Məhkəmə qərarları › İş №2(075)-806/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-806/2021

12.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-806/2021 12.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2V-548 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin Cavabdeh1-Hüseyn qızına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materialını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2V-548 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin Cavabdeh1-Hüseyn qızına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsi İddiaçı tərəfindən yox, baş şəxs tərəfindən, yəni X2 tərəfindən imzalanmışdır. Həmçinin iş materialına əlavə edilmiş etibarnamədən görünür ki, İddiaçı tərəfindən X1 iddia ərizəsini imzalamaq və məhkəmədə iştirak etmək səlahiyyətləri verilməmişdir. Belə ki, həmin etibarnamə üzrə X1 verilmiş səlahiyyətlər MPM-nin 74-cü maddəsinə uyğun deyil, həmçinin həmin etibarnamə MPM-nin 73-cü maddəsinin tələblərinə cavab vermir. Belə olduğu halda məhkəmə hesab edir ki, X2 həmin iddia ərizəsini İddiaçı əvəzinə imza etmək səlahiyyətində deyildir. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx xxxxx 2021-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü məsələsinə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:00-da başlandı. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə verilmədiyini müəyyən etdim. İddia ərizəsinin icraata götürülməsi mümkün olmadığından iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etdim. Prosessual hərəkət həmin gün saat 10:10-da qurtardı. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar