Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2634/2021 05.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Sadiq qızının “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Sadiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlinir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Qanunvericiliyin mənasına görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin İddiaçı Sadiq qızı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və maraqlı şəxsin adını, soyadını, ünvanını ərizəsində qeyd etməmişdir. Bundan başqa İddiaçı Sadiq qızı xüsusi icraat qaydasında baxılan işlər üzrə 100 manat dövlət rüsumunu da ödəməmişdir. Ərizəçi MPM-nin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl etməmişdir. 149-cu maddənin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehin adı, poçt ünvanı göstərilməmişdir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Məhkəmə hesab edir ki, cavabdehin poçt ünvanı olaraq ünvanın göstərilməsi və sonuncunun həmin unvanda rəsmi qeydiyyatda olması (yaşaması) barədə irəli sürdüyü dəlil iddiaçının tələbidir və iddiaçı həmin tələbini təsdiq edən sübutları ərizəyə əlavə etməlidir. Hazırki vəziyyətdə məhkəmə bu halı cavabdehin poçt ünvanı barədə məlumatın olmaması kimi qiymətləndirir. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatın olmaması, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Göründüyü kimi MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Buna görə də ərizəçi ərizəsində maraqlı şəxsin adını, soyadını, ünvanını, telefon nömrəsini qeyd etməli, məhkəməyə 10 gün müddətində maraqlı şəxsi xəbərdar etməyə şərait yaratmalıdır. Bundan başqa MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qanunvericiliyin müddəalarından da göründüyü kimi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə iddia tələbinə iddia icraatı qaydasında yox, xüsusi icraat qaydasında baxılmalıdır. Halbuki iddiaçı ərizəsini iddia icraatı formasında məhkəməyə təqdim etmişdir. Bbarışıq sazişinin təsdiq edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılmalı olduğundan ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı qanunvericiliklə nəzərə tutulmuş 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslini ərizəyə əlavə etməmişdir. Həmçinin məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, bəhsi geçən işlərə 10 gün müddətində baxılmalı olduğundan, işə daha çevik və tez baxılması zərurəti ilə əlaqədar yenidən məhkəməyə müraciət edərkən barışıq sazişinin əslini və ya notarial təsdiq edilmiş surətini işə əlavə etsin. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, Qərara aldı: İddiaçı Sadiq qızının “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2634/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2634/2021
05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver