Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-789/2021 17.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi X4 (əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 nümayəndəsi Nümayəndə) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsi,ev 38 (40) ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən onun 1/3 hissədə payının müəyyən edilməsi, həmin yaşayış evinin, həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən ona məxsus 1 otaq 23,1 kv.m evin və torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə (azaldılmasına) dair ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən onun 1/3 hissədə payının müəyyən edilməsi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən 1/3 hissə payının müəyyən olunaraq naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Bundan başqa iddiaçı işə məhkəmədə baxılarkən yenidən iddia tələbinin dəqiqləşdirilməsinə (azaldılmasına) qərarına gəlmiş və məhkəməyə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən onun 47/150 hissədə payının müəyyən edilməsi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən 47/150 hissə payının müəyyən olunaraq naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsi,ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi onun, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evdən və evin yerləşdiyi torpaq sahəsindən onun payı müəyyən edilmədiyindən qeyd edilən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə və nəticədə onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaranır. Buna görə də sözügedən fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsindən payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Məhkəmə iclasında bildirmişdir ki, həmin torpaq sahəsindən ona 1/3 hissədə payının naturada ayrılaraq verilə bilməməsini anlayır. Buna görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2846 saylı 10 noyabr 2021-ci il tarixli ekspert rəyində göstərilən qaydada, yəni işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan bölgü variantında, yəni texniki pasportda göstərilən 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə zəbt torpaq sahəsinə qədər olan 188 kv/m torpaq sahəsinin naturada bölünərək ona verilməsi ilə razıdır. Odur ki, ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən onun 47/150 hissədə payının müəyyən edilməsi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən 47/150 hissə payının naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi onun, qardaşı Cavabdeh2 və İddiaçı mülkiyyətindədir. Bildirmişdir ki, yaşadıqları ev tiraltı evdir. Yənı həm iddiaçı həm də cavabdehlər kimi onlar eyni evin damının altında yaşayırlar. Digər Cavabdeh3 onun qardaşı Cavabdeh2 arvadıdır. Göstərmişdir ki, iddiaçı onun mərhum qardaşı İsmayılın payını almışdır. Qardaşı İsmayıl 2013-cü il tarixdə Bakıda vəfat etmişdir. Bundan sonra qardaşı arvadı İradə İsmayılın mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış evini öz adına rəsmiləşdirmiş və hazırda iddiaçı olan İddiaçı satmışdır. Bidirmişdir ki, qeyd edilən ünvandakı ev onlara mərhum anaları tərəfindən bağışlanmışdır. Göstərmişdir ki, iddianı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2846 saylı 10 noyabr 2021-ci il tarixli ekspert rəyində göstərilən qaydada, yəni işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan bölgü variantında qəbul edirlər. Məhkəmədən qanuni və ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X7 Cavabdeh1 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi Nümayəndə da Cavabdeh1 izahatına oxşar olan təxminən eyni məzmunlu izahat vermişdir. İşdə olan ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********04-10301 reyestr nömrəli çıxarışdan görünü ki, həmin ev 1 otaq 23.1 kv.m və torpaq sahəsi ümumi birgə İddiaçı, 1 otaq 22.7 kv.m və torpaq sahəsi ümumi birgə Cavabdeh2 və 2 otaq 35 kv.m və torpaq sahəsi ümumi birgə Cavabdeh1 mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2846 saylı 10 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, X5 və X2 mülkiyyətində olan 192. kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən İddiaçı aid 1/3 hissəsinin naturada ayrılaması texniki cəhətədən mümkündür. Bunun üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan bölgü variantında, yəni texniki pasportda göstərilən 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə zəbt torpaq sahəsinə qədər sərhəd hasarı çəkilməlidir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia tələbinin azaldılması haqqında 17.12.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan bölgü sxemi ilə razıdır. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsi,ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Həmin fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payı müəyyən edilmədiyindən qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə və nəticədə onun mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılır. Buna görə də iddiaçı sözügedən fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsindən payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Həm iddiaçı həm də cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2846 saylı 10 noyabr 2021-ci il tarixli ekspert rəyində göstərilən qaydada, yəni işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan bölgü variantında, yəni texniki pasportda göstərilən 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə zəbt torpaq sahəsinə qədər olan 188 kv/m torpaq sahəsinin naturada bölünərək iddiaçıya verilməsinə razıdırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa «İnsan Hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyənnamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətində özgənikiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin Məcəllənin 220.3-cü maddəsinə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli Çıxarış üzrə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi İddiaçı, cavabdehlər Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətindədir. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq payların naturada bölünməsinə dair razılıq əldə olunmadığından iddiaçı öz hüquqlarından istifadə edərək paylı mülkiyyətdə olan ümumi əmlakdan öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2846 saylı 10 noyabr 2021-ci il tarixli ekspert rəyindən də göründüyü kimi ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, X5 və X2 mülkiyyətində olan 192 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən 1/3 (188 kv/m torpaq sahəsinin) hissəsinin naturada ayrılaraq İddiaçı verilməsi texniki cəhətədən naturada bölünərək ona verilməsi mümkündür. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin naturada ayrılmasına qanunla yol verildiyindən, bu ayırma ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadığından və digər şəxslərin hüquqlarını məhdudlaşdırmadığından iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli Çıxarış üzrə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən İddiaçı 47/150 hissədə mülkiyyət payı müəyyən olunmalı, həmçinin ünvan 2 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli Çıxarış üzrə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019cu il tarixli texniki pasport sənədində qeyd olunan və işdə olan bölgü variantında, yəni texniki pasportda göstərilən 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə zəbt torpaq sahəsinə qədər hissəyə qədər sərhəd hasarı çəkilməklə 188 kv/m torpaq sahəsi naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməlidir. Dövlət rüsumu tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X3, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli Çıxarış üzrə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən İddiaçı 47/150 (188 kv/m torpaq sahəsi) hissədə mülkiyyət payı müəyyən olunsun. ünvan 2 ünvanında yerləşən **********04-10301 reyestr nömrəli Çıxarış üzrə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.07.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan və işdə olan bölgü variantında, yəni texniki pasportda göstərilən 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə zəbt torpaq sahəsinə qədər hissəyə qədər sərhəd hasarı çəkilməklə 47/150 (188 kv/m torpaq sahəsi) hissə torpaq sahəsi naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X3, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-789/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-789/2021
17.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver