Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-426/2021 05.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsiin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1400 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı «xxxx» ASC məhkəməyə ərizə göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddianı müdafiə edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-də 09 mart 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsluliyyətinin icbari sığortası üzrə sığortalanmış “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil sığorta müddətində 13 avqust 2020-ci il tarixdə Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobili zədələmişdir. Şəki ŞRPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan, yəni “B” kateqoriyası olmadan idarə etmişdir. Zərərçəkmiş avtomobilin zədələnməsi nəticəsində 1400 manat sığorta ödənişi verilmişdir. Həmçinin, “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan və avtomobili Cavabdeh1 idarə etdiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1400 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan 12 oktyabr 2020-ci il tarixili sığorta aktından görünür ki, “QAZ- 274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil 09 mart 2020-ci il tarixdən 09 mart 2021-ci il tarixədək «xxxx» ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. 13 avqust 2020-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobillə dəymiş zərərin ümumi həcmi 1400 manat təşkil edir. Mülki işdə olan dəymiş zərərin hesablanmasına dair 17 avqust 2020-ci il tarixli aktdan görünür ki, “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobillə dəymiş zərərin ümumi həcmi 1400 manat ziyan dəymişdir. Mülki işdə olan 20 oktyabr 2020-ci tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən 1400 manat pul “xxxx” KB ASC vasitəsi ilə X2 hesabına ödənilmişdir. Mülki işdə olan 22 dekabr 2017-ci il tarixdə verilmiş AD-051805 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Qar ağ” rəngli, mühərrik ford dizel markasız, maksimal kütləsi 3500 kq, yüksüz kütləsi 2100 kq olan “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur. Mülki işdə olan Cavabdeh1 məxsus AB-527297 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh1 “C” kateqoriyası üzrə avtomobilləri idarə etmək hüququ vardır. Mülki işdə olan Şəki ŞRPŞ-nin DYPB-nin 13 avqust 2020-ci tarixli, TP-3874532 nömrəli tənbeh vermə haqqında iş üzrə qərarından görünür ki, “QAZ-274711” markalı, **- BN-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş Cavabdeh1 13 avqust 2020-ci il tarixdə saat 23:58 radələrində “X7” Qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Cavabdeh1 Cavabdeh2 məxsus “Qar ağ” rəngli, mühərrik ford dizel markasız, maksimal kütləsi 3500 kq, yüksüz kütləsi 2100 kq olan “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili 13 avqust 2020-ci tarixdə saat 23:58 radələrində Şəki şəhəri ərazisində idarə edərkən onun idarə etdiyi avtomobil X4 tərəfindən idarə olunan “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. X1 tərəfindən idarə olunan “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilə 1400 manat məbləğində maddi ziyan dəymişdir. Şəki ŞRPŞ-nin DYPB-nin 13 avqust 2020-ci tarixli, TP-3874532 nömrəli tənbeh vermə haqqında iş üzrə qərarına əsasən “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş Cavabdeh1 həmin hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı «xxxx» ASC tərəfindən “Mercedes Benz ML350” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 1400 manat həmin avtomobilin sahibi X3 ödənilmişdir. Həmin hadisə Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etməsi nəticəsində baş verdiyindən iddiaçı «xxxx» ASC-nin zərərçəkmiş avtomobillərin sahibinə ödədiyi 1400 manat məbləğində zərəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclaslarına gəlməmişlər və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 1097-ci madəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə huquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “X7” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin birinci hissəsində göstərilir ki, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Həmin Qanunun 34-cü maddəsinin ikinci hissəsində göstərilir ki, mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün, traktorlarıvə digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün növləri vardır: Həmin Qanunun 34-cü maddəsinin üçüncü hissəsinin 9-cu bəndində göstərilir ki, sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı-“AZ” və rəqəmlərlə nömrələnmiş vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) barədə məlumatlar göstərilir. Həmin Qanunun 34-cü maddəsinin dördüncü hissəsində göstərilir ki, bu Qanunun 34cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir. 1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün; 2) “A” - bütün növ motosikletləri idarə etmək üçün; 2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün; 3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; 3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 4) “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kqdan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kqdan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. “X7” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən tələblərindən də göründüyü kim “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün sürücünün “B” kateqoriyası olmalıdır. Qeyd edilən hadisədə “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş Cavabdeh1 təqsirli bilinmişdir. Həmin hadisədə iştirak etmiş və Cavabdeh1 idarə etdiyi “QAZ-274711” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil isə “Qar ağ” rəngli, mühərrik ford dizel markasız, maksimal kütləsi 3500 kq, yüksüz kütləsi 2100 kq olan avtomobildir. Yəni, həmin avtomobil iidarə etmək üçün Cavabdeh1 “B” kateqoriyaya malik avtomobilləri idarə etmək hüququ olmalı idi. Lakin, Cavabdeh1 məxsus AB-527297 nömrəli sürücülük vəsiqəsi ilə onun “C” kateqoriyası üzrə avtomobilləri idarə etmək hüququnun olduğu müəyyən olunur. Göründüyü kimi qeyd edilən hadisə Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etməsi nəticəsində baş verdiyindən iddiaçı «xxxx» ASC-nin həmin hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibinə ödədiyi 1400 manat məbləğində zərəri Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin, iddiaçı «xxxx» ASC-nin hazırki iddia tələbi Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 qarşı olsa da, hadisə bilavasitə Cavabdeh1 təqsirindən baş verdiyi, Hüseyn Hüseyun hadisə iştirakçısı olmadığı halda iddiaçı «xxxx» ASC iddiasında iddianın Cavabdeh2 qarşı olan hissəsini əsaslandırmamış və məhkəmə iclası zamanı da iddianın Cavabdeh2 qarşı olan hissəsinin əsaslı olduğu sübuta yetirilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 1400 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalı, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1400 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-426/2021 05 aprel 2021-ci il İddiaçı: «xxxx» ASC-nə (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C) Cavabdehlər: Cavabdeh1 (Şəki rayonu, Qırxbulaq kəndi) Cavabdeh2 (Şəki rayonu, Baş Kəldək kəndi) Şəki Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(075)-426/2021 nömrəli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-426/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-426/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver