Məhkəmə qərarları › İş №2(075)-2509/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2509/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2509/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, Ərizəçi İddiaçı “şəxsin qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 onların ünvanından qeydiyyatdan çıxarılmasına lazımi şəraitin yaradılmasını xahiş etmişdir. Ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlinir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddian ərizəsinin giriş hissəsindən göründüyü kimi ərizəçi tərəfindən cavabdehin adı, soyadı, ata adı və poçt ünvanları göstərilməmişdir. Belə olan halda məhkəmə iddianı icraata qəbul edə bilməz. Çunki hazırki vəziyyətdə işin icraata qəbul edilməsi aidiyyat qaydalarının pozulmasına və cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmamasına səbəb ola bilər. Bundan başqa ərizəçi İddiaçı X1 onların ünvanından qeydiyyatdan çıxarılmasına lazımi şəraitin yaradılmasını xahiş etməklə qeyri-dəqiq iddia tələbi irəli sürmüşdür. Yəni iddiaçının kimdən nəyi tələb etməsi məhkəməyə aydın deyildir. Buna görə də iddiaçıya tələbinə aydınlıq gətirilməsi tövsiyyə olunur. Həmçinin İddiaçı qanunvericiliklə nəzərə tutulmuş 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslini iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, cavabdehin poçt ünvanı olaraq ünvanın göstərilməsi və sonuncunun həmin unvanda rəsmi qeydiyyatda olması (yaşaması) barədə irəli sürdüyü dəlil iddiaçının tələbidir və iddiaçı həmin tələbini təsdiq edən sübutları ərizəyə əlavə etməlidir. Hazırki vəziyyətdə məhkəmə bu halı cavabdehin poçt ünvanı barədə məlumatın olmaması kimi qiymətləndirir. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatın olmaması, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. MPM-nin 152.1, 152.1.7-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, Qərara aldı: İddiaçı “şəxsin qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar