Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-90/2021 24.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X4” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dаir mülki işə Şəki rаyоn məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.12.2019-cu il tarixli “X4” ASC-nin Ləğvetmə balansının etibarsız sayılması, X5” ASCnin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2018-ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Maliyyə hesabatlarının, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının aktını, 2018-ci və 2019-cu illər üzrə müəssisənin “aktivlərin və öhdəliklərin inventarizasiya akt”-larının, “X4” ASC-nin 16.12.2019-cu il tarixli Protokolunun, “X5” ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədinin, X1 və X2 ilə bağlanmış “X5” ASC-nin əmlakının alğı-satqı müqaviləsinin və təhvil-təslim aktının, “X5” ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018-ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokollarının, X1 və X2 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətlərinin onlara təqdim edilməsinin Cavabdehna həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(075)-90/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X4” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və mülki iş 05 mart 2021-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin qərardaddan şikаyəti 19 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, 31 mart 2021-ci il tarixdə sözügedən mülki iş Şəki Kommersiya Məhkəməsindən geri istənilmiş və iş 01 aprel 2021ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(075)-90/2021 saylıqərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-90/2021 nömrəli, 22 fevral 2021-ci il tаrixli qərаrdаdındаn iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmək əvəzinə səhvən Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(107)-941/2021 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(075)-90/2021 nömrəli qərardadı ləğv edilmiş, mülki iş Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından lazımi prossesual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(075)-90/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X4” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair ərizəsi üzrə Şəki Rаyоn Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(075)-90/2021 nömrəli qərardadından iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 verdikləri şikayətlərin geri qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin iddiaçıların şikayətlərinin geri qaytarılması haqqında 03 may 2021-ci il tarixli, 2(075)-90/2021 saylı qərardadından şikayət verilmədiyindən 2(075)- 90/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün yenidən Şəki Kommersiya Məhkəməsinə göndərilmiş, 05 avqust 2021-ci il tarixdə 2(075)-90/2021 saylı mülki iş geri istənilmiş və 05 avqust 2021-ci il tarixdə həmin mülki iş Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı3 izahatında iddianı müdafiə etdi və müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdı. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “X4” ASC-nin nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, hazırkı işə Şəki rayon məhkəməsində deyil, Şəki kommersiya məhkəməsində baxılmalıdır. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki Rayon Məhkəməsində deyil, Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(107)-56/2021 saylı qərardadının məzmunundan görünür ki, apellyasiya məhkəməsinin icraatı zamanı iş materiallarının 62-ci səhifəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Resyestrindən Çıxarışı və “AZEMİS” vasitəsilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri bölməsinə baxış keçirilmiş” və bu zaman cavabdehin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (Cavabdeh ASC VÖEN **********,). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, iddia ərizələrinin məhz məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair qərardadlardan verilən şikayətlərə baxılması zamanı da qeyd edilən məsələlər nəzərə alınmalıdır. Belə ki, MPM-lə iddia ərizəsinin geri qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadlarının apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılması faktiki olaraq məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnmiş olacaqdır. Bu isə qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədinə zidd olmaqla yanaşı, məhkəmə aidiyyəti ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına da maneə yaradacaqdır. Odur ki, belə hallarda apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin geri qaytarılmasının qanunsuzluğuna istinad etməklə həmin qərardadın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul etməlidir. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Аzərbаycаn Respublikаsı MPM-nin 44.2.2-ci mаddəsinə görə iş məhkəmədə bаxıldığı zаmаn оnun аidiyyət qаydаlаrının pоzulmаsı ilə icrааtа qəbul edildiyi аşkаr оlunаrsа məhkəmə işi bаşqа məhkəmədə bаxılmаğа verir. Göründüyü kimi iş üzrə Cavabdeh ASC qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması məyyən edilmişdir. Оnа görə də mülki iş bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X4” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərаrdаddаn оnun təqdim оlunduğu (аlındığı) gündən 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-90/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-90/2021
24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver