Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-948/2021 03.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X5 izahay verərək göstərdi ki, "xxxx" ASC-də 17 yanvar 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Tofaş" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 avqust 2020-ci il tarixdə Şəki rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan "Nissan Tida" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, bundan başqa hadisə nəticəsində X6 yüngül xəsarət, X3 az ağır xəsarət, X8 ağır xəsarət almışlar. Şəki ŞRPŞ-nin İB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlərlə bağlı cəmi 5850 manat məbləğində sığorta ödənişi verilmişdir. Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(075)-27/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin digər Cavabdeh2 qanunvericiliyə zidd olaraq etibarnamə əsasında idarə etdiyi avtomobilini sürücülük hüquq olmayan Cavabdeh1 idarə etməsi üçün vermişdir. Cavabdeh2 Cavabdeh1 sürücülük hüququ olmamasını bilmiş, buna baxmayaraq etibarnamə əsasında idarə etdiyi avtomobilini Cavabdeh1 idarə etməsi üçün vermişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, cavabdehlərin hər ikisi mülki hüquqi məsuliyyət daşıyır. Buna görə iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, o, 29 avqust 2020-ci il tarixdə günorta radələrində tanışı Cavabdeh2 onun etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı halda Cavabdeh2 da onunla birlikdə olmaqla idarə edərək, Şəki şəhəri ərazisində X6 tərəfindən idarə olunan "Nissan Tida" markalı 90HT870 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sol yan hissəsindən vuraraq onu zədələmiş, həmçinin hadisə nəticəsində avtomobildə olan X6 yüngül xəsarət, X3 az ağır xəsarət, X8 ağır xəsarət almışlar. Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(075)-27/2021 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərmişdir ki, «xxxx» ASC-nin 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində iddiasını qəbul edir. Həmçinin göstərmişdir ki, işdə olan "Nissan Tida" markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün hesablanmış dəymiş 2100 manat ziyanla bağlı 01.09.2020-ci AKT-a qarşı hər hansı etirazı yoxdur. İddianın təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, Cavabdeh1 29 avqust 2020-ci il tarixdə günorta radələrində ondan etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək istədiyini xahiş etmişdir. Münasibətləri olduğundan etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı avtomobili Cavabdeh1 idarə etmək üçün vermişdir. Həmin vaxt Elvinin sürücülük hüququnun olmamasını bilmişdir. Elvin avtomobilini idarə edərkən özü də onun yanında əyləşmişdir. Elvin avtomaşını idarə edən zaman Şəki şəhəri ərazisində X6 tərəfindən idarə olunan "Nissan Tida" markalı 90HT870 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və avtomobildə olan X6 yüngül xəsarət, X3 az ağır xəsarət, X8 ağır xəsarət almışlar. Elvin barəsində cinayət işi başlanmış və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(075)-27/2021 saylı hökmü ilə Cavabdeh1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə ərizə yazaraq göstərmişdir ki, «xxxx» ASC-nin tərəfindən "Nissan Tida" markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün hesablanmış dəymiş 2100 manat ziyanla bağlı 01.09.2020-ci il tarixli AKT-a qarşı hər hansı etirazı yoxdur, həmin aktı mübahisələndirmir. Aktda göstərilən məbləğləri qəbul edir. Lakin hesab edir ki, həmin 2100 manat məbləğ, həmçinin iddia tələbində göstərilən məbləğ ondan tutulmamalıdır. Hesab edir ki, həmin ödənişlər iddiaçının özü tərəfindən ödənilməlidir. Buna görə də iddianı qəbul etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin İdarə Heyətinin sədri M.Ə.Noftəliyev tərəfindən təsdiq edilmiş PGU-202863, PGU-210174, PGU-210175, PGU-210295 nömrəli sığorta aktlarının və ona əlavə edilmiş ödəniş tapşırıqlarının təsdiq edilmiş surətindən görünür ki, sığorta predmeti olan Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X4 2850 (2100+750 manat olmaqla) manat, X9 1500 manat, X2 1500 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan 01.09.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Nissan Tida markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 2100 manat təşkil edir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(075)- 27/2021 saylı hökmündən görünür ki, Cavabdeh1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh1 17 yanvar 2020-ci il tarixdə idarə etdiyi «xxxx» ASC-də sığortalanmış Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, "Nissan Tida" markalı 90HT870 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə hadisə iştirakçıları yaralanmış və hər iki avtomobilə zərər dəymişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh1 iddianı qəbul edir. Cavabdeh2 isə sığorta aktında göstərilən zərər məbləğini qəbul etsə də, ümumiyyətlə iddianı iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclası zamanı Cavabdeh2 izahatında etibarnamə əsasında idarə etdiyi Tofaş Şahin markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün tanışı Cavabdeh1 verildiyini bildirmişdir. Həmçinin izahatında göstərmişdir ki, avtomobilini Elvinə verərkən onun sürücülük hüququnun olmamasını bilmişdir. Göründüyü kimi Cavabdeh2 qanunvericiliyə zidd olaraq etibarnamə əsasında idarə etdiyi avtomobilini sürücülük hüquq olmayan Cavabdeh1 idarə etməsi üçün vermişdir. Göründüyü kimi baş vermiş cinayət əməli Cavabdeh1 tərəfindən törədilərək, zərərçəkmiş şəxslərə və avtomobilə onun tərəfindən ziyan vurulsa da Cavabdeh2 sürücülük hüququ olmayan şəxsə qanuna zidd olaraq avtomobilini idarə etmək üçün verməklə onun özü də vurulmuş ziyan üzrə mülki məsuliyyət daşımalı olmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələbini Cavabdeh2 aid olan hissə də əsaslı hesab edir. Belə ki, İXM-nin 335.1-ci maddəsinə əsasənm nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göründüyü kimi Cavabdeh2 qanunvericiliyə zidd olaraq etibarnamə əsasında idarə etdiyi avtomobilini sürücülük hüquq olmayan Cavabdeh1 idarə etməsi üçün vermişdir. Odur ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin tələbləri baxımından mülki hüquq məsuliyyət daşımalıdır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 5850 manat məbləğində pul vəsaiti «xxxx» ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq «xxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-948/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-948/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver