Məhkəmə qərarları › İş №2(075)-445/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-445/2020

15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-445/2020 15.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdehlər) Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «həyətə açılan pəncərələrin daş divarla bərkidilməsi» tələbinə dair ilk və ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küçəsində yerləşən, MA seriyalı, 30115376 qeydiyyat nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhədində yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin divarında qoyulmuş iki ədəd pəncərənin daş divarla bərkidilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küçəsində yerləşən, MA seriyalı, 30115376 qeydiyyat nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhədində yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin divarında qoyulmuş iki ədəd pəncərənin daş divarla bərkidilməsi, ev üçün quraşdırılmış kondisionerin arxa blokunun götürülməsi, atmosfer yağıntılarının həyətinə tökülməsinin qarşısının alınması məqsədilə cavabdehlərə məxsus evin üst örtüyünün həyətinə baxan hissəsində novçaların quraşdırılmasının cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və mülkiyyətlərində olan torpaq sahəsindən istifadələrinə cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mülkiyyətlərində olan həmin torpaq sahəsinin qonşuluğunda cavabdeh İddiaçı tərəfindən tikinti-norma və qaydalarına, o cümlədən, sanitar qaydalara riayət etmədən inşa etdirdiyi tikililərin, o cümlədən, sanitar qovşağın cavabdehin öz hesabına sökülməsi, qonşuluqda cavabdeh İddiaçı ev şəraitində göyərçinlərin saxlanılmasının qadağan edilməsi və müvafiq qanunların tələblərini pozmaqla öz evində quşlar saxladığına görə cavabdeh İddiaçı məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti təşkilatlara xəbər verilməsi, həmçinin sərhədlərinin yaxınlığında cavabdeh İddiaçı torpaq sahəsində olan qoz ağaclarının cavabdeh İddiaçı tərəfindən öz hesabına kəsilməsi və ya oradan çıxarılaraq başqa yerə basdırılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Ə.Cəfərov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə adına qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli çıxarış verilmişdir. DƏDRX-nin X1 tərəfindən Şəki bələdiyyəsinin xx xxxxx 2011-ci il tarixli, 08/26 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış Şəki şəhəri Ə.Cəfərov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi ilə bağlı xx xxxxxxxx 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. O, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və uzun illərdir ki, həmin evdə ailəsi ilə birlikdə yaşayıram. Cavabdehlər isə onlardan 4-5 il sonra evinin günbatan tərəfində, mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhəddində ev tikmişlər. Cavabdehlər tərəfindən inşa edilmiş tikilinin arxa tərəfindən xəbərləri olmadan üzü həyətlərinə doğru baxan iki pəncərə açılmışdır. Həyətlərinə baxan pəncərələrin bağlanması ilə bağlı cavabdehlərlə dəfələrlə danışıqlar aparmış, xəbərdarlıqlar etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu azmış kimi cavabdehlər qanunsuz olaraq həyətlərinə girərək qoz ağacının budaqlarını da kəsmişlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri onun hüquq və mənafelərinə toxunur. O, öz mülkiyyət hüququnu həyata keçirə bilmir və öz evində sərbəst hərəkət edə bilmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ona qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinə münasibət bildirərək mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia ərizəsi ilə baxılmamış saxlanılmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X1 tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şəki bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 51 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün həmin torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2011ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki bələdiyyəsi mülkiyyətində olan ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsini 880 manata İddiaçı satmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X1 tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, **********6-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, M.F.Axundov prospektində 0.0562 ha torpaq sahəsindən yerləşən 488 nömrəli fərdi yaşayış tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 307 saylı ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Nurəmməd oğlu və Cavabdeh1 tərəfindən inşa edilmiş, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********16-10301 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında olan həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat, **********06 reyestr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə baxan hissəsində yerləşən, iddia predmeti olan iki ədəd kiçik ölçülü pəncərə cavabdehə məxsus **********16-10301 reyestr nömrəli çıxarışla qeyd olunan torpaq sahəsinin hüdudları daxilindədir və bu pəncərələrin qoyulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğundur. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat, **********06 reyestr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Nurəmməd oğlu və Cavabdeh1 tərəfindən inşa edilmiş, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********16-10301 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında tikilmiş fərdi yaşayış evinin 1.8 metrliyində, həmçinin ona məxsus 0.0562 ha torpaq sahəsinin hasarından isə 0.5 metr məsafədə İddiaçı tərəfindən sanitar qovşaq inşa edilmişdir. İddia predmeti olan sanitar qovşağın 2.6 m2 hissəsi iddiaçıya məxsus olan MA seriyalı, ******* nömrəli çıxarışla qeydiyyata alınan 0.04 ha torpaq sahəsinin hüdudları daxilində, 1.6 m2 hissəsi isə İddiaçı məxsus olan MA seriyalı, ******* nömrəli çıxarışda qeyd olunan 0.04 ha torpaq sahəsinin hüdudları ilə Cavabdeh1 məxsus olan **********16-10301 reyestr nömrəli çıxarışda qeyd olunan 0.0562 ha torpaq sahəsinin hüdudları arasında qalan boşluq ərazidə yerləşir. Mübahisəli ərazi ArcMap proqramı vasitəsilə işlənilmiş ortofotoplanda izahlı şəkildə göstərilmişdir. İddiaçı faktiki istifadə etydiyi torpaq sahəsində olan mübahisəli qoz ağacı İddiaçı tam mülkiyyətinə verilən ********** nömrəli qeydiyyat, **********07 reyestr nömrəli çıxarışda qeyd olunan 0.04 ha həyətyanı tərpaq sahəsinin koordinatlarla göstərilən hüdudlarından kənarda yerləşir. Həmin qoz ağacının inkişafı gələcəkdə cavadehlər Cavabdeh3, Cavabdeh2 Nurəmməd oğlu və Cavabdeh1 DƏDRX tərəfindən verilən **********16-10301 reyestr nömrəli çıxarışda və ona əlavə olunan xx.xx.2020-ci il tarixli 16686 inventar nömrəli Texniki pasportda qeyd edilən 0.05262 ha həyətyanı torpaq sahəsinin cənub-şərq hasarına zərər vura bilər. Bu torpaq sahəsində inşa edilən fərdi yaşayış evindən mübahisə predmeti olan qoz ağacına qədər məsafə 12.5 metr təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Həmin Məcələsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X1 tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 307 saylı ekspert rəyi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Nurəmməd oğlu və Cavabdeh1 tərəfindən inşa edilmiş, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********16-10301 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında olan həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat, **********06 reyestr nömrəli çıxarışla İddiaçı tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə baxan hissəsində yerləşən, iki ədəd kiçik ölçülü pəncərənin cavabdehə məxsus **********16-10301 reyestr nömrəli çıxarışla qeyd olunan torpaq sahəsinin hüdudları daxilində olmaqla, bu pəncərələrin qoyulmasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olduğu müəyyən edilmişdir. Odur ki, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin divarında qoyulmuş, iddiaçının həyətinə baxan iki ədəd pəncərənin qeyri-qanuni tikili olması öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı ev üçün quraşdırılmış kondisionerin arxa blokunun götürülməsi və atmosfer yağıntılarının həyətinə tökülməsinin qarşısının alınması məqsədilə cavabdehlərə məxsus evin üst örtüyünün həyətinə baxan hissəsində novçaların quraşdırılmasının cavabdehlərə həvalə edilməsini xahiş etsə də, kondisionerin arxa blokunun onun iradəsinin ziddinə olaraq mülkiyyət hüquqlarına maneələr yaratmasını, cavabdehlərə məxsus evin üst örtüyündən onun həyətinə hər hansı atmosfer yağıntılarının tökülməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. İddiaçı nəinki kondisionerin arxa blokunun mövcud olmasının ona maneələrin yaradılmasını sübut edə bilməmiş, həmçinin həmin maneələrin nədən ibarət olması ilə bağlı heç bir fikir ifadə edə bilməmişdir. Odur ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə də əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və tətbiq edilməli olan hüquq normalarını əsas tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «həyətə açılan pəncərələrin daş divarla bərkidilməsi, kondisionerin arxa blokunun götürülməsi və atmosfer yağıntılarının həyətinə tökülməsinin qarşısının alınması məqsədilə cavabdehlərə məxsus evin üst örtüyünün həyətinə baxan hissəsində novçaların quraşdırılmasının cavabdehlərə həvalə edilməsi» tələbinə dair ilk iddiası təmin edilməməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-445/2020 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 150 (bir yüz əlli) manatı İddiaçı, ½ hissəsi, yəni 150 (bir yüz əlli) manatı isə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Şəki şəhəri, Ə.Cəfərov küçəsində yerləşən, MA seriyalı, 30115376 qeydiyyat nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhədində yerləşən, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin divarında qoyulmuş iki ədəd pəncərənin daş divarla bərkidilməsi, ev üçün quraşdırılmış kondisionerin arxa blokunun götürülməsi, atmosfer yağıntılarının həyətinə tökülməsinin qarşısının alınması məqsədilə cavabdehlərə məxsus evin üst örtüyünün həyətinə baxan hissəsində novçaların quraşdırılmasının cavabdehlərə həvalə edilməsi” tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən və mülkiyyətlərində olan torpaq sahəsindən istifadələrinə cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mülkiyyətlərində olan həmin torpaq sahəsinin qonşuluğunda cavabdeh İddiaçı tərəfindən tikinti-norma və qaydalarına, o cümlədən, sanitar qaydalara riayət etmədən inşa etdirdiyi tikililərin, o cümlədən, sanitar qovşağın cavabdehin öz hesabına sökülməsi, qonşuluqda cavabdeh İddiaçı ev şəraitində göyərçinlərin saxlanılmasının qadağan edilməsi və müvafiq qanunların tələblərini pozmaqla öz evində quşlar saxladığına görə cavabdeh İddiaçı məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti təşkilatlara xəbər verilməsi, həmçinin sərhədlərinin yaxınlığında cavabdeh İddiaçı torpaq sahəsində olan qoz ağaclarının cavabdeh İddiaçı tərəfindən onun öz hesabına kəsilməsi və ya oradan çıxarılaraq başqa yerə basdırılmasının təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-445/2020 nömrəli qərardadı nəzərə alınsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 150 (bir yüz əlli) manatı İddiaçı, ½ hissəsi, yəni 150 (bir yüz əlli) manatı isə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar