Məhkəmə qərarları › İş №2(075)-51/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-51/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-51/2022 31.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və hüquq müəyyənedici sənədlərin ləğv edilməsi» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 10 iyul 2018ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 17 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 30 avqust 2021-ci il tarixdə Cavabdeh1 qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, vətəndaş İddiaçı iddiasının rədd edilməklə onun adına ünvan 1 ünvanda 785.6 kv.m torpaq sahəsinin 0.0437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27 kv.m yaşayış, 26 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə və torpağa olan mülkiyyət hüququnu təsdiq edən 28 aprel 2006-cı il tarixdə qeydə alınmaqla ona MN seriyalı, ******* saylı reyestrdən verilmiş çıxarışın etibarsız hesab edilməsinə, cavabdeh İddiaçı ona dəyən mənəvi ziyana görə 50 (əlli min) min manat, maddi ziyana görə (vəkil qurumlarına və rüsuma görə) 540 manat olmaqla, cəmi 50540 (əlli min beş yüz qırx) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını, iddianın təmin tədbiri barədəki 21 iyun 2021-ci il tarixli, 2(075)-1350/2021 saylı qərardadın ləğv edilməsini, yuxarıda sadalanan məhkəmələrdə bilə-bilə qanunsuz sənədlərdən istifadə etməklə yalan izahatlar verdiyinə, başqasının mülkünü qanunsuz yollarla ələ keçirməyə cəhd etdiyinə və başqasının ünvan 1 ünvandakı yuxarıda göstərilən mülkünü qanunsuz özgəninkiləşdirdiyinə (oğluna bağışladığına) görə barəsində xüsusi qərardada çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir. Cavabdeh1 30 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər Bələdiyyəsini maraqlı şəxs, X2 isə cavabdeh kimi işə cəlb edərək 23 iyun 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş 23.06.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X3 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi cavabdeh, Şəki bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 19.05.2017-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında verilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işin sonuncu məhkəmə baxışı iclası bu günə, yəni 31 yanvar 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 31 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ilk və qarşılıqlı iddiaçılara izah edilməli, ilk və qarşılıqlı iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları dövlət büdcəsindən onlara qaytarılmalıdır. Qərardad qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 1350/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş Cavabdeh1 adına 10 iyul 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti-söküntü işlərinin aparılması və özgəninkiləşdirilməsinə tətbiq edilmiş qadağa və üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1.5, 162.1, 162.3, 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və hüquq müəyyənedici sənədlərin ləğv edilməsi» tələbinə dair ilk və Cavabdeh1 İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. İddiaçı Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və hüquq müəyyənedici sənədlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Cavabdeh1 İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. Qərardad qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 1350/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş Cavabdeh1 adına 10 iyul 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti-söküntü işlərinin aparılması və özgəninkiləşdirilməsinə tətbiq edilmiş qadağa və üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar