Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-670/2021 22.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının qismən ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X6 nəvələri xx xxx 2016-cı il təvəllüdlü X17 və xx xxxx 2020-ci il təvəllüdlü X15 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan məhkəmənin təşəbbüsü ilə X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxx 2021-ci il tarixdə ərizə göndərərək, himayəsində iki körpə uşağı olduğunu, ona görə də üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, X18 ilə xx xxxxxxxx 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində (353 nömrə ilə) nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxx 2016-cı il təvəllüdlü X17 və xx xxxx 2020-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. X18 İİ Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və şəhid olmuşdur. Belə ki, o, döyüş zamanı yaralanmış və xx xxxxxxx 2020-ci il tarixdə baş-beyin diffuz travmasından ölmüşdür. Həmin vaxt o, ər evində olmuşdur. Yas ərəfəsində, yəni xx xxxxxx 2020-ci il tarixdə, ərinin ikinci cümə axşamında qızı X7 yüksək hərarəti olduğu və yas mərasimində çoxlu adamlar olduğu üçün həkimin məsləhəti ilə uşaqları da götürərək ünvan 1 ünvanında yerləşən atası evinə gəlmişdir. Həmin vaxt həm qayınanası X13, həm də onun qohumları yüksək hərarətlə özlərini pis hiss etmişlər. Həmin dövr Azərbaycanda, o cümlədən də Şəki şəhərində “COVİD-19” xəstəliyinin geniş yayıldığı bir dövrə, karantin dövrünə təsadüf etmişdir. O, mərhum ərinin cümə axşamında qayınanası X13 tərəfindən yasda iştirak edənlərin qarşısında təhqirlərə məruz qalmış, şərəf və ləyaqəti alçaldılmışdır. Qayınanası mərhum ərinin qırx mərasiminə kimi əsassız söz-söhbətlər yaratmış və barəsində həqiqətə uyğun olmayan sözlər demişdir. Hətta ona “oğlumun qırxından sonra bu evə gəlməyərsən, hardan gəlmisən orada gedərsən, oğlum öldükdən sonra nə sən, nə də uşaqlar mənə lazım deyil” demişdir. Lakin bütün bu təhqirlərə baxmayaraq o, mərhum ərinin qırx mərasiminədək bütün yas mərasimlərində iştirak etmişdir. Bundan sonra qayınanası ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına əsassız olaraq müraciət edərək guya övladının yas mərasiminin üçüncü günündə onun heç bir münaqişə olmadığı halda uşaqları götürərək öz atası evinə getdiyini və həmin tarixdən nəvələri ilə görüşüb ünsiyyətdə ola bilmədiyini, ona maneələr yaradıldığını və müvafiq köməklik göstərilməsini komissiya üzvlərindən xahiş etmişdir. Lakin nə o, nə də ailə üzvləri tərəfindən qayınanasına nəvələri ilə görüşmək və ünsiyyətdə olmaq üçün heç bir maneələr yaradılmamışdır. Buna baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası xx xxxxxx 2021-ci il tarixli qərar qəbul edərək aşağıdakıları qərara almışdır: 1. ünvan 2 ünvanında yaşayan şəhid anası X6 ərizəsi nəzərə alınaraq hər həftənin şənbə və bazar günləri nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X9 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X10 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X17 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilsin; 2. ünvan 3 ünvanında yaşayan şəhid anası X6 ərizəsi nəzərə alınaraq bazar günləri olmaqla ayda iki dəfə, nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X7 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X10 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X15 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilsin. Lakin həmin qərar rəsmi qaydada ona göndərilməmişdir. Bundan sonra qayınanası X13 ona qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli görüşə dair qərarının icrasına edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icrastına qəbul edilmişdir. Məhkəmə bildirişi ona çatdıqdan sonra Qəyyumluq və Himayəçilik Komissiyasına qərarın surətinin ona çatdırılmadığını bildirmiş və yalnız bundan sonra yaxın günlərdə həmin qərarın surəti məhəllə nümayəndəsi vasitəsi ilə ona çatdırılmışdır. Həmin qərardan qismən “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi” hissəsində narazı olduğu üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qayınanası X6 uşaqlarla ünsiyyətdə olmasına nə Komissiyanın iclasından əvvəl, nə də sonra tərəflərindən heç bir maneələr törədilməmişdir. Hətta Komissiyanın xx xxxxxx 2021ci il tarixli iclasından sonra da o, uşaqlarla görüşməyə gəlməmiş, onun uşaqlarla ünsiyyətdə olmasına heç bir maneələr törədilməmiş və əsassız olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun qərarda göstərdiyi vaxtlarda uşaqlarla ünsiyyət etməsinə və görüşməsinə heç bir etirazı yoxdur. Lakin Komissiyanın qərarında qeyd edildiyi kimi ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüşməsinə etiraz edir. Çünki burada ərizəçinin istəyi və mənafeyi yox, uşaqların mənafeyi üstün tutulmalıdır. Uşaqların birinin 4 yaşı, digərinin isə 1 yaşı var. Belə olduqda körpə və azyaşlı uşaqlarının pandemiya dövründə, “COVİD-19” xəstəliyinin tüğyan etdiyi bir dövrdə zərurət yaranmadan evdən çölə çıxarılmaları, harasa aparılmaları onların səhhətini və sağlamlığını təhlükə altına qoyacaqdır. O, qayınanası X6 nəvələri ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qərarda qeyd edilən vaxtlarda görüşməsinə etiraz etmir. Belə ki, həyat yoldaşının ona əmanət etdiyi iki azyaşlı uşağı gözündən uzağa qoya bilməz. Onların həyat və sağlamlığı onun üçün hər şeydən üstündür. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 bildirdi ki, İddiaçı və onun ailə üzvləri (atası və anası) ilə X13 arasında münaqişə mövcuddur. Belə ki, İddiaçı mərhum əri X18 İİ Qarabağ müharibəsində iştirak etmiş və şəhid olmuşdur. Bundan sonra dəfn mərasiminin keçirilməsi üçün dövlət tərəfindən müəyyən məbləğdə pul verilmişdir. İddiaçı həmin pulu banka qoymuş, pul təyinatı üzrə istifadə edilməmişdir. Həmçinin, şəhid pulu mərhumun həyat yoldaşına, həm də anasına verilməli olduğu halda, iddiaçının valideynləri buna mane olmaq üçün iddiaçını şəhidin üç mərasimində uşaqları ilə birlikdə öz evlərinə aparmış, bir daha həmin evə gətirməmişlər. Şəhidin digər yas mərasimində Şəki şəhərinin əhalisi axınaxın iştirak etsə də, mərhumun həyat yoldaşı iştirak etməmiş, iddiaçının atası bütün mərasimləri öz evində verdiyini bildirmişdir. Hazırda iddiaçı kirayəyə çıxmışdır. Bunda məqsəd dövlət tərəfindən mənzillə təmin edilməkdir. Həmçinin, onlarda olan məlumatlara görə iddiaçı xx xxxx 2020-ci il təvəllüdlü X7 adı nənəsinin adı olduğundan adın dəyişdirilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmişdir. Beləliklə, tərəflər arasında münasibətlər gərgindir. Komissiyanın iclasında iddiaçının valideynləri şəhid anası X8 qarşı sərt mövqe sərgiləmiş, ona qarşı müəyyən kobud və təhqiramiz ifadələr işlətmişlər. Şəhid anası X13 heç bir pul məbləğində gözü olmadığını, sadəcə övladının yadigarları olan nəvələri ilə görüşmək istədiyini bildirmişdir. İddiaçının hazırkı tələbi Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının icrasını mümkünsüz etmək məqsədi daşıyır. Belə ki, X13 ilə iddiaçının ailəsi arasında bütün ailə bağları qırıldığından Nailə Həmidova nəvələrini görmək üçün ünvan 1 ünvanındakı evə getməyəcəkdir. İddiaçı bunu bildiyindən qərarı yalnız həmin hissədə mübahisələndirir. Bundan başqa onlarda olan məlumata görə xx xxx 2016-cı il təvəllüdlü X3 gedir. Əgər, uşaq evindən uzaqlaşaraq idmanla məşğul ola bilirsə, öz doğulub-böyüdüyü ata yurduna da gedə bilər. Həmçinin, uşaqların nənələrinə qarşı isti münasibətləri qəyyumluq orqanının diqqətini çəkmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına iştirakını gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxxxxxx 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X19 arasındakı nikah xx xxxxxxxx 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. xx xxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2016-cı il təvəllüdlü X9 atası X18, anası İddiaçıdır. xx xxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2020-ci il təvəllüdlü X7 atası X18, anası İddiaçıdır. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan şəhid anası X4 Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X15 ilə görüş və ünsiyyətdə olmalarına köməklik göstərilməsini xahiş etmişdir. Məsələyə Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli iclasında baxılmışdır. Komissiyanın iclasında X2 və ərizə üzrə cavabdeh gəlini İddiaçı atası X16 iştirak etmişlər. X2 çıxış edərək, İİ Qarabağ Müharibəsi zamanı şəhid olmuş övladı X10 gəlini İddiaçı ilə rəsmi nikahla ailə həyatı qurduqlarını, həmin evlilikdən nəvələri xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olduqlarını, şəhid övladı ilə gəlininin evlilik müddəti ərzində aralarında heç bir problemin olmadığını, səmimi ailə münasibətlərində olduqlarını, gəlini və nəvələri ilə birlikdə mehriban şəkildə yaşadıqlarını, övladı X10 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan İİ Qarabağ Müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhid olduğunu, övladının yas mərasiminin 3-cü günündə heç bir münaqişə olmadığı halda, səbəbsiz olaraq gəlini İddiaçı, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X12 özü ilə götürərək öz atası evinə getdiyini bildirmişdir. Həmçinin, ərizəçi çıxışında gəlininin evi tərk etdiyi tarixdən nəvələri ilə görüş və ünsiyyətdə ola bilmədiyini, nəvələri ilə görüş və ünsiyyətə gəlininin atası tərəfindən süni maneəçilik yaradıldığını bildirərək, gəlini ilə münasibətlərinin yaxşı olduğunu, onu öz qızı olaraq qəbul etdiyini, aralarında heç bir problem və anlaşılmazlığın olmadığını qeyd etmişdir. X2 ərizəsində və komissiyanın iclasında, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 şəhid övladından ona qalan tək təsəlli olduqlarının nəzərə alınmasını, nəvələri ilə hər həftənin şənbə və bazar günləri, nəvələrinin ad günlərində, bayram günlərində, şəhid olmuş övladının doğum və anım günlərində bir neçə saat görüş və ünsiyyətdə olmaları üçün müvafiq köməklik göstərilməsini komissiya üzvlərindən xahiş etmişdir. Komissiyanın iclasında ərizə üzrə cavabdeh İddiaçı atası X16 isə çıxış edərək, qızının evi tərk etməsinə müəyyən səbəblərin olduğunu, nəvələri ilə nənələrinin və əmilərinin görüş və ünsiyyətdə olmalarına heç bir maneəçilik törətmədiklərini, həftə içi hər gün şənbə və bazar günləri də daxil olmaqla günün istənilən vaxtında uşaqların nənələrinin və əmilərinin gəlib görmələrinə etiraz etmədiklərini, lakin uşaqların nənələri və ya əmiləri tərəfindən götürülüb bir neçə saatlığına belə olsa başqa yerə aparmalarına narazı olduğunu, buna yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqdan sonra icazə verəcəyini bildirmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli iclasında tərəflər arasında soyuqluq hiss edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə əsasən “Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüquqununa malikdirlər”. Yuxarıda qeyd olunanları, tərəflər arasında bir-birilərinə qarşı yaranmış soyuq münasibət səbəbindən X2nın nəvələri ilə görüş və ünsiyyətdə olması üçün gəlini-İddiaçı və ailəsinin yaşadıqları evə getmək istəməməsini nəzərə alaraq, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli iclası qərara almışdır:
1. ünvan 3 ünvanında yaşayan şəhid anası X6 ərizəsi nəzərə alınaraq hər həftənin şənbə və bazar günləri, nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X9 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X10 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X17 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilmişdir.
2. ünvan 3 ünvanında yaşayan şəhid anası X6 ərizəsi nəzərə alınaraq bazar günləri olmaqla, ayda 2 (iki) dəfə, nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X7 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X10 doğum və anım günlərində saat 11:00-dan 15:00-dək nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X15 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilmişdir.
3. X1 izah edilmişdir ki, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X15 ilə görüşmələrinə, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasına süni maneələr yaradılarsa, onun qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli 6 №-li qərarında qeyd olunmuşdur ki, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-61.3-cü maddələrinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlər uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi istinad edilən maddi hüquq normaları ilə nənə və babanın nəvələri ilə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X6 nəvələri xx xxx 2016-cı il təvəllüdlü X17 və xx xxxx 2020-ci il təvəllüdlü X15 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsini xahiş etsə də, hazırkı uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxs onların nənəsidir. Həmin şəxsin öz nəvələri ünsiyyət hüquqları qanunda nəzərdə tutulmuşdur. Uşaqlar ünsiyyət zamanı nənələrinin qayğısı ilə əhatə olunur və əksini təsdiq edən mötəbər sübutlar mövcud olmadan bu hal uşaqların mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa qəyyumluq orqanının nümayəndəsi də uşaqların nənələrinə qarşı isti münasibəti olduğunu bildirmişdir. Həmçinin, iddiaçı uşaqların ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüşməsinin uşaqların mənafeyinə zidd olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, qəyyumluq orqanının qərarında ərizəçinin istəyinə və mənafeyinə uyğun yer kimi uşaqların özlərinin və şəhid atalarının doğulub boya-başa çatdıqları ev nəzərdə tutulur. Odur ki, iddiaçı uşaqlarla nənələrinin istəyinə və mənafeyinə uyğun yerlərdə ünsiyyətin uşaqların mənafelərinə zidd olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. Odur ki, iddia ərizəsində qeyd edilən halları təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyildir. Şərh edilənlərə əsasən İddiaçı cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının qismən ləğv edilməsi» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan 001185 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsi olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı «Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2021-ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X6 nəvələri xx xxx 2016-cı il təvəllüdlü X17 və xx xxxx 2020-ci il təvəllüdlü X15 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Pərviz Hacıyev