Məhkəmə qərarları › İş №2(075)-26/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-26/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-26/2022 21.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən və 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, əmisi Cavabdeh2 və bibisi Cavabdeh1 hər birinə 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd edilən fərdi yaşayış evində bibisi X4 yaşayır və ev faktiki olaraq bibisi Cavabdeh1 istifadəsindədir. Buna nə onun, nə də ki, cavabdehlərin heç bir etirazları və narazılıqları olmamışdır. Belə ki, 0.06 ha həyətyanı torpaq sahəsi üzərində həm onun atası X5, həm də əmisi Cavabdeh2 tərəfindən illər əvvəl həyətin ayrı-ayrı hissələrində tikililər inşa edilmişdir. Həmin tikililər onların faktiki istifadələrindədir və onlar orada yaşayırlar. Əmlakın mülkiyyət sənədi üzrə üç mülkiyyətçinin mülkiyyətində cəmi 0.06 ha torpaq sahəsinin olması nəzərdə tutulduğundan onun istifadəsində olmalı torpaq sahəsinin də həcmi 200 kv/m təşkil etməlidir. Lakin hazırkı vəziyyətdə onun faktiki olaraq istifadəsində olan torpaq sahəsinin həcmi 200 kvadratmetrdən azdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun eyni cavabdehlərə qarşı, eyni həyətyanı torpaq sahəsindən payının ayrılması tələbinə dair iddiasına Şəki Rayon Məhkəməsində baxılmış, lakin Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. O, əvvəlki iddiasında evin bölgüsünü tələb etməmişdir. Həyətin bölgüsü ilə bağlı onun müraciəti ilə mütəxəssis tərəfindən Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanındaki fərdi yaşayış evinə aid həyətyanı torpaq sahəsinin faktiki bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemi həyətyanı torpaq sahəsinin tərəflərindən inşa edilmiş və faktiki sahibliklərində olan tikililərin yerləşdiyi hissələrə uyğun tərtib edilmişdir. Belə ki, bölgü sxeminə əsasən Cavabdeh1 düşən hissə ümumi sahəsi 43,1 kv/m olan ev və həmin evin yerləşdiyi hissəyə uyğun 200 kv m torpaq sahəsi, Cavabdeh2 düşən hissə onun tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan C və F tikililərin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsi və ona düşən hissə tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan B və D tikililərinin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsidir. Lakin sonradan cavabdehlər bölgü sxeminin notarial qaydada təsdiq edilməsinə, ümumi əmlakın bölünməsi və ondan payın ayrılmasına razılaşmamışlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun, bacısı Cavabdeh1 və qardaşı oğlu İddiaçı hər birinə 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir. Paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsində həm onlar, həm də iddiaçı üçün ayrı-ayrı tikililər inşa etdirilmişdir. Həmin tikililər onların faktiki istifadələrindədir. Həmçinin 0.06 ha həyətyanı torpaq sahəsi sağlığında mərhum anası və iddiaçının mərhum atası tərəfindən faktiki olaraq bölünmüş və əvvəllər bölünmüş şəkildə də hazırda onların istifadəsindədir. Bu səbəbdən də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 digər Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan DƏDRX tərəfindən 29 may 2019-cu il tarixdə verilmiş **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 43,1 kv/m-lik fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissə paylarla paylı mülkiyyətlərindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(075)-97/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan X1 03 iyun 2021-ci il tarixli, 172 saylı rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********06-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iş üzrə tərəflərin paylı mülkiyyətlərində olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən payçıların faktiki istifadəsini nəzərə almaqla İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Aparılmış bölgü İddiaçı istifadəsində olan fərdi yaşayış evi və onun faktiki istifadəsində olan torpaqla birlikdə 0.02 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Bölgü plan-sxemləri və baxış aktı rəyə əlavə edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 10/4355 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29 may 2019-cu il tarixli, **********06-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən, tədqiq olunan yaşayış evinin 1 yaşayış otağından, 3 yardımçı tikilidən ibarət olduğunu, ümumi sahəsinin 43,1 kv/m təşkil etdiyini nəzərə alaraq, həmin ev üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Lakin tədqiq olunan torpaq sahəsində faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində yaşayış evi olduğunu, yaşayış evlərinin bir-birindən təcrid vəziyyətdə yerləşdiyini nəzərə alaraq, həmin evlərin mövcud vəziyyətdə olduğu kimi tərəflər arasında bölünməsi, eləcə də İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında mövcud olan yaşayış evlərinin həyətyanı torpaq sahəsinin planlı yerləşməsini, o cümlədən iki tərəfdən küçə ilə, iki tərəfdən isə qonşu sahələrlə əhatə olunduğunu, həyətyanı sahənin faktiki olaraq təcrid şəkildə 3 hissəyə bölündüyünü və hər 3 hissəyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,1 kv/m-lik fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissə paylarla paylı mülkiyyətlərindədir. İddiaçı həmin evdən və evə aid torpaq sahəsindən 1/3 paya malik olmasına baxmayaraq 0,06 ha torpaq sahəsinin 1/3 hissəsindən daha az hissənin istifadəsində olduğunu, paylı mülkiyyətdə olan fərdi yaşayış evindən isə digər paylı mülkiyyətçi olan Cavabdeh1 istifadə etdiyini, digər paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsində onunla razılığa gəlmədiklərini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdehlər tərəfindən isə iddia tələbi qəbul edilməmişdir. İddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən evdən və torpaq sahəsindən 1/3 hissədə payının naturada ayrılmasını xahiş etsə də işdə olan mülkiyyət sənədi ilə mübahisə predmeti olan əmlakın yerləşdiyi ünvanın ünvan 5 iddiaçının iddia tələbində qeyd etdiyi ünvan 1 ünvanının ünvan 6 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması ilə bağlı hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən ona düşən 1/3 hissədə payın naturada ayrılmasını xahiş etsə də, ekspertiza tədqiqatı zamanı həmin fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissəsinin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən ona düşən 1/3 hissədə payın naturada ayrılmasını tələb etməkdə haqlı deyildir. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması ilə bağlı hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən, 43,10 m2 sahəsi olan evdən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməli, ekspertiza və mütəxəssis rəylərinin verilməsi üçün aparılmış tədqiqatla bağlı xərclər də iddiaçı Cavabdeh2 tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etməsi nəzərə alınaraq məhkəmə mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 300 manat məbləği yüksək hesab edir və mütəxəssis xərcinin də ekspertiza xərci həddində tutulmalı olmasını qəbul edir. Qeyd edilənlər nəzərə alınaraq mütəxəssis rəyinin verilməsinə görə 100 manat pul vəsaiti İddiaçı tutularaq X2-Kapital Bank ASC-nin Sahil filialındakı KOD201218 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h:AZ37NABZ0 **********000001944, VÖEN **********, hesab AZ64AİİB400900C**********0 hesaba, ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti İddiaçı tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən, 43,10 m2 sahəsi olan evdən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsinə görə 100 manat pul vəsaiti İddiaçı tutularaq X2- Kapital Bank ASC-nin Sahil filialındakı KOD201218 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h:AZ37NABZ0 **********000001944, VÖEN**********, hesab AZ64AİİB400900C**********0 hesaba, ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə-Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mehdiyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***- **-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-26/2022 21 aprel 2022-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, Bağbanlar küçəsi ev 85A) Cavabdehlər: Cavabdeh2, (Şəki şəhəri, Bağbanlar küçəsi 61/47) Cavabdeh1 (Şəki şəhəri, Bağbanlar küçəsi ev 85) Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2 (075)-26/2022 saylı qətnaməsinin və iddia tələbinin bir hissəsinə xitam verilməsinə dair qərardadının surətləri məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə 03 vərəqə, 05 səhifə. qərardad 01 vərəqə, 02 səhifə. Şəki Rayon Məhkəməsinin hakimi: Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar