Məhkəmə qərarları › İş №2(075)-913/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-913/2020

29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-913/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Elbrus qızı, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, və Cavabdeh5 ümumu birgə mülkiyyətlərinə daxil olmaqla “Torpağa mülkiyyət hüququna dair” JN-114 saylı, 40412018 kodlu Dövlət aktına əsasən təsbit edilmiş Şəki rayonu Cəyirli kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərlə onun arasında bağlanmış əqdin etibarlı hesab edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 üçüncü şəxs qismində cəlb edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin predmetinə dair ödədiyi 7000 (yeddi min) pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər də həmin kəndin sakinləri olmuşlar. Respublikada torpaq islahatı gedən zaman digər həmkəndlilər kimi cavabdehlərə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, Şəki rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Elbrus qızı, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, və Cavabdeh5 Şəki rayonu Cəyirli kəndində 3.56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Cavabdehlərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-114 saylı, 40412018 kodlu Dövlət aktına əsasən təsbit edilmişdir. Cavabdehlər həmin torpaq sahəsini təhvil aldıqdan bir müddət sonra təxminən 1998-ci ilin sonlarında həmin torpaq sahəsinin 1.50 ha hissəsini ona satmışlar. O, torpaq sahəsinin dəyəri olan 7000 manatı tam ödəmiş, 1.50 ha torpaq sahəsi tam həcmdə ona təhvil verilmişdir. Həmin vaxtdan hal-hazıradək qeyd edilən daşınmaz əmlak onun sahibliyi və istifadəsi altında olmaqla, faktiki olaraq onun mülkiyyətindədir. Onun həmin torpaq sahəsi ilə bağlı cavabdehlər və digər şəxslər tərəfindən hal-hazıradək heç bir problem yaranmamışdır. Lakin torpaq sahəsinin rəsmi mülkiyyətçisi kimi tanınması onun mənafeyinə toxunmuşdur. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Hazırda həmin torpaq sahəsinin dəyərini cavabdehlərdən tələb edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərlə arasında 1998-ci ildə alqısatqı müqaviləsi bağlansa da notarial qaydada rəsmiləşdirilməmişdir. Müqavilənin rəsmi qaydada bağlanmasından isə cavabdehlər müxtəlif bəhanələrlə yayınmışlar. Buna görə də hazırda cavabdehlərdən topraq sahəsini alarkən ödədiyi 7000 manat pulu tələb edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 Əsgər Səfər oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 göstərdi ki, İddiaçı həmkəndlimdir. Şəki rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə ailələrinə Şəki rayonu Cəyirli kəndindən 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1.50 ha hissəsindən iddiaçının istifadəsinə icazə verilmişdir. Lakin aralarında alqı-satqı və ya icazə müqaviləsi bağlanmamışdır. İddiaçı həmin torpaq sahəsi müqabilində 6500 manat pul ödəmişdir. Həmin məbləğ bütün ailə üzvlərinin tələbatlarına xərclənmişdir. Hazırda da həmin torpaq sahəsini satmaq fikirləri yoxdur. İmkan olduqca 6500 manatı hissə-hissə ödəyəcəkdir. Buna görə də məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdehlərə məxsus Şəki rayonu Cəyirli kəndində yerləşən 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.50 ha hissəsindən istifadə etmiş, bunun müqabilində pul ödəmişdir. İddiaçı cavabdehlərlə arasında alqı-satqı müqaviləsi olduğunu, lakin sonradan cavabdehlərin müqavilənin bağlanmasından imtina etdiklərini bildirərək torpağın alışı müqabilində verdiyi 7000 manatın alınaraq ona verilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh4 iddianı 6500 manat həcmində qəbul edərək həmin pulun bütün ailə üzvlərinin tələbatlarına xərcləndiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Mülki proses tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş JN:114 nömrəli (kod 40412018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəyirli kənd sakinləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 3.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 İddiaçı torpağın satılması müqabilində 6500 manat məbləğində pul almış, lakin torpağın satışını həyata keçirməmiş, qanuni və müqavilə əsası olmadan əsassız varlanmışlar. Ona görə də Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdırlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 tərəfindən İddiaçı 6500 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş ziyanın əvəzinin ödənilməsini cavabdehlər tələb etməkdə haqlıdır. İddiaçı həmin ziyanın həcminin 7000 manat olduğunu bildirsə də, cavabdehlərdən biri (ailə başçısı) həmin məbləğin 6500 manat olduğunu bildirmişdir. Lakin iddiaçı tərəfindən cavabdehlərə 6500 manat məbləğində deyil, məhz 7000 manat məbləğində pulun verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsi ailə başçısı Cavabdeh4 olmaqla, bütün cavabdehlərin ümumi birgə mülkiyyətlərində olmuş, torpaq müqabilində alınmış pul da bütün ailə üzvlərinin tələbatlarına ödənilmişdir. Odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Elbrus qızı, Cavabdeh6, Cavabdeh2 Elbrus qızı və Cavabdeh5 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar