiyyətçisi İddiaçı BOKT MMC cavabdehin Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən ümumi 517,4 kv metrdən ibarət qeyri-yaşayış binasının başaldılmasını tələb etməkdə haqlıdır. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi 517,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsi boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı BOKT MMC-nin mülkiyyətində olan Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən ümumi 517,4 kv/metrdən ibarət qeyri-yaşayış sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar