Məhkəmə qərarları › İş №2(076)-117/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-117/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-117/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Fazil qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Fazil qızının Cavabdeh qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Fazil qızının Cavabdeh qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətinə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/2 hissədə və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/2 hissədə payın naturada bölünərək onlara təhvil verilməsinə və ara sərhəddinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılarla Cavabdeh ümumi birgə mülkiyyətinə Şəmkir rayonu Çaparlı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçılar-İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçılar-İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda cavabdehlə birlikdə yaşamır və birgə təsərrüfat idarə etmirlər. Ona görə də cavabdehlə ümumi birgə mülkiyyətində olan torpaq sahələrindən istifadə ilə bağlı narazılıq vardır. Mübahisəli torpaq sahələrindən belə vəziyyətdə istifadə etmək çətinləşir. Ona görə də hazırda paylarına düşən torpaq sahəsinin naturada bölünərək təhvil verilməsini və ara sərhəddinin müəyyən edilməsini istəyirlər. Lakin, cavabdehlə torpaq sahələrinin naturada bölünərək, iddiaçılara təhvil verilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Halbuki, həmin torpaq sahələri qanuni əsaslarla iddiaçıların mülkiyyətində və sahibliyindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətinə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/2 hissədə və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/2 hissədə payın naturada bölünərək onlara təhvil verilməsinə və ara sərhəddinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətinə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payının müəyyən edilərək onlara düşən 3/2 hissədə və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş və Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payının müəyyən edilərək onlara düşən 3/2 hissədə payın naturada bölünərək onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 Fazil qızının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs DƏDRK 11 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********82 reyestr nömrəli Şəmkir rayonu Çaparlı kəndində 0.2979 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı2, Cavabdeh və İddiaçı1nun ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********81 reyestr nömrəli Şəmkir rayonu Çaparlı kəndində 0.5662 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı2, Cavabdeh və İddiaçı1 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli 3-21-3-40/2-6700/24 nömrəli DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,2979 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.1986 ha olmaqla, şimali şərqindən cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,5662 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.3774 ha olmaqla, şimalından cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. (Qoşma: Yerquruluşu planı). İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10/226 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,2979 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.198 ha olmaqla, şimali şərqindən cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,5662 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.37 ha olmaqla, şimalından cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, **********82 reyestr nömrəli və **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla Şəmkir rayonu Çaparlı kəndində yerləşən müvafiq olaraq 0,2979 ha və 0,5662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının müəyyən edilərək torpaq sahəsinin natura qaydasında bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, tərəflərin, yəni birgə mülkiyyətçilərin hər birinin əmlakdan paylarının müəyyən olunması hüquqları vardır. Lakin birgə mülkiyyətçilər tərəfindən mülkiyyətdə payların müəyyən edilməsində razılıq əldə edilməmişdir. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları müəyyən edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmaqla müəyyən edilməlidir. Bundan başqa tərəflərin, yəni mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,2979 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.198 ha olmaqla, şimali şərqindən cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0,5662 ha sahəsi olan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin (**********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında) 2/3 hissədə iddiaçıların payı 0.37 ha olmaqla, şimalından cənuba doğru başlayaraq naturada ayrılması mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha torpaq sahəsinə və **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilməli, **********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 2/3 hissədə naturada ayrılmalı, **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 2/3 hissədə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. **********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha torpaq sahəsinə və **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilsin. **********82 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.2979 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 2/3 hissədə naturada ayrılsın. **********81 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən 0.5662 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 2/3 hissədə naturada ayrılsın. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar