Məhkəmə qərarları › İş №2(075)-903/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-903/2020

28.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-903/2020 28.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh4 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki rayonu İbrahimkənd bələdiyyəsinin nümayəndəsi X4, Şəki şəhər İHB-nin İbrahimkənd kənd İƏD üzrə nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Şəki rayonu İbrahimkənd bələdiyyəsi və Şəki şəhər İHB-nin İbrahimkənd kənd X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Şəki rayonu Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” abidəsinin ətrafında səllim mal-qara otarılması üçün yaşadığı evə gedən yolun qarşısında cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Həmin qapı gediş-gəlişə mane olur. Belə ki, evə gedib-gələnlər çətinlik çəkir. Həmçinin, muzey ətrafında anti-sanitar vəziyyət yaranır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək maneənin nədən ibarət olduğunu vurğulamamış və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı onun həmkəndlisidir. Bildirdi ki, mübahisə predmeti olan ərazi onunla birlikdə 11 ailənin istifadəsindədir. Belə ki, həmin ailələrə məxsus əkin torpaqları tələf olmaması üçün iddiaçının özünün iştirakı ilə mübahisəli qapı qoyulmuşdur. Sözügedən qapı iddiaçının evindən azı 300 m məsafədə yerləşir. Həmçinin, mübahisəli qapının iddiaçının evinə gediş-gəlişə maneə yaratması ilə bağlı fikirlər də əsassızdır. Belə ki, iddiaçının evinə iki yerdən giriş qapısı mövcuddur. Mübahisəli qapı qoyularkən iddiaçı heç bir pretenziya bildirməmiş, hər hansı maneə yaratması ilə bağlı fikir ifadə etməmişdir. Bir müddət əvvəl İddiaçı həmin yolun onun pay torpaq sahəsinə düşdüyünü iddia etmiş, bundan sonra Şəki şəhər İHB-nin İbrahimkənd kənd İƏD üzrə Nümayəndəliyi və Şəki rayonu İbrahimkənd kənd bələdiyyəsinin nümayəndələri dəvət olunaraq həmin ərazinin İddiaçı məxsus pay torpaq sahəsinə aid olmadığı, bələdiyyənin mülkiyyətində olduğu müəyyən edilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsinə daxil olmamış və ona hər hansı maneəçilik yaratmamışdır. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən muzeyin ətrafı hasarlanmışdır. Orada hər hansı anti-sanitar vəziyyət mövcud deyildir. Odur ki, iddiaçının iddiası əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3, Şəki rayonu İbrahimkənd bələdiyyəsinin nümayəndəsi X11 və Şəki şəhər İHB-nin İbrahimkənd kənd İƏD üzrə nümayəndəsi X14 digər Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşdə olan JN-084A seriyalı, kod 40405028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə X9, X8, X2, X5, X3 və X1 0.58 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəki rayonu İbrahimkənd bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, mübahisə predmeti olan qapı bələdiyyənin mülkiyyətinə mənsuz torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyəti ilə heç bir əlaqəsi yoxdur. İşdə olan Şəki şəhər İHB-nin İbrahimkənd kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, mübahisə predmeti olan qapının iddiaçıya maneəçiliyi kənd sakinlərinin mənafeyinin qorunması ilə bağlı araşdırılarkən iddiaçının iddiasının əsassız olduğu tərəflərindən müəyyən olunmuşdur. Yaxınlıqda yerləşən “Əbədi sükut dünyası” abidəsinin dörd bir yanı hasarla mühafizə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki rayonu Fazıl kəndində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Belə ki, Şəki rayonu Fazıl kəndində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyətində olsa da mübahisə predmeti olan qapının yerləşdiyi ərazinin iddiaçının mülkiyyətində olması barədə sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən qapının yerləşdiyi ərazi hal-hazırda bələdiyyənin mülkiyyətindədir. Bundan başqa iddiaçı Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsini xahiş etsə də, həmin qapıdan cavabdehlərin iddiaçının iradəsinin ziddinə olaraq sahibliyi, istifadəsi və iddiaçının mülkiyyət hüquqlarına maneələr yaratmalarını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında maneənin nədən ibarət olması barədə fikir ifadə edə bilməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. İddiaçı nəinki ona cavabdehlər tərəfindən maneələrin yaradılmasını sübut edə bilməmiş, həmçinin həmin maneələrin nədən ibarət olması ilə bağlı heç bir fikir ifadə edə bilməmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən Şəki rayonu Fazıl kəndində yerləşən mübahisəli qapının iddiaçının mülkiyyət hüquqlarına yaratdığı maneələrin olmasını təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyildir. Bütün bunlara görə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi dövlət rüsumu xərcinə münasibətdə hesab edir ki, iddia təmin edilmədiyindən İddiaçı ödədiyi 10 manat dövlət rüsumu xərci özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci mad.əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mad.əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar