Məhkəmə qərarları › İş №2(075)-383/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-383/2024

18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-383/2024 18.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla “doğum qeydinin və qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, X6 1925-ci ildə anadan olma faktının müəyyən edilməsi və X6 onun, yəni X35 oglunun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onların hal-hazırda yaşadıqları evləri mərhum nənəsi Ruqiyyə Quliyevanın adına qeydə alınmışdır. O, həmin evi öz adına qeydiyyata aldırmaq üçün müvafiq qurumlara müraciət etmişdir. Daşınmaz əmlakın onun adına qeydiyyata alınması üçün mərhum bibisi X6 doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. O, bibisinin doğum haqqında şəhadətnaməsini almaq üçün bir çox qurumlara müraciət etmişdir. Lakin heç bir qurumda bibisinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ona imtina məktubları ünvanlanaraq bibisinin doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bildirmişdir ki, onun mərhum nənəsinin dörd övladı olmuşdur. Onun iki bibisi, əmisi və atası. Onların hamısı vəfat etmişlər. Onun iki bibisi subay olmuşlar, onların övladları olmamışdır. Əmisi vəfat etmişdir. Əmisi uşaqları isə evin onun mülkiyyətinə keçməsinə etirazlarının olmamasına dair ərizə yazmışlar. O, başqa yolla bibisinin doğum haqqında şəhadətnaməsini əldə edə bilmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh nümayəndəsi X4 qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - X17 23 iyul 2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, mərhum nənəsi X18 və atası X7 vəfatından sonra miras qalmış Şəki şəhəri, Dəmirçizadə küçəsi, 23 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X19 09 iyul 2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, mərhum nənəsi X18 və atası X7 vəfatından sonra miras qalmış Şəki şəhəri, Dəmirçizadə küçəsi, ev 23 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - 21 sentyabr 1987-ci il tarixli qeydəalma vəsiqəsindən görünür ki, Şəki şəhəri, 8-ci rayon, 28 aprel, 23 ünvanında yerləşən fərdi yaşayış evi X18, uşaqları Sara, Həsən, Rahilə və Kamal qeydiyyatdadırlar. 26 fevral 1975-ci il tarixli, İİİ-ЖГ 303165 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü İddiaçı atası X20, anası X8r. - Azərbaycan Respublkası Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin 13 yanvar 2022-ci il tarixli, TA-00025-2022 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şəki şəhəri üzrə 1920-ci ilə dair doğum aktlarının qeydiyyat kitabında X9 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublkası Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin 03 mart 2022-ci il tarixli, TA-00142-2022 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1925ci il üzrə doğum akt qeydlərinin əlifba kitabında Sara Süleyman qızının (260-2) adı qeyd olunur. 1925-ci ilə aid olan 260-2 nömrəli akt olan kitab X40 təhvil verilmədiyinə görə həmin şəxsin doğum günü, ayı və anasının adı haqqında tam məlumat aşkar edilməmişdir. - 28 aprel 1997-ci il tarixli, V-ЖГ 258173 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 28 aprel 1997-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 181 nömrə ilə qeyd edilmişdir. - Notariat hərəkətlərinin aparılmasından imtina haqqında 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı atası X20 və bibisi X22ndan qalmış miras əmlakdan özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. - 10 iyul 1969-cu il tarixli, 11 nömrəli nikah haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X16 arasında 10 iyul 1969-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 110 nömrə ilə qeyd edilmişdir. - 27 mart 2024-cü il tarixli, 17 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yaşamış X18 17 aprel 1983-cü il tarixdə vəfat etmiş və onun varisləri bunlardın: 10 sentyabr 2008-ci il tarixdə vəfat etmiş oğlu X21, nəvəsi X30, nəvəsi X31, 28 aprel 1997-ci il tarixdə vəfat etmiş (subay olan) qızı X22, 27 mart 2008-ci il tarixdə vəfat etmiş (subay olan) qızı X13, 01 oktyabr 2005-ci il tarixdə vəfat etmiş oğlu X20, nəvəsi X23, 10 noyabr 1982-ci il tarixdə vəfat etmiş nəvəsi X26, nəvəsi İddiaçıdur. - Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2403/2023 saylı qərarından görünür ki, Cavabdeh üzərinə 01 avqust 1932-ci il tarixli 656 saylı doğum haqqında akt qeydində mərhum Kamıl Həsənovun ad qrafasında adının “Kamıl”-dan “Kamal”-a düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun bibisinin nəvəsidir. X3 isə onun bibisi qızıdır. Sara subay olmuş, ailə qurmamışdır. Qocalıb vəfat etmişdir. Sara ərizəçi İddiaçı hazırda yaşadığı evdə yaşamışdır. Süleymanın mərhum atası Kamal Saranın qardaşı olmuşdur. Bundan başqa Saranın bir qardaşı da olmuş, onun adı Həsən idi. Həsən Bakı şəhərində yaşamışdır, artıq vəfat etmişdir. Bildirmişdir ki, Saranın yaşadığı evdə hal-hazırda ərizəçi İddiaçı yaşayır. O, Saranın doğum tarixini bilmir. Sara təxminən 15 - 20 il qabaq vəfat etmişdir. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, X3nı uzun illər tanımışdır. Sara yaşlı olmuşdur. Onun nə vaxt anadan olmasını bilmir. Sara uzun illər əvvəl vəfat etmişdir. Saranın Rahilə adlı bacısı olmuşdur. Rahilə də vəfat etmişdir. Bildirmişdir ki, X3 ərizəçi İddiaçı bibisi olmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ərizəçi İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi bibisi X5 miras qalmış və hazırda onun yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. İş materiallarından müəyyən edilir ki, 28 aprel 1997-ci il tarixdə vəfat etmiş X24 ərizəçi İddiaçı bibisi olmuşdur. X24 ərizəçi İddiaçı bibisi olma iş materiallarında olan sənədlər, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, mərhum Sara Hüseynova iki bacı və iki qardaş olmaqla ailədə 4 nəfər olmuşlar. Sara Hüseynovanın mərhum bacısı X13, mərhum qardaşları isə X20 və X21 olmuşlar. X1 ərizəçi İddiaçı atasıdır. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində X6 1925-ci ildə anadan olması faktının müəyyən edilməsi tələbini irəli sürsə də, bu hal iş materiallarında olan sənəd və sübutlarla, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə sübuta yetirilməmişdir. Göründüyü kimi ərizəçi X6 1925-ci ildə anadan olmasını təsdiq edəcək hər hansı dəlilli sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında şahidlər X6 nə zaman anadan olmasını, dəqiq bilmədiklərini bildirmişlər. Buna görə də məhkəmə ərizəni X6 1925-ci anadan olma faktının müəyyən edilməsi hissəsində əsaslı hesab etmir. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona bibisinin doğum haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi bibisinin doğum faktının müəyyən edilməsi, habelə X6 onun qohumu, yəni bibisi olmasının onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, ona qalmış mirası rəsmiləşdirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən təmin edilməli, X6 İddiaçı bibisi olması hüquqi faktı müəyyən edilməli, ərizə qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X6 İddiaçı bibisi olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar