Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-957/2020 01.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh Heydar oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 1836 yük markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanagörə ödənilmiş 620 manat sığorta ödənişivə iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun Cavabdeh Heydar oğlundan tutularaq «xxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı «xxxxxxxxx» ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin «xxxxxxxxx» ASC xx xxxx 2020-ci il tarixli vəsatətində bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı ««xxxxxxxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxxxxxxx» X3 Səhmdar Cəmiyyəti iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Mersedes Benz E 270” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh Heydar oğlu tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh Heydar oğlu xx xxxxxxxx 2018-ci il tarixdə, saat 18:00 radələrində “Mersedes Benz E 270” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Hökməli dairəsi istiqamətində hərəkətdə olarkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “X5 1836 yük” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 620 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə DİN BDYPİ tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh hadisə yerindən yayındığına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunmuş və o, TP ******* nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimələnmişdir. “X5 1836 yük” markalı, **-MD-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 620 manat müəyyən edilmişdir. «xxxxxxxxx» tərəfindən həmin zərərçəkənin hesabına xx xxxxxx 2018-ci il tarixdə 620 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Heydar oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli, İXP-2081209 nömrəli inzibati xəta haqqında protokoləsasından qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, TP-2115150 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Heydar oğlunun idarə etdiyi “Mersedes Benz E 270” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Hökməli dairəsində hərəkət olarkən X4 1836 yük markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh Heydar oğlu hadisə yerini tərk etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 2005 nömrəli ekspert rəyindən görünür ki, X4 1836 yük markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 620 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 4367/CML-3562/2018 nömrəli sığorta aktından görünür ki, X4 1836 yük markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 620 manat sığorta ödənişi avtomobilin sahibi X1 bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, #005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, 620 manat sığorta ödənişi X1 “PaşaBank”dakı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Heydar oğlu tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi – 620 manat həcmində pul vəsaiti «xxxxxxxxx» ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh Heydar oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 1836 yük markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 620 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu olmaqla, cəmi 650 manat Cavabdeh Heydar oğlundan tutularaq «xxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-957/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-957/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver