Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-911/2021 23.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional "Asan" xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 3500 manat borcun X1 xeyrinə tutulmasına dair 21.01.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 03 may 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 31 may 2021 və 22 iyun 2021-ci il tarixlərdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 23 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 isə məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdeh Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-911/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-911/2021
23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver