Məhkəmə qərarları › İş №2(075)-929/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-929/2021

30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-929/2021 30.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili X4, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin, Cavabdeh3 verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh3 verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırda mübahisə predmeti olan Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı ev iddiaçının mərhum atası X10 və əmisi X6 mülkiyyətində olmuşdur. Göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. İddiaçı xx.xx.1969cu ildə qeyd edilən miras əmlakda anadan olmuş, orada böyümüş və 24.08.1993-cü il tarixdə onunla ailə quraraq onu adı çəkilən evə gəlin gətirmişdir. İddiaçı doğulduğu, o özü isə gəlin gəldiyi vaxtdan hal-hazıradək miras əmlakda yaşayırlar. İddiaçının atası toy etdikdən sonra onlara yaşaması üçün miras əmlakdan 2 otaq və 1 aynabənd ayırmışdır. Həmin otaqlarda hal-hazırda da yaşayırlar. Həmçinin həyətin digər bir hissəsində halhazırda övladları üçün ev inşa etdirirlər. Lakin həmin evin tikintisi hələ tam başa çatdırılmamışdır. İddiaçının atası X21 19 mart 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçının atasının vəfatından sonra ondan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçı atasından qalmış mirası həmin vaxtdan faktiki qəbul edərək idarə etməyə başlamış və indiyədək miras əmlakda yaşamaqdadır. Belə ki, atasının yas mərasiminin bütün xərcini iddiaçı çəkmiş və onun qəbrüstü abidəsinin götürülməsində yalnız o vəsait xərcləmişdir. Bununla da iddiaçı atasından miras qalmış əmlakı faktiki olaraq o qəbul etmişdir. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, anası Cavabdeh3 notariat orqanına müraciət edərək mərhum atasından miras qalmış əmlakı onların birgə nikah zamanı əldə etdiklərini bildirmişdir. Buna görə də notariat orqanı mübahisə predmeti olan evi 19.03.2014-cü ildə vəfat etmiş X21 il sağ qalmış arvadı Cavabdeh3 ilə birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirərək ona ümumi birgə əmlakının 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə 12 noyabr 2020cı il tarixli reyestrdə 2V-548 № ilə qeyd edilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Bundan sonra cavabdeh anası Cavabdeh3 həmin 12 noyabr 2020-ci il tarixli 2V- 548 № reyestr nömrəli Mükiyyət hüququ haqqında şəhadətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin həmin fərdi yaşayış evi onun mərhum atası X21 ilə anası Cavabdeh3 birgə nikahları zamanı alınmamış, həmin fərdi yaşayış evi babası X16 məxsus olmuş, onun vəfatından sonra həmin ev onun övladları Çingizə və Alməmmədə miras qalmışdır. İddiaçının mərhum atası X21 ilə anası Cavabdeh3 1968-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və onun anası Cavabdeh3 ünvan 1 evə gəlin gəlmişdir. Hesab edirlər ki, mübahisə predmeti olan ev və torpaq sahəsi notariat orqanı tərəfindən əsassız olaraq Ç.Qarayevlə arvadı Cavabdeh3 arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin ½ hissəsinin verilməsini nəzərdə tutan Mükiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Hesab edirlər ki, qeyd edilən miras əmlak və torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən əmlak bütün vərəsələr arasında bərabər bölünməli idi. Buna görə də düşünürlər ki, iddiaları əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X8 onun etibarnamə üzrə nümayəndəsi və arvadı Nümayəndə ilə eyni məzmunlu və oxşar olan izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək göstərmidir ki, o, 1968-ci ildə X21 ilə ailə quraraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Çingizlə onun birgə nikahlarından Kamran, Mehriban və İmran adlarında 3 uşaqları olmuşdur. Çingiz 19 mart 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.1969-cu ildə qeyd edilən miras əmlakda anadan olmuş, orada böyümüş və 24.08.1993-cü il tarixdə ailə quraraq arvadı ilə birlikdə mübahisəli əmlakda yaşamağa başlamışlar. Vaxtıilə iddiaçı və ailəsinə miras əmlakda olan 1 otaq və 1 aynabənd ayırmışlar. Hazırda onlara ayrılmış otaqlarda iddiaçıya və onun ailəsinə məxsus əşyaları qalsa da onlar həyətin digər hissəsində 2 mərtəbəli ev tikdirərək orada yaşayırlar. Lakin miras əmlakda olan otaqlar iddiaçıgilin nəzarətində və istifadəsindədir. Mübahisə predmeti olan ev və torpaq sahəsi Çingizlə Alməmmədin adına olmuşdur. Qeyd edilən ev və torpaq sahəsi əri Çingizə onun atası X11 miras qalmışdır. X24 onun qaynatasıdır. Hümbətin 4 oğlu, 5 qızı olmuşdur. Hümbət evi övladları Tofiq, Fərrux, Alməmməd və Çingiz adlı 4 qardaş arasında bölmüşdür. Bu yaxınlarda notariat orqanına müraciət edərək mərhum ərindən miras qalmış əmlakı öz adına rəsmləşdirmək istəmişdir. Notariat orqanı mübahisə predmeti olan evi 19.03.2014-cü ildə vəfat etmiş X21 ilə onun birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirərək ona ümumi birgə əmlakının 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə 12 noyabr 2020-cı il tarixli reyestrdə 2V-548 № ilə qeyd edilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Bundan sonra cavabdeh 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mükiyyət hüququ haqqında şəhadətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Həmçinin göstərmişdir ki, o, hazırkı miras əmlaka gəlin gələrkən qeyd edilən ev 4 otaqdan ibarət olmuşdur. 1971-ci ildə öz atası qeyd edilən miras torpaqda alt üst olmaqla onlar üçün 2 otaq da inşa etdirmişdir. Həmin dövrlərdə miras əmlak qaynatasının adına olmuş və sonradan həmin əmlak bağışlama yolu ilə əri Çingizin və Alməmmədin adına keçmişdir. Hesab edir ki, həmin miras əmlak 1976-cı ildə onların birgə nikahları dövründə alındığından notariat orqanı düzgün olaraq ona mülkiyyət hüququna dair şəhadətnamə vermişdir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. X37 “Asan Xidmət” Mərkəzində Notariat ofisi işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 22.10.1963cü il tarixli “tikinti bağışlama haqqında” Müqavilənaməinin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə X7 Kommunal təsərrüfat şöbəsinin 15.10.1963-cü il tarixli 553 saylı arayışı əsassında Nuxa şəhəri, Vidadi küçəsində yerləşən 37 nömrə altında şəxsi istifadəsində olan ümumi binanı öz doğma atası X17 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 1741/2362 saylı 22.10.1963-cü il tarixli “Torpaq qeydinin” təsdiq edilmiş surətindən görünür ki, Nuxa şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı evin altında olan 700 kv/m torpaq sahəsi X12 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02.09.1976cı il tarixli “yaşayış evinin bağışlama haqqında” Müqavilənaməinin təsdiq edilmiş surətindən görünür ki, vətəndaşlar X20, Tofiq, Fərrux, Məbudə, Kərimə, Zümrüd, Möhtərəm Hümmət uşaqları Şəki şəhər İnventar Bürosunun 13.08.1976-cı il tarixli, 1071 saylı arayışına əsasən Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 nömrə altında şəxsi istifadələrində olan ümumi binanı öz doğma və qardaşları sayılan Qarayev Alməmməd və Çingiz Hümmət oğlanlarına bağışlamışlar. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 1741/2362 saylı 03.09.1976-cı il tarixli “Torpaq qeydinin” təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı evin altında olan 700 kv/m torpaq sahəsi Qarayev Alməmməd və Çingiz Hümmət uşaqlarının mülkiyyətinə keçmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 06 dekabr 2005-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı mülkün ½ hissəsindən ibarət hissəsini X18 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 1741/2562 nömrəli 20.12.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 saylı yaşayış evi ½ hissədə X14, ½ hissəsi isə X10 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında 02.11.2020-ci il tarixli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X28 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən təsdiq etmişdir ki, 19.03.2014-cü il tarixdə vəfat etmiş -X2 qalmış arvadı ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 3/6 hissəsinə mülkiyyət hüququ vardır. X10 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 08.09.2020-ci il tarixdə X15 verilmiş **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X39 küçəsi, ev 37 ünvanında yerləşən umumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli, 2V-548 № reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X28 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 19.03.2014-cü il tarixdə vəfat etmiş-X10 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 və X26 onların hər bin miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras emlak-DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 08.09.2020-ci il tarixdə X15 verilmiş **********28- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X39 küçəsi, ev 37 ünvanında yerləşən daşınmaz əmlak 0.07 ha torpaq sahəsinin və umumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinin mərhum X15 məxsus 1/2 hissəsindən ibarətdir. Əmlakın 3/6 hissəsi ilə bağlı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/6 hissəsi mərhumun adında açıq saxlanılır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli, 2V-549 № reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 Şəki regional “ASAN xdnıət" mərkəzinin nolanat ofisində verilmiş 02.11.2020-ci il tarixli. 2V-549 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən 1/6 (altıda bir) hissə miras payını vərəsə sırasından olan X18 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 08.09.2020ci il tarixli çıxarışın təsdiq edilmil surətindən görünür ki, Şəki şəhəri, X39 küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə üzrə X10, 1/2 hissə üzrə X14 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 13.11.2020ci il tarixli çıxarışın təsdiq edilmil surətindən görünür ki, Şəki şəhəri, X39 küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi 8/12 hissə üzrə X14, 1/12 hissə üzrə X10 və 3/12 hissə üzrə Cavabdeh3 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 25.01.2021ci il tarixli çıxarışın təsdiq edilmil surətindən görünür ki, Şəki şəhəri, X39 küçəsi, ev 37 yeni qaydalarla: AZ 5500, Şəki şəhəri, X39 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evi 1/12 hissə üzrə X10, 8/12 hissə üzrə X14 və 3/12 hissə üzrə Cavabdeh3 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 08.01.2021ci il tarixli, **********28-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X39 küçəsi, ev 37 yeni qaydalarla: AZ 5500, Şəki şəhəri, X39 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyektləri X26, X21 və Cavabdeh3dır. İş materiallarında olan AZ 098679 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X21 ilə Qarayeva (Qasımova) Əminə Məmməd- Hüseyn qızı aralarındakı nikahı 05.06.1968-ci il tarixdə rəsmləşdirmişlər. İş materiallarında olan Vİ-JQ 355454 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X19 aralarındakı nikahı 24.08.1993-cü il tarixdə rəsmləşdirmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. İşin araşdırılması zamanı müəyyən edildi ki, miras qoyan X21 19.03.2014-cü il tarixdə vəfat etmiş və buna görə də tərəflər arasındakı münasibətlərə 2000-ci il sentyabr ayının 1-dən sonra qüvvədə olan MM-nin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmədə tərəflərin izahatı və işdə olan sübutların təhlili nəticəsində müəyyən olundu ki, iddiaçı Cavabdeh3 oğludur. Cavabdeh3 05.06.1968-ci il tarixdə miras qoyan X21 ilə ailə qurmuş və onların birgə nikahlarından 3 övladı olmuşdur. Ç.Qarayevlə Cavabdeh3 ailə qurarkən hazırda mübahisə predmeti olan miras əmlak Çingiz Qarayevin atası X12 mülkiyyətində olmuşdur. 02.09.1976-cı il tarixdə X20, Tofiq, Fərrux, Məbudə, Kərimə, Zümrüd, Möhtərəm Hümmət uşaqları Şəki şəhər İnventar Bürosunun 13.08.1976cı il tarixli, 1071 saylı arayışına əsasən Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 nömrə altında şəxsi istifadələrində olan ümumi binanı öz doğma və qardaşları sayılan Qarayev Alməmməd və Çingiz Hümmət oğlanlarına bağışlamışlar.1741/2362 saylı 03.09.1976-cı il tarixli “Torpaq qeydi”-dən də görünür ki, Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı evin altında olan 700 kv/m torpaq sahəsi Qarayev Alməmməd və Çingiz Hümmət uşaqlarının mülkiyyətinə keçmişdir. X21 19.03.2014-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi hazırda mübahisə predmeti olan əmlak X21 ilə Cavabdeh3 birgə nikahları dövründə əldə edilməmişdir. Belə ki, mübahisəli əmlak 1976-cı ildə X15 bağışlanmış əmlak olmuşdur. Halbuki, MM-nin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətdir. Lakin notarius hazırda mübahisələndirilən əmlakı 19.03.2014-cü il tarixdə vəfat etmiş X21 ilə sağ qalmış arvadı Cavabdeh3 ilə birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirərək ona ümumi birgə əmlakının 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə 12 noyabr 2020-cı il tarixli reyestrdə 2V-548 № ilə qeyd edilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Bundan sonra cavabdeh anası Cavabdeh3 həmin 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mükiyyət hüququ haqqında şəhadətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin həmin fərdi yaşayış evi X21 ilə Cavabdeh3 birgə nikahları zamanı alınmamış, həmin fərdi yaşayış evi X16 məxsus olmuş, onun vəfatından sonra həmin ev onun övladları Çingizə və Alməmmədə miras qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi qanunsuz və qanunvericiliyin tələbinə uyğun olmadan miras əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirmiş və bununla da Cavabdeh3 miras əmlakın 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə Mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh3 da həmin mükiyyət hüququ haqqında şəhadətnamə əsasında DƏDRX 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V- 548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və Cavabdeh3 verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 227.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və Cavabdeh3 verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar