Məhkəmə qərarları › İş №2(075)-6/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-6/2021

02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-6/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar və iddiaçı olmaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, xxx qızı, xxx və xxx qızının etibarnamə üzrə nümayəndələri İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İB-nə qarşı “yolun açılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İB-ni cavabdeh qismində cəlb edərək Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh3 İB cavabdeh qismində cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı1 vəfat etdiyi müəyyən edilmiş, onun vərəsələri İddiaçı2 və İddiaçı3 iddiaçı, X2, xxx qızı, xxx, xxx qızı və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı və iddiaçı olmaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, xxx qızı, xxx və xxx qızının etibarnamə üzrə nümayəndələri İddiaçı2 iddia ərizəni müdafiə edərək göstərdi ki, İddiaçı1 onun əridir. Əri xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum əri 1985-ci ildə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almış, əvvəllər evinə gedən yoldan maneəsiz istifadə etmişdir. Sonradan qonşuluqda yaşayan həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə gedən yolu zəbt etmişlər. Yol o dərəcədə daralmışdır ki, texnikalar və kənd təsərrüfatı məhsullarını (ot, apra, buğda və s.) evinə gətirə bilmirlər. Bundan başqa kəndə qaz xətti çəkilərkən cavabdehlərə çəpərlərini bir qədər darlaşdırmağı təklif etmiş, qeyd etmişlər ki, belə olduğu təqdirdə qaz xətti onların həyətindən keçə, gedişgəliş zamanı qaz xəttinə ziyan dəyə bilər. Lakin cavabdehlər onunla razılaşmamış və qaz xətti də çəkildikdən sonra evinə gedən yol tamamilə qısalmışdır. Mübahisəli yolun başlanğıc hissəsində eni 6 m, onların evinə gedən yolun eni isə 3 m-dir. Bununla bağlı dəfələrlə cavabdehlərə, daha sonra bələdiyyəyə müraciət etmişlər. Lakin heç bir nəticəsi olmamışdır. Hazırda Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətlərində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsini, qaz xəttinin yerinin dəyişdirilməsini tələb edirlər. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, mübahisəli yoldan iri maşın çətinliklə keçə bilər. Lakin onlar fərdi yaşayış evinə gedən yola istənilən avtomobilin sərbəst gediş-gəlişinin təmin edilməsini istəyirlər. Məhz buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında digər İddiaçı3 İddiaçı2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, iddiaçılara məxsus heç bir yolu zəbt etməmişdir. Onlara məxsus fərdi yaşayış evi 1998-ci ildən tikilmişdir. Qaz xəttinə gəldikdə isə kəndə qaz çəkilərkən bütün fərdi yaşayış evlərinə münasibətdə qaz xəttinin sxematik planı tərtib edilmişdir. Həmin vaxt heç bir şikayət olmamışdır. Bundan başqa sözügedən ərazidə qaz xətti dəyişilərsə orada mövcud xeyli ağac kəsilməlidir. Həmçinin, iddiaçılara məxsus fərdi yaşayış evinə gedən yolda hətta yük maşını belə hərəkət edə bilir. Lakin əgər məhkəmə tərəfindən zəbt müəyyən edilmişdirsə, iddianın təmin edilməsinə etiraz etmir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 Cavabdeh1 verdiyi izahatla eyni məzmunlu izahat verərək qanuni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 İB-nə, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmiş, Cavabdeh3 İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin Cavabdeh3 İB xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, mülki işlə bağlı tərəflərindən yerli baxış keçirilmiş və İddiaçı1 və Cavabdeh1 məxsus fərdi yaşayış evlərinə münasibətdə qaz xəttinin sxematik planı tərtib edilmişdir. Sözügedən d-57 mm-lik qaz xətti 2016-cı ildə Şəki rayonu Şorsu kəndi qazlaşdırılarkən abonentlərə təbii qazın verilməsi üçün yerüstü çəkilmiş və hazırda istismardadır. İddiaçı1 bugünədək qaz xətlərinin yerinin dəyişdirilməsi, o cümlədən, layihə və texniki icra sənədləri, həmçinin onların hazırlanması üçün hər hansı müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri üçün dayanacaqların təşkili, torpaq səthini düzləndirmə işlərinin aparılması qadağandır. Qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı iddiaçının şəxsiyyətini təsdiq edən sənədlə və torpaq sahəsinin mülkiyyətində olmasına dair çıxarış və texniki pasportla birlikdə RQİİ-yə müraciət etməsi, həmin müraciət əsasında kəmərin yerinin dəyişikliyinə dair sxematik planın hazırlanmalı, Cavabdeh3 İB-nin razılığından sonra iddiaçının xüsusi lisenziyası olan podratçı təşkilatla işlərin görülməsinə dair podrat müqaviləsi bağlanılmalı və podratçı təşkilat tərəfindən işlər görüldükdən sonra Cavabdeh3 İB-nin yerli təşkilatına təhvil verilməlidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxx 2009-cu il tarixli, A seriyalı, 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 fərdi yaşayış evi tikmək üçün 1600 kv.m torpaq sahəsi verilmişdir. “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı1 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Şəki şəhər İHB-nin Şorsu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 323 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş İddiaçı1 vərəsələri aşağıdakılardır: İddiaçı2 (arvadı), İddiaçı3 (oğlu), X2, xxx qızı, xxx, xxx qızı və X1 (qızları). «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 209 saylı ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən ekspertiza baxışına təqdim edilən yol Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmamışdır. Həmin plan və ölçüdə göstərilən 1600 kv.m torpaq sahəsinin cənubunda nəzərdə tutulan yolun eni ən az yerdə miqyasa görə 8 m-dir ki, bu yol iddia predmeti deyil. İddiaçı Şəki rayonu, Şorsu kənd sakini İddiaçı1 yaşadığı fərdi yaşayış evinə gedən yol və ya onun hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Mübahisəli yol ərazisi ArcMap proqramı vasitəsilə işlənilmiş ortofotoplanda aydın şəkildə göstərilmişdir. Cavabdeh3 İB tərəfindən çəkilmiş D-57 mm diametrli qaz xəttinin yerinin dəyişdirilməsi mümkündür. Bunun üçün Cavabdeh3 İB tərəfindən layihə əsasında qaz xəttinin mövcud ağac kollarına doğru həmin hissəni təmizləməklə hasara doğru yaxınlaşdırılması texniki cəhətdən məqsədəmüvafiqdir. Tədqiqatın dəyəri 150 manat təşkil edir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, xx xxxx 2009-cu il tarixli, A seriyalı, 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına ilə Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 fərdi yaşayış evi tikmək üçün 1600 kv.m torpaq sahəsi verilmişdir. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 209 saylı ekspert rəyi ilə mübahisəli yolun Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmadığı, həmin yolun və ya onun hər hansı hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcələsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan yol Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinə gedən yol və ya onun hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Bundan başqa həmin ərazidə qaz xətti çəkilərkən bütün fərdi yaşayış evlərinə münasibətdə qaz xəttinin sxematik planı tərtib edilmiş, həmin vaxt iddiaçının hər hansı tələbi olmamışdır. Mübahisəli yol cavabdehlər tərəfindən zəbt edilmədiyindən hazırda qaz xəttinin dəyişdirilməsini də məhkəmə məqsədəmüvafiq hesab etmir. Odur ki, iddia tələbi əsaslı deyildir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İB-nə qarşı “yolun açılması” tələbinə dair iddiaları əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. 150 (bir yüz əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı2 və İddiaçı3 «Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətlərində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi» tələbinə dair iddiaları təmin edilməsin. 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar