Məhkəmə qərarları › İş №2(076)-15/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-15/2025

02.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-15/2025 02.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının müəyyənləşdirilməklə, naturada bölünməsi və ara sərhəddinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan və Şəmkir rayonu Çənlibel kəndində yerləşən 1.0 ha torpaq sahəsindən cavabdehlərin zəbtindən azad edilməsinə, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasına və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Qasımalılar kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 53 nömrəli qərarına əsasən cavabdehlərə və mərhum X4 Şəmkir rayonu Çənlibel kəndi ərazisində 4.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 05 aprel 2006-cı il tarixdə həmin torpaq sahəsinin 1.0 ha hissəsini mülkiyyətçilərinin razılığı ilə mərhum X2 alqı-satqı müqaviləsi əsasında satın almışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ona və cavabdehlərin mülkiyyətinə Şəmkir rayonu Çənlibel kəndi ərazisində 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, cavabdehlər hazırda ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Artıq 3 ildir ki, ona məxsus torpaq sahəsindən istifadə edə bilmir, bununla da əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. O, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan və Şəmkir rayonu Çənlibel kəndində yerləşən 1.0 ha torpaq sahəsindən cavabdehlərin zəbtindən azad edilməsinə, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasına və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Çənlibel kəndində yerləşən 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1.0 ha torpaq sahəsi üzrə payının müəyyənləşdirilməklə, naturada bölünərək ara sərhədinin müəyyən edilməsinə və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, mərhum İslam Rzayevdən 2006-cı ildə torpaq sahəsi almışdır. Torpaq alınan zaman 1.5 hektar torpaq sahəsi üzrə alqı-satqı əməliyyatı həyata keçirilmişdir. Həmin alqı-satqı zamanı torpaq sahəsinin satılmasına digər mülkiyyətçilər də razılıq bildirmişlər. Alqı-satqı müqaviləsi notariat orqanında rəsmiləşdirilmiş və bu barədə sənəd təqdim edilmişdir. Lakin bir müddət sonra sənədləri nəzərdən keçirdikdə müəyyən etmişdir ki, torpaq sahəsinin miqdarı sənədlərdə 1,5 hektar əvəzinə 1 hektar göstərilmişdir. Qanunları bilmədiyi üçün həmin 1 hektar torpaq sahəsini sənədləşdirmiş və bu torpaq sahəsi üzrə çıxarış almışdır. İslam Rzayevin vəfatından sonra isə onun arvadı və övladları Şəmkir rayonu Çənlibel kəndində yerləşən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə maneçilik törətmişlər. Belə ki, cavabdehlər torpaq sahəsindən istifadə etməsinə imkan verməmişlər. Nəticədə, 2022-ci ildən bu günə qədər həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı tərəfindən təqdim edilmiş çıxarış saxtadır. Belə ki, 2006-cı il tarixli alqı-satqı müqaviləsi də saxtalaşdırılmış sənəddir. O, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mübahisələndirilməsi fikrindədir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, onun atası və anası onlara məxsus torpaq sahəsini İlqar Musayevə satmamışlar. Həmin alqı-satqı müqaviləsi saxtadır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2,5021 ha torpaq sahəsinin İddiaçı 1 ha, X3 0.2145 ha, Cavabdeh3 0.2145 ha, X10 0.2145 ha, X11 0.2145 ha, Cavabdeh5 0.2145 ha, Cavabdeh1 qızına 0.2145 ha, Cavabdeh6 Tahir qızının 0.2145 ha, X8 0.2145 ha mülkiyyətindədir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-268/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 cavabdeh İddiaçı qarışı 4Ə-220 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və qanunsuz zəbt edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2006-cı il tarixdə Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisində 4Ə-220 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 nömrəli qərarı ilə JN–250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında ona və ailə üzvülərinə məxsus olan, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1.0 hektarını İddiaçı 9200 manata satmışdır. 4Ə-220 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X14 atası X3 adına JN–250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1.0 hektarının satılmasına etiraz etməmişdir. 4Ə-220 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X15 atası X3 adına JN–250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1.0 hektarının satılmasına etiraz etməmişdir. 4Ə-220 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X15 atası X3 adına JN–250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1.0 hektarının satılmasına etiraz etməmişdir. 4Ə-220 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, X12 atası X3 adına JN–250 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda olan 4.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 1.0 hektarının satılmasına etiraz etməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş, Məhkəmə Eksperitza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/3971 nömrəli ekspertin rəyindən görünür ki, Azərbaycan Respublikas İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-1102/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şəmkir rayon Çənlibel kəndi ərazisində yerləşən və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüququn dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında tərəflərin ümumi birgə mülkiyyətində olan 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfindən iddiaçı X7 məxsus payının naturada ayrılması mümkündür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2,5021 ha torpaq sahəsinin 1 ha hissəsi İddiaçı, 0,2145 ha hissəsi X3, 0,2145 ha hissəsi Cavabdeh3, 0,2145 ha hissəsi X9, 0,2145 ha hissəsi X8, 0,2145 ha hissəsi Cavabdeh5, 0,2145 ha hissəsi Cavabdeh1 və 0,2145 ha hissəsi Cavabdeh6 Tahir qızının paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2.5021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ayrılması da mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı, X3, Cavabdeh3, X9, X8, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 Tahir qızının paylı mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2.5021 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı torpaq sahəsinin şimal tərəfindən naturada ayrılaraq ona verilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı, X3, Cavabdeh3, X9, X8, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh6 Tahir qızının paylı mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 2.5021 ha torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxeminə uyğun olaraq İddiaçı payı 1 ha torpaq sahəsi şimal tərəfindən naturada ayrılaraq ona verilsin. Cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar