Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-82/2022 24.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Allahyar Əhmədov küçəsi, dalan 1, 1 (yeni qaydalarla: AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Şəki şəhəri, Allahyar Əhmədov küçəsi, dalan 1, 1 (yeni qaydalarla: AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin yaşayış evinin yerləşdiyi 0.097 ha torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması haqqında ərizə mülki prosessual qanunvericiliyə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Şəki şəhəri, Allahyar Əhmədov küçəsi, dalan 1, 1 (yeni qaydalarla: AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bununla bağlı ƏMKD yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsindən 12 noyabr 2019-cu il tarixdə ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Aldığı fərdi yaşayış evi tiraltı olmaqla ½ hissəsi Cavabdeh ½ hissəsi isə onun mülkiyyətindədir. Fərdi yaşayış, eləcə də evin yerləşdiyi torpaq sahəsi faktiki olaraq bölünmüşdür. Cavabdehə dəfələrlə müraciət edərək, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi məqsədi ilə DƏDRX-nə birgə müraciət etməyi təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə etmiş və Şəki şəhəri, Allahyar Əhmədov küçəsi, dalan 1, 1 (yeni qaydalarla: AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin yaşayış evinin yerləşdiyi 0.097 ha torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli, **********74-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında mülkiyyətlərində olan 0.097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35 kv.m yaşayış, 51 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına qeydiyyata alınmış ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında 0.097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ev 35 kv.m yaşayış, 51 kv.m köməkçi sahədən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 21 yanvar 1987-ci il tarixli, 13627/3 nömrəli qeydə alma vəsiqəsindən görünür ki, Şəki şəhəri, A.Əhmədov küçəsi, dalan 1, ev 1 ünanında yerləşən fərdi yaşayış evinin 4/6 hssəsi Cavabdeh, 3/6 hissəsi X13, 3/6 hissəsi X4, 3/6 hissəsi X1 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 21 yanvar 2019-cu il tarixli, 73 saylı məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında Dəmirçibulaq məhəllə icra nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13 nömrəli arayışa əsasən mərhum X13 vərəsələri arvadı X7 və oğlu X10r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında mülkiyyətlərində olan 0.097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35 kv.m yaşayış, 51 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evinin 3/6 hissəsi X13, 3/6 hissəsi X4, 3/6 hissəsi X1 və 3/6 hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 01 aprel 2019-cu il tarixdə X8 X9 adından yazdığı **********494 nömrəli ərizədən görünür ki, X14 mərhum X15 məxsus Şəki şəhəri, A.Əhmədov küçəsi, dalan 1, ev 1 ünanında yerləşən **********74-10301 reyestr nömrəli fərdi yaşayış evinin və 0.097 ha torpaq sahəsinin yazılmasına etiraz etməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 04 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X15 verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, Allahyar Əhmədov küçəsi, 1 ev 1 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.097 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 86 kv.m olan daşınmaz əmlakın mərhum X15 məxsus olan 3/6 hissəsi X9 adına açıq buraxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında mülkiyyətlərində olan 0.097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35 kv.m yaşayış, 51 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evinin 3/6 hissəsi X13, 3/6 hissəsi X4, 3/6 hissəsi X1 və 3/6 hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş 16 may 2019-cu il tarixli, **********74-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, ünvan 4 ünvanında mülkiyyətlərində olan 0.097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35 kv.m yaşayış, 51 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X9, ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 22 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X2 verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0.1005 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 86 kv.m olan daşınmaz əmlakın mərhum X2 məxsus olan 3/6 hissəsi X9 adına açıq buraxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 22 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X5 verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0.1005 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 86 kv.m olan daşınmaz əmlakın mərhum X5 məxsus olan 3/6 hissəsi X9 adına açıq buraxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri, Allahyar Əhmədov küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus olan hissəsini İddiaçı satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 08 noyabr 2019-cu il tarixli, 534 invertar nömrəli, **********74-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 10/5991 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 4 (yeni qaydalarla: AZ5500, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixdə ********** nömrəli çıxarışa əsasən İddiaçı və Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı aid ½ hissəsi naturada ayrılması mümkündür. Faktiki olaraq iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evi və torpaq sahəsi bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin və torpaq sahəsinin bölünmə qaydası texniki pasportda göstərilmişdir. Texniki pasportda göstərilmiş 2,3,6 saylı otaqlar və sahəsi 46,8 kv. metr olan açıq eyvan iddiaçının istifadəsindədir. Aparılmış tədqiqatındəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, ünvan 4 (yeni qaydalarla: AZ5500, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərindədir. İddiaçı paylı mülkiyyətdə olan əmlakdan öz payının müəyyən edilməsi və naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etməklə iddianı müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclaslarına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı paylı mülkiyyətdə olan evin ½ pay hüququ ilə onun ümumi paylı mülkiyyətində olan evin və torpaq sahəsinin ayrılaraq ona verilməsi xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyində göstərilmişdir ki, ünvan 4 (yeni qaydalarla: AZ5500, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixdə ********** nömrəli çıxarışa əsasən İddiaçı və Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı aid ½ hissəsi naturada ayrılması mümkündür. Qeyd edilmişdir ki, faktiki olaraq iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evi və torpaq sahəsi bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin və torpaq sahəsinin bölünmə qaydası texniki pasportda göstərilmişdir. Texniki pasportda göstərilmiş 2,3,6 saylı otaqlar və sahəsi 46,8 kv. metr olan açıq eyvan iddiaçının istifadəsindədir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 4 (yeni qaydalarla: AZ5500, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışa, həmin fərdi yaşayış evinin ½ hissəsi yəni, evin texniki pasportuna əsasən texniki pasportda A tikilisinin yarımzirzəmisi və İ mərtəbəsi hissəsində olan 2,3,6 saylı otaqlar, sahəsi 46,8 kv. metr olan açıq eyvan və həmin yaşayış evinin yerləşdiyi 0.097 ha torpaq sahəsinin ½ hissəsi naturada bölünərək İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 4 (yeni qaydalarla: AZ5500, ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışda öz əksini tapan fərdi yaşayış evinin ½ hissəsi yəni, evin texniki pasportda olan A tikilisinin yarımzirzəmisi və İ mərtəbəsi hissəsində olan 2,3 və 6 saylı otaqlar, sahəsi 46,8 kv. metr olan açıq eyvan və həmin yaşayış evinin yerləşdiyi 0.097 ha torpaq sahəsinin ½ hissəsi naturada bölünərək İddiaçı verilsin. İddiаçı İddiaçı dövlət büdcəsinə ödədiyi 10 mаnаt dövlət rüsumu оnun özünə аid edilsin. 50 manat ekspertiza xərci Cavabdehndаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-82/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-82/2022
24.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver