Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-605/2021 29.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi İddiaçı “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Keçmiş VVAQ şöbəsi) xx.xx.1970-ci il tarixli vətəndaşlıq vəziyyəti qeydiyyatı kitabında 95 nömrə ilə qeyd edilmiş akt qeydləri kitabında onun əri X2 ilə nikahın bağlanması akt qeydində, qayınatasının adında Əbdüləziz kimi düzəliş edilməsi, həmçinin onun ölümü ilə bağlı xx.xx.2020-ci il tarixli 242 nömrə ilə qeyd edilən ölüm akt qeydləri kitabında X1, düzəliş edilməsi həmçinin müvafiq şəhadətnamələrdə yəni onun nikah və onun ölüm şəhadətnamələrində düzəliş edilərək şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxx 2021-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxx 2021-ci il tarixə saat 09:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ ərizəçi İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi İddiaçı “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-605/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-605/2021
29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver