Məhkəmə qərarları › İş №2(075)-334/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-334/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-334/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi polis mayoru Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nəqliyyat vasitəsinin sahiblik, istifadə və sərəncamında olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsinin onun sahiblik, istifadə və sərəncamında olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən tələbi müdafiə edərək göstərdi ki, X2nun istifadəsində “Nissan Patrol’' markalı, mühərrik ZD30- 213333A, ban JN1KESY61Z0520072 olan avtomobil olmuşdur. X2 xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. Babası vəfat etdikdən sonra yuxarıda qeyd edilən avtomobil onun istifadəsində olmuşdur. Həmin avtomobili adına rəsmiləşdirmək istəsə də avtomobilin sənədlərini tapa bilməmişdir. Bununla bağlı Cavabdehnə müraciət etdikdə isə babasının adına belə bir avtomobilin qeydiyyata alınmadığı aşkar edilmişdir. Sonra isə həmin avtomobilin adına rəsmiləşdirilməsi məqsədi ilə Cavabdehnə müraciət etsə də, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 1584/1-293 nömrəli məktubu ilə bundan imtina edilərək, ayrı-ayrı sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin sənədləri isə əldə edə bilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi baş dövlət avtomobil müfəttişi polis mayoru Nümayəndə izahat verərək göstərdi ki, vətəndaş İddiaçı 11.11. 2020-ci il tarixdə Nissan Patrol markalı, mühərrik ZD30-213333A, ban JN1KESY61Z0520072 olan minik avtomobilinin qeydiyyata alınması ilə bağlı Şəki Regional Qİ və TB şöbəsinə müraciət etmiş, onun ərizəsinə baxılmış və həmin avtomobilin qeydiyyatından imtina edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə qeyd edilən mübahisəli avtomobil müayinədən keçirilmiş və müəyyən edilmişdir ki, 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsi həbsdə, girovda və axtarışda yoxdur. 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsinin İddiaçı sahibliyində, istifadəsində və sərəncamında olması müəyyən edilərsə həmin avtomobilin qeydiyyata alınması mümkün olacaqdır. İddianın təmin edilməsinə hər hansı etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, qeydiyyatı Qoxmuq kəndinə olsa da 10 ildən çoxdur ki, İddiaçı ilə qonşudurlar, onu və ailəsini yaxşı tanıyır. Coşqunun babasının qara rəngli “Nissan Patrol’' markalı avtomobilinin olduğunu, onu daima idarə etdiyini görmüşdür. Hələ babasının sağlığında Coşqunun da həmin avtomobili idarə etməsini, ailəsinin bəzi xırda məişət problemlərinin dalıyca getməsini görmüşdür. Cöşqunun babası Qüdrət kişi 2019-cu ildə vəfat etdikdən sonra həmin qara rəngli “Nissan Patrol’' markalı avtomobil daima Coşqunun sahibliyində və idarəçiliyində olmuş, hal-hazırda da onun sərəncamındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər şahid X3 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsaslıdır. Belə ki, işdə olan DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Nissan Patrol markalı, mühərrik ZD30-213333A, ban JN1KESY61Z0520072 olan minik avtomobilinin qeydiyyata alınması ilə bağlı şöbədə ünvanladığı ərizəyə baxılmışdır. Respublikada avtomobillərin qeydiyyata alınması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə və Azərbaycan Respublikası daxili işlər nazirinin xx.xx.1999-cu il tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimata uyğun olaraq həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27.Vİ.5 maddəsinə əsasən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitələrinin sahibləri avtomobilin dövlət qeydiyyatına alınması üçün gömrük orqanlarının verdiyi icazə sənədini, nəqliyyat vasitəsinin əvvəl qeydiyyata alındığı dövlətin daimi qeydiyyatından çıxarılmağına dair sənədi və onun qeydiyyat və ya tranzit nişanlarını təqdim etməlidir. İşdə olan DİN BDYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışdan görünür ki, 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsi həbsdə, girovda və axtarışda yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmələr qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə də baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. X11 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmçinin qeyd olunan Plenum Qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30- 213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsinin İddiaçı sahiblik, istifadə və sərəncamında olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin edilsin. 2001-ci ildə istehsal olunmuş, "Nissan Patrol" markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KFSY61Z0520072 olan nəqliyyat vasitəsinin İddiaçı sahiblik, istifadə və sərəncamında olması faktının müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar