Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1495/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ilk iddiası və Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbəni dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ona vurmuş olduq 10560 (on min beş yüz altmış) manat maddi ziyanın (buraya daxildir 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq, 500 manat vəkil xidmət haqqı, 55 manat mediasiya xərci, 125 manat dövlət rüsumu və 10530 (on min beş yüz otuz) manat mənəvi ziyanın ümumilikdə 30.000 (otuz min) manat maddi və mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qeyd olunan ünvanda faktiki yaşayır. Cavabdeh2 onun gəlini, digər Cavabdeh1 onun övladıdır. Onun cavabdehlərlə çox yaxşı və isti münasibətləri olub. Onlarla hər hansı bir narahatçılığı və ya problemi olmayıb. 2023-cü ildə gəlini ilə aralarında problem yaranmış, digər Cavabdeh1 da gəlini ilə birləşərək onu və həyat yoldaşını onlara mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qovmuşlar. Hazırda o və həyat yoldaşı qohum evlərində qonaq kimi yaşayır. Onlar ona məxsus olan əşyalarını, geyim şeylərini məhv etmiş, onun rahatlığını pozaraq onun mülkiyyətində olan evdə yaşamağa imkan verməmişlər. Bununla da hesab edir ki, onlar ona 30.000 manat dəyərində maddi və mənəvi ziyan vurublar. Onlar ona məxsus olan evdə 2.000 manat dəyərində divan-kreslonu deşərək, yararsız hala salmış, mülkiyyətində olan evin 500 manat dəyərində 1 ədəd qapısını və 500 manat dəyərində 1 ədəd pəncərəsini sındırmış, 3.500 manat dəyərində bir ədəd İphone 15 Pro markalı telefonu əlindən alıb sındırmışlar. Ona məxsus olan 400 manat dəyərində olan bir ədəd kurtkani, 200 manat dəyərində olan cins kurtkanı cırmış, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducunu, 700 manat dəyərində LG markalı paltaryuyan maşınını əzmişdilər, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboylarını yararsız hala salmış, dəyəri 1000 manat olan gündəlik məişət əşyalarını və qabqacağını sındırmışlar. Yastıq üzünü yandırıb pəncərədən evin içərisinə atmışlar. Bu hərəkətləri ilə onlar ona 10560 (on min beş yüz altmış) manat maddi ziyan və 10530 (on min beş yüz otuz) manat mənəvi ziyan vurdular. Bu səbəbdən istəyir ki, cavabdehlər ona vurmuş olduqları maddi və mənəvi ziyanı tam şəkildə ona ödəsinlər. Hesab edir ki, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində ona vurmuş olduqları maddi ziyanı tam şəkildə ona geri qaytarmalıdır. Cavabdehlərin ona vurmuş olduğu maddi ziyan 10560 (on min beş yüz altmış) manat dəyərində qiymətləndirir. Buraya daxildir 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq, 500 manat vəkil xidmət haqqı, 55 manat mediasiya xərci və 125 manat dövlət rüsumu aiddir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ona vurmuş olduq 10560 (on min beş yüz altmış) manat maddi ziyanın (buraya daxildir 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq, 500 manat vəkil xidmət haqqı, 55 manat mediasiya xərci, 125 manat dövlət rüsumu və 10530 (on min beş yüz otuz) manat mənəvi ziyanın ümumilikdə 30.000 (otuz min) manat maddi və mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi ziyan tələbinə ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cavabdehlərin oğludur və Cavabdeh2 isə onların gəlinidir. Cavabdeh1 Cavabdeh2 ilə xx.xx.2016-cı ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Həmin nikahdan 2 uşaqları vardır. Cavabdeh Arifə Cavabdeh2 Məmmədova ilə yola getmədiyi üçün ailə münaqişəsi yaranmışdır. Məsələnin əsli odur ki, Cavabdeh2 2016-cı ildən ailə həyatı qurduqdan bu günə kimi həmin evdə yaşayır. Cavabdehin həyat yoldaşı Aydın Məmmədov isə Rusiya Federasiyasında yaşayır. Cavabdeh İddiaçı həmin evdə gəlinin yaşamasını istəmədiyi üçün müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə dava-dalaş salmış və oğluna da Cavabdeh2 boşaması üçün təzyiqlər etmişdir. Hətta onların arasında olan davadalaşda cavabdeh İddiaçı Cavabdeh2 xəsarətlər yetirmiş və bununla bağlı polisdə araşdırma olmuşdur. Təzyiqlərin nəticə vermədiyini görən cavabdeh İddiaçı bu dəfə məhkəməyə iki ayrı iddia verərək iddiaçıların həmin mübahisəli evdən çıxarılmasını, həm də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat maddi və mənəvi ziyan tələb etmişdir. İddia ərizəsinə əlavə etdiyi video görünülər və foto şəkillərdən də müəyyən etmək olar ki, ilk iddiada qeyd olunan hallar tamamilə yalan və uydurmadan ibarətdir. Əslində tərəflər arasında mübahisə 2023-cü ilin yay ayından başlamışdır. Belə ki, İddiaçılardan kredit götürüb ona vermələrini istəmiş, lakin buna razılıq verilməmişdir. Həmçinin İddiaçı iddia ərizəsində qeyd etdiyi maddi və mənəvi ziyanla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Onun qeyd etdiyi kimi 500 manat dəyərində qapı pəncərə yoxdur. Normal plastik pəncərə hansıki sadəcə şüşəsi qırılmışdır. Qeyd olunan qapı da plastik qapıdır və onun 500 manat dəyəri yoxdur. Bundan başqa İddiaçı iddia etdiyi kimi İphone 15 pro markalı telefonu da olmamışdır. Qeyd edilən İphone 15 pro markalı telefon tamamilə uydurmadır. Həmçinin LG markalı paltar yuyan və SCAUP LORENS markalı soyuducu İddiaçı özündədir. Bundan başqa İddiaçı iddia etmişdir ki, guya evdə 500 manat dəyərində aboy var. Qeyd edir ki, evdə ümumiyyətlə aboy yoxdur. (məhkəmə tərəfindən yerində baxış keçirilsə bu hal öz təsdiqini tapacaqdır). Həmçinin qeyd olunan 2000 manat dəyərində olan divan-kreslonun qiyməti şişirdilmiş və reallığı əks etdirməmişdir. Həmin divan-kreslo 800 manata Cavabdeh1 tərəfindən alınmışdır. Qeyd olunan divan-kreslonu özü bıçaqla deşmiş və daha sonra öz otağına qoymuşdur. Bundan əlavə İddiaçı iddia edir ki, onun 1000 manat dəyərində qab-qacağı qırılmışdır. Əgər həqiqətən elə bir hal olmuşdursa, İddiaçı bunu sübut etməlidir. Hansı ki, elə dəyərdə onun qab-qacağı yoxdur. Həmçinin qeyd olunan pal-paltar onun özündədir. Göründüyü kimi İddiaçı iddiası tamamilə uydurmadır və əslində məqsədi Cavabdeh1 və Cavabdeh2 cəzalandırmaqdır. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Onların qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh2 döymüş və bununla bağlı polisə şikayətlər olunmuşdur. Bundan əlavə İddiaçı Cavabdeh2 məxsus cehiz əşyalarının bəzilərini sındırmış, bəzilərini də satmışdır. İddia ərizəsinə əlavə edilmiş şəkillərdən də görmək olar ki, uşaqlar yeməklərini qazanın üstündə oturaraq yeyirlər. Həmçinin İddiaçı Cavabdeh2 məxsus 1000 manat dəyərində olan ağ rəngli divanı, 2 ədəd hər biri 500 manat dəyərində olan xalçanı, 1200 manat dəyərində olan İNDESİT markalı soyuducunu, 700 manat dəyərində olan masa və onun oturacaqlarını, 500 manat dəyərində olan pərdələri, 200 manat dəyərində olan soba və 500 manat dəyərində olan LG markalı tozsoranı 2023cü ilin yay aylarında satmışdır. Bu faktı təsdiq edəcək sübutları vardır. Bundan başqa Cavabdeh2 həmin evə gəlin köçən zaman evin ikinci mərtəbəsi və hamam təmirsiz vəziyyətdə olmuşdur. Daha sonra Cavabdeh1 və Cavabdeh2 tərəfindən təmir edilmişdir. Beləliklə də, İddiaçı qanunsuz hərəkətləri nəticəsində 5100 manat dəyərində iddiaçı Cavabdeh2 cehiz əşyası qırılmış və ya cavabdeh tərəfindən satılmışdır. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir. Həmçinin İddiaçılar evdə olmayan zaman evə daxil olmuş və 6000 manat dəyərində qızılları (4500 manat dəyərində komplekt qızıl dəsti (bura daxildir bilərzik, üzük, sep və sırğa) 1000 manat dəyərində tək üzük, 2 ədəd hər biri 500 manat dəyərində olmaqla sep, 500 manat dəyərində tək bilərzik) özü ilə aparmışdır. Daha sonra aralarında mübahisə olanda İddiaçı bildirmişdir ki, həmin qızılları lombarda girov qoyaraq pul götürmüşdür. İddiaçı daha sonra həmin qızılları qaytarmamışdır. İddia ərizəsinə əlavə edilmiş video-disk həmin qızılların mövcudluğunu sübut edir. Göründüyü kimi cavabdeh İddiaçı qanunsuz hərəkətləri nəticəsində iddiaçı Cavabdeh2 5100 manat cehiz əşyalarına görə maddi ziyan dəymişdir. Həmçinin 7000 manat dəyərində qızılları özü ilə apararaq qaytarmamışdır. Bundan başqa hesab edir ki, cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və uşaqları mənəvi sarsıntılar keçirmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı Cavabdeh2 döyülməsi və hər dəfə təhqir edilməsi ilə bağlı polis şöbəsində şikayətlər araşdırma aparılmışdır. Cavabdeh iddiaçı Cavabdeh2 hər dəfə təhqir etmiş və onu bir neçə dəfə uşaqların gözü qabağında öldürməklə hədələmişdir. Nəzərə almaq lazımdır ki, İddiaçı adına silah vardır və hər dəfə həmin sılahla hədələmişdir. Onun bu əməllərindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və uşaqları əsəb və stress keçirtmişdir. İddia ərizəsinə əlavə edilmiş video disklərdən də görmək olar ki, hər dəfə İddiaçı Cavabdeh2 hədələməklə boğazından tutaraq boğmuşdur. Təqdim edilmiş video görüntülərdən də müəyyən edilir ki, İddiaçı Cavabdeh2 hədələyir. Ona görə ilki iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi, yəni cavabdeh İddiaçı 5100 manat məbləğində maddi ziyanın, o cümlədən 5000 manat məbləğində mənəvi ziyanın, dəyəri 4500 manat məbləğində olan (bir cüt sırğa, üzük, sep, bilərzik) 750 əyarlı qızıl komplekt, dəyəri 1000 manat məbləğində olan bir ədəd 583 əyarlı üzüyün, 2 ədəd hər birinin dəyəri 500 manat olan 583 əyarlı qızıl sep, bir ədəd 500 manat dəyərində 583 əyarlı tək bilərzik, qızıllar özləri olmadıqda 7000 manat pulun, ödənilmiş 141.30 manatın, ümumilikdə 17241,30 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin İddiaçı və onun vəkili Nümayəndə1 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək, onu təmin edilməsini xahiş etmişlər. İlkin iddia ilə bağlı bildirdilər ki, divan kreslo dəsti evdədir, lakin həmin divan kreslo dəsti Arifə xanım tərəfindən alınmayıb, soyuducu hazırda mübahisəli mənzildədir. İddia ərizəsində qeyd edilmiş kurtkaları iddiaçı özü Cavabdeh2 istifadə üçün vermişdir ki, həmin kurtkaların geri qaytarılmasına heç bir etirazları yoxdur. İlkin iddiada qeyd edilən digər tələblərə münasibətdə rədd edilməsini xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli BE-********** nömrəli zəmanət müqaviləsindən və ona əlavə edilmiş zəmanət talonundan görünür ki, İddiaçı X6 3/64QB markalı telefonu 259,99 manata almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞG/MT007/2023-00325 nömrəli sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə saat 14:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. Təklifin predmeti “ona məxsus olan əşyalarını və geyim şeylərini məhv etdiyiniz üçün, onun rahatlığını pozduğunuz üçün, onun evində yaşamağa imkan vermədiyiniz üçün ona vurmuş olduğunuz 30.000( otuz min) manat dəyərində maddi və mənəvi ziyanı könüllü surətdə ödəyəsiniz. Ona məxsus olan evin bağlı qapılarını acasınız” qeyd edilmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 anası olan İddiaçı və digər ailə üzvləri arvadı Cavabdeh2 və uşaqları ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 2016-c ildə Cavabdeh1 ilə evləndikdən sonra mübahisəli evə gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin evə aparmışdır. Onların birgə nikahlarından xx.xx.2018-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər həmin evdə birgə ailə şəraitində yaşamışlar. Sonradan onlar arasında ailə daxili mübahisə yaranmışdır. Cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıya məxsus kurtkaların və soyuducunun onların yaşadığı evdə qaldığını etiraf etmişlər ki, həmin əşyalar – iddia ərizəsində göstərilən 400 manat dəyərində kurtka, 200 manat dəyərində olan cins kurtka və Scaup Lorens markalı soyuducudan ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlaklarından yalnız bir qismi, yəni cavabdehlərin etiraf etdiyi hissədə əşyalar onda qalmışdır. Belə ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən əmlaklarının ona məxsus olması və cavabdehlərə birlikdə yaşayan zaman və aralarında baş vermiş mübahisə zamanı cavabdeh tərəfindən sındırılması və cavabdeh tərəfdə olması məhkəmə iclasında iddiaçının izahatı, cavabdeh tərəfin qismən etirafedici ifadəsi ilə qismən öz təsdiqini tapdığından həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın əmlakların və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, yalnız cavabdeh tərəfin etiraf etdiyi hissədə göstərilən əşyalar soyuducu və 2 ədəd kurtkalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, ilkin iddianın digər əşyalar 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq tələbi hissəsini, eyni zamanda qarşılıqlı iddia ərizəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasını və ya cavabdehlər tərəfindən məhv edilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Eyni zamanda qarşılıqlı iddia tələbində qeyd edilmiş halların, yəni T. Z. Məmmədovaya məxsus cehiz əşyalarının iddiaçı A.B. Məmmədova tərəfindən qırılması və satılmasını, qızıl zinət əşyalarının lombarda girov qoyulmasını sübut etmə vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Qeyd edilən hallara dair sübutlar ilkin və qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, tərəflər bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, ilkin iddia ərizəsi üzrə iddia tələbinin və qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında izah edilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə, həmçinin iddianın "500 manat vəkil xidmət haqqının cavabdehdǝn alınması" hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 73 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 250 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manat alınıb İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31,80 manat pul, 50 manat mediasiya xərci, 250 manat vəkil xidmət haqqı iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manat alınıb İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun əvəzi qismində 31,80 (otuz bir manat səksən qəpik) manat, mediasiya xərcinin əvəzi qismində 50 manat, vəkil xidmət haqqının əvəzi qismində 250 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1495/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1495/2024
21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver