Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-9/2023 31.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqid oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borclu) X1 borc müqaviləsi ilə verilmiş 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 16 may 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 31 may 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 24 iyun 2021-ci tarixdə keçirilmiş, 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1089/2021 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yannında vətəndaşlara Xidmət və Sosial İnnovasiyyalar üzrə X4 Regional “Asan xidmət” Mərkəzi və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(051)-1320/2021 saylı mülki işə baxılaraq qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair 2(075)-1089/2021 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 15 dekabr 2022-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə icraatın təzələnərək məhkəmə baxışına təyin edilməsi və iddiaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(075)-41/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası 29 dekabr 2022-ci il tarixə, saat 09:45-ə təyin olunmuşdur. 29 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası bu günə, yəni 31 yanvar 2023-cü il tarixə, saat 09:40-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Şəki şəki rayonu Aydınbulaq kəndində anadan olmuşdur. Mingəçevir şəhərində yaşayır. Cavabdeh X2 ilə qohumluq əlaqələri vardır. Bildirmişdir ki, cavabdeh 07 avqust 2020-ci il tarixdə ona müraciət edərək yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olduğunu və əkdiyi buğda sahəsinin genişləndirməyi və həmin sahələri gübrə və başqa dəriman vasitələri ilə təmin etmək, başqa şəxslər tərəfindən satılıq olan əkilmiş yaşıl buğda sahələrini almağı və daha sonra yetişdirib biçib satmaq məqsədilə ona 15000 manat məbləğində pul vəsaitinin lazım olduğunu bildirmişdir. Pul vəsaitini cavabdehə verdiyi tədqirdə buğda biçini başa çatan kimi əlavə 5000 manat məbləğində ona pul verəcəyini təklif etmişdir. Bundan sonra Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunda cavabdehlə 15000 manat məbləğində borc verərək aralarında kredit müqaviləsi bağlanılmışdır. Müqavilədə cavabdeh həmin borcu xx.xx.2020-ci il tarixinədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Göstərmişdir ki, cavabdeh ondan borc kimi aldığı pul vəsaiti ilə əkin sahələrini genişləndirərək 90 hektara çatdırmış və bundan yüksək gəlir əldə etmişdir. Lakin cavabdeh aralarında bağlanılan kredit müqaviləsinin vaxtının bitməsinə baxmayaraq sövdələşməyə əməl etməmiş və ondan aldığı həmin pulu qaytarılmasından yayınmışdır. Cavabdehdən borcunun qaytarılmasını tələb etmək məqsədilə onun yaşadığı Şəki Şəhəri Aydınbulaq kəndinə olan evinə gedərək borcunu tələb etsədə o buğda əkinindən əldə etdiyi pulları başqa borclarına ödədiyi üçün ona olan borcunu qaytara bilməyəcəyini və borcunu qaytarmaq üçün buğda biçən (konbayn) adlı texnikasını tez bir müddət ərzində satıb onun borcunu tam şəkildə qaytaracağına söz vermişdir. O da qohumluq münasibətlərinin pozulmaması üçün cavabdehə inanaraq qeyri-rəsmi şəkildə müəyyən müddət vaxt vermişdir. Lakin cavabdeh həmin texnikanı satsada ona olan borcunu qaytarmamışdır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh onun dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamış və borc məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsində mülki hazırki mülki işə baxılan zaman cavabdeh ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən o, cavabdeh X1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılmış, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh X2 tərəfindən apellyasiya şikayəti verilmiş və 24 fevral 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsi tərəfindən yekun məhkəmə qətnaməsi qəbul edimiş, apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. Artıq mülki iş üzrə məhkəmə prosesləri tam yekunlaşmış, aralarındakı mübahisə öz həllini tapmışdır. Bu səbəbdən hesab edir ki, Şəki Rayon Məhkəməsində onun cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılmasına lüzum qalmamışdır. Hazırki mülki iş üzrə iddiaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabeh X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(051)-1320/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(107)-203/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(051)-1320/2021 saylı qətnaməsinin qarşılıqlı iddianın 5000 manat pulun Cavabdeh tutulması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia ərizəsi mübahisələndirilən 5000 manata aid hissədə rədd edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı əizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-9/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-9/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver