Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1251/2023 27.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 650 (altı yüz əlli) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Shaanxi SX4185NU361” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 (altı yüz əlli) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 093539 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Gəncə Şəhər DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən ödənilmiş 650 (altı yüz əlli) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Shaanxi SX4185NU361” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 (altı yüz əlli) manat ziyan dəymişdir.PAT********** saylı sığorta müqaviləsinin 093539 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan № 093539 saylı, xx.xx.2021-ci ii tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 cəmi 650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan zərərin qiymətləndirməsi hesabatından görünür ki, “VAZ 21723” markalı, ** DV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 400 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Unibank ASC tərəfindən X1 650 manat ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Shaanxi SX4185NU361” markalı, ** BP *** Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuşdur. İşdə olan portal çıxarışından görünür ki, “Shaanxi SX4185NU361” markalı, ** BP *** dövlət nömrə nişanlı avtomobilin İddiaçı Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İcbari sığorta haqqında qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi Cavabdeh xx.xx.2021-ci il tarixdə “Shaanxi SX4185NU361” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, baş vermiş yol nəqliyyat hadisəsində “VAZ 21723” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və hadisə yerindən yayınması nəticəsində vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat vurulmuş zərər məbləği və məhkəmə xərci olaraq 30,40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1251/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1251/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver