Məhkəmə qərarları › İş №2(075)-314/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-314/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-314/2021 12.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 790 (yeddi yüz doxsan) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 820,40 (səkkiz yüz iyirmi manat qırx qəpik) manat məbləğində vəsaitin birqə qaydada Ləğv Prosesində olan ASC “xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddiasını belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə, saat 20:00 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ərazisində Cavabdeh2 İddiaçı tərəfindən icbari sğorta növü ilə sığortalanmış, Cavabdeh1 məxsus “:Vaz 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Chevrolet Aveo" minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuşdur. Mingəçevir şəhəri PŞ DYPB-nin xx.xx.2014-cü il tarixli, CYP 493075 saylı İnzibati Xəta haqqında Protokol, həmçinin xx.xx.2014-cü il tarixli, 3(05)-507/2014 saylı Mingəçevir şəhər məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı “Vaz 21063” minik markalı avtomobilin sürücüsü Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan idarə edərək baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və İXM-nin 152.4-cü maddəsi iiə inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla əlaqədar olaraq, 142/15 saylı işə dair sığorta aktı tərtib edilməklə “Chevrolet Aveo” minik markalı **-BH-*** dövlət qeydiyyat römrə nişanlı avtomobilə dəymiş maddi zərər həmin avtomobilin könüllü sığorta müqaviləsi üzrə “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ödənildiyindən “xxxx” Sığorta Şirkəti ASC-yə şərtsiz azad otma məbləğiçıxılmaqla İddiaçı tərəfindən 790 (yeddi yüz doxşan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 790 (yeddi yüz doxsan) manat məbləğində sığorta ödənişi Ləğv Prosesində olan ASC "xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Ləğv Prosesində olan ASC “xxxx" Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 790 (yeddi yüz doxsan) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsurrunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, özünə məxsus “Vaz 21063” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək müddəti olan etibarnamə ilə X3 vermişdir. X7 isə sözügedən avtomobili idarə etməsi üçün onun tanımadığı Cavabdeh2 vermişdir. Həmçinin bildirdi ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən zaman onun X3 vermiş olduğu etibarnamənin müddəti keçməmişdir. Hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində o hər hansı məsuliyyət daşımamalıdır. Həmçinin bununla bağlı ona qarşı hər hansı inzibati xətaya dair iş də açılmamışdır. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılaraq yekun qərar verilməsini məhkəmədən xahiş etrmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığorta predmeti olan “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 790 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “Preyskurant”ın təsdiq edilmiş surətindən görünür ki, görünür ki, “Chevrolet Aveo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1090 manat xərc çəkilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, pretenziya məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilən 790 manat məbləğində pul vəsaitinin İddiaçınə ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. İş materiallarında Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 3(05)-507/2014 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 İXM-nin 152.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 3 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarında Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan görnür ki, X11 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Cavabdeh1 özünə məxsus 55BH398 dövlət qeydiyyat nişanlı, Vaz-21063 markalı minik avtomobilinə Mingəçevir şəhəri A.Qurbani küçəsi ev3 mən.1-də qeydiyyatda olan X3 xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) vermişdir. Ağsu rayonu Bico kəndində qeydiyyatda olan X4 xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) vermişdir. Qeyd olunan avtomobil Cavabdeh1 adından xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılaraq Xaçmaz rayonu Həsənqala kəndində qeydiyyatda olan X5 adına dövlət qeydiyyat nişanı 27BU192 olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hal-hazırda qeyd olunan avtomobil Xankəndi şəhərində qeydiyyatda olan Goranboy rayonu Yeni yaşayış massivi ev 9 mən.51-də yaşayan X6 adına xx.xx.2020-ci tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi İddiaçındə sığortalanmış “Vaz 21063” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, “Chevrolet Aveo” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından aydın olur ki,m Cavabdeh1 özünə məxsus “Vaz 21063” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək müddəti olan etibarnamə ilə X3 vermiş, lakin X7 isə sözügedən avtomobili idarə etməsi üçün xx.xx.2014-cü il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Göründüyü kimi sözügedən yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 X3 vermiş olduğu etibarnamənin müddəti keçməmiş olmuş və inzibati xəta törətmiş şəxs Cavabdeh2 xx.xx.2014-cü il tarixdə ona verilmiş etibarnamənin etibarlılıq müddətində yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 hər hansı məsuliyyəti yaranmamışdır. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 790 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 790 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya verilsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar