Məhkəmə qərarları › İş №2(076)-108/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-108/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-108/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı (həmçinin, yetkinlik yaşına çatmayan X2, X4 və X5 qanuni nümayəndəsi) Cavabdeh: Cavabdeh1 (həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi) iştirakı ilə İddiaçılar İddiaçı, X2, X4 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada bölünüb təhvil verilməsi və ara sərhəddinin müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, X6, X10 və X11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada bölünüb təhvil verilməsi və ara sərhəddinin müəyyən olunması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, **********45 reyestr nömrəli Çıxarış əsasında cavabdehlərlə paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən onun və uşaqlarının payına düşən 0.312736 ha hissədən paylarının naturada ayrılıb onlara təhvil verilməsi və ara sərhəddinin müəyyən olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qaralar kəndində yaşayır. X1 xx.xx.2018–ci il tarixdə vəfat etmişdir. Onunla birgə nikahdan doğulmuş uşaqları onun himayəsində yaşayır. Arvadından miras qalmış torpaq sahəsi **********45 reyestr nömrəli Çıxarış əsasında onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş, 0.078184 ha hissəsi isə açıq saxlanılmışdır. O, övladları ilə birlikdə cavabdehlərdən ayrıca təsərrüfatda yaşayır. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin istifadəsi ilə bağlı cavabdehlərlə aralarında narazılıq vardır. Belə vəziyyətdə torpaq sahəsindən istifadə etmək çətinləşir. Ona görə də özünü və övladlarının payına düşən torpaq sahəsinin naturada ayrılıb onlara təhvil verilməsini və ara sərhəddinin müəyyən olunmasıni istəyir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, **********45 reyestr nömrəli Çıxarış əsasında cavabdehlərlə paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən onun və uşaqlarının payına düşən 0.312736 ha hissədən paylarının naturada ayrılıb onlara təhvil verilməsi və ara sərhəddinin müəyyən olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı (həmçinin, yetkinlik yaşına çatmayan X2, X4 və X5 qanuni nümayəndəsi) məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi **********45 reyestr nömrəli Çıxarış əsasında onun, uşaqlarının və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Lakin o, hazırda mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, torpaq sahəsinin istifadəsi ilə bağlı cavabdehlərlə aralarında narazılıq olmuş, bu səbəbdən məhkəməyə müraciət etmişdir. **********45 reyestr nömrəli Çıxarış əsasında cavabdehlərlə paylı mülkiyyətlərində olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən onun və uşaqlarının payına düşən 0.312736 ha hissədən paylarının naturada ayrılıb onlara təhvil verilməsi və ara sərhəddinin müəyyən olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 (həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi) məhkəmə iclası zamanı ona və təmsil etdiyi şəxslərə qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi **********45 reyestr nömrəli Çıxarış əsasında onun, iddiaçıların və digər cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsindən iddiaçıların payının ayrılmasına etiraz etmir. Hesab edir ki, torpaq sahəsinin naturada ayrılması hər bir mülkiyyətçi üçün daha məqsədə müvafiqdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan **********45 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.368504 ha hissəsi Cavabdeh1, 0.469104 ha hissəsi Cavabdeh2, 0.469104 ha hissəsi Cavabdeh4, 0.469104 ha hissəsi Cavabdeh3, 0.078184 ha hissəsi İddiaçı, 0.078184 ha hissəsi X2, 0.078184 ha hissəsi X4 və 0.078184 ha hissəsi X5 ümumi birgə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İşdə olan **********45 reyestr nömrəli “X18 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1 və başqalarının ümumi birgə mülkiyyətindədir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018–ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, **********45 reyestr nömrəli Çıxarış əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı, X2, X4 və X5 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.312736 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Tərəflərin payı naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaqdır. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı hər hansı yenidənqurma işlərinin görülməsinə ehtiyac yoxdur. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/9015 nömrəli rəyindən görünür ki, **********45 reyestr nömrəli Çıxarış əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı, X2, X4 və X5 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.312736 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Tərəflərin payı naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaqdır. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı hər hansı yenidənqurma işlərinin görülməsinə ehtiyac yoxdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, **********45 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.368504 ha hissəsi Cavabdeh1, 0.469104 ha hissəsi Cavabdeh2, 0.469104 ha hissəsi Cavabdeh4, 0.469104 ha hissəsi Cavabdeh3, 0.078184 ha hissəsi İddiaçı, 0.078184 ha hissəsi X2, 0.078184 ha hissəsi X4 və 0.078184 ha hissəsi X5 adına qeyd edilmişdir. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişdir. Eyni zamanda iddiaçıların paylarının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçıların tələbi əsaslıdır, onların mübahisəli torpaq üzərindəki **********45 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsaslanan mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin mübahisəli sahəyə mövcud olan hüquq müəyyənedici sənədi, yəni **********45 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” mülkiyyət hüququna dair sənəddir və iddiaçıların həmin sənədlə təsbit olunmuş hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçılar ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.1–ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, iddiaçıların tələbinin əsaslı olması üçün mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması mümkün olmalı, həmçinin torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması onun təyinatına tənasübsüz zərər vurmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının naturada ayrılmasını tələb etmişdir. Lakin iddiaçıların payının ayrılmasına dair cavabdehlər razılıq verməmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçılar payına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2–ci maddəsinə əsasən iddiaçıların özlərinin payının ümumi mülkiyyətdə olan paydan ayrılmasını tələb etmək hüququ vardır. Həmin payın ayrılması onların Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq mülkiyyəti üzərində sərbəst sahiblik etmək və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13–cü maddəsinə əsasən iddiaçının qorunan mülkiyyət hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbi əsaslıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. **********45 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.8540 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı, X2, X4 və X5 cəmi 0.312736 ha (0.078184ha x 4 = 0.312736 ha) hissədə payı **********45 reyestr nömrəli Çıxarışda qeyd edilmiş hüquq subyekti ardıcıllığı ilə natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılsın, iddiaçılar İddiaçı, X3, X7 və X8 təhvil verilsin və torpaq sahəsinin ara sərhəddi müəyyən edilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar