Məhkəmə qərarları › İş №2(075)-687/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-687/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-687/2025 04.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “şahadətnamənin və çıxarışın ləğv olunması, torpaq sahəsinin və evin natura bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək saxta kupça ilə Cavabdeh və bacısı X4 adına alınan torpaq şəhadətnamələrinin və çıxarışlarının ləğv olunması, ünvan 1 ünvanda yerləşən atası X2 adına olan 0,082 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, maddi imkanı olmadığı üçün ona dövlət hesabına vəkil təyin olunması, ünvan 2 ünvanında yerləşən atası X1 miras qalmış ¼ hissə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin atasından miras qalmış ¼ hissənin qardaşları mərhum X3 vərəsələri Cavabdeh, X8 1/3 pay, mərhum X9 vərəsələri X5, X12 1/3 pay, qardaşı X10 1/3 hissə bərabər olaraq bölüşdürülməsinə görə qardaşı X6 verdiyi ünvan 2 ünvanında yerləşən atası X1 miras qalmış ¼ hissə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ¼ hissə ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qoşma sənədlər qeyd olunub sadalansa da heç bir sənəd əlavə edilməmişdir. Bu haqda akt tərtib edilmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Belə ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-in yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Lakin İddiaçı qanunvericiliklə nəzərə tutulmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzi, eyni zamanda iddia ərizəsinin qoşma hissəsində qeyd etdiyi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə, onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. Bundan başqa İddiaçı, saxta kupça ilə Cavabdeh və bacısı X4 adına alınan torpaq şəhadətnamələrinin və çıxarışlarının ləğv olunması, ünvan 1 ünvanda yerləşən atası X2 adına olan 0,082 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, maddi imkanı olmadı üçün ona dövlət hesabına vəkil təyin olunması, ünvan 2 ünvanında yerləşən atası X1 miras qalmış ¼ hissə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin atasından miras qalmış ¼ hissənin qardaşları mərhum X3 vərəsələri Cavabdeh, X7 1/3 pay, mərhum X9 vərəsələri X5, X12 1/3 pay, qardaşı X10 1/3 hissə bərabər olaraq bölüşdürülməsinə görə qardaşı X6 verdiyi ünvan 2 ünvanında yerləşən atası X1 miras qalmış ¼ hissə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ¼ hissə ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də konkret hansı çıxarışların və şəhadətnamələrin ləğv olunmasını göstərməmiş, tələbini əsaslandırmamışdır. Bundan başqa iddia ərizəsinin xahiş edirəm hissəsindən göründüyü kimi iddia tələbi Cavabdeh, X11 və digərlərinə qarşı yönəldiyi halda iddia ərizəsində cavabdeh kimi ancaq Cavabdeh göstərməklə tələbin qeyri-müəyyən irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bütün bunlara görə də iddia ərizəsi, geri qaytarılmalı və İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “şahadətnamənin və çıxarışın ləğv olunması, torpaq sahəsinin və evin natura bölünməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar