Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1589/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" KB ASC–nin cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 (cavabdeh X7 qanuni nümayəndəsi) qarşı cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 və Cavabdeh27 qarşı cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların evdən çıxarılmaqla, həmin evin boşaldılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin və yetkinlik yaşına çatmayan ailə üvzlərinin Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, onların evdən çıxarılmaqla, həmin evin boşaldılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 yetkinlik yaşına çatmayan ailə üzvü X7 Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, onların evdən çıxarılmaqla, həmin evin boşaldılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 yetkinlik yaşına çatmayan ailə üzvü X7 Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–2363/2015 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixli 016KV/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli 016KV/12 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər X3 və X4 müştərək qaydada 29.618,17 (iyirmi doqquz min altı yüz on səkkiz dollar on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 3.766,84 (üç min yeddi yüz altmış altı dollar səksən dörd sent) ABŞ dolları faiz borcu, 690 (altı yüz doxsan dollar) ABŞ dolları cərimə borcu və xx.xx.2014-cü il EKT- 2014-03 saylı Əlavə Kredit Xətti və Bank Hesabı müqaviləsi üzrə 3.949,45 (üç min doqquz yüz qırx doqquz manat qırx beş qəpik) manat əsas kredit borcu, 343,01 (üç yüz qırx üç manat bir qəpik) manat məbləğində faiz borcunun alınıb "xxxx" Kommersiya Bankı ASC–yə verilməsi, tələbin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2012–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 80.000 manat qiymətləndirilmiş X5 mülkiyyətində olan Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinə və onun üzərində yerləşən 126.9 kv.m yaşayış, 72.05 kv.m köməkçi sahədən ibarət olan 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına qeyd olunan borcun alınıb "xxxx" Kommersiya Bankı ASC– yə verilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsi və onun üzərində yerləşən 126.9 kv.m yaşayış, 72.05 kv.m köməkçi sahədən ibarət olan 10 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin evdən çıxarılması qət edilmişdir. Bundan sonra Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evini təmsil etdiyi bank hərrac vasitəsilə almışdır. Bu barədə Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli Çıxarış verilmişdir. Lakin cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 yetkinlik yaşına çatmayan ailə üzvü X8 hazırda həmin evdə qeydiyyatdadırlar. Bu hal isə iddiaçı bankın mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı bank faktiki olaraq mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Halbuki, milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüququndan sərbəst istifadə etmək hüququ vardır. Odur ki, iddiaçı bankın mülkiyyətində olan, Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 yetkinlik yaşına çatmayan ailə üzvü X7 istifadə hüquqlarına xitam verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 (cavabdeh X7 qanuni nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri, qanuni qüvvədə olan məhkəmə qətnaməsini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)– 2363/2015 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixli 016KV/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli 016KV/12 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər X3 və X4 müştərək qaydada 29.618,17 (iyirmi doqquz min altı yüz on səkkiz dollar on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 3.766,84 (üç min yeddi yüz altmış altı dollar səksən dörd sent) ABŞ dolları faiz borcu, 690 (altı yüz doxsan dollar) ABŞ dolları cərimə borcu və xx.xx.2014-cü il EKT-2014-03 saylı Əlavə Kredit Xətti və Bank Hesabı müqaviləsi üzrə 3.949,45 (üç min doqquz yüz qırx doqquz manat qırx beş qəpik) manat əsas kredit borcu, 343,01 (üç yüz qırx üç manat bir qəpik) manat məbləğində faiz borcunun alınıb "xxxx" Kommersiya Bankı ASC–yə verilməsi, tələbin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2012–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 80.000 manat qiymətləndirilmiş X5 mülkiyyətində olan Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinə və onun üzərində yerləşən 126.9 kv.m yaşayış, 72.05 kv.m köməkçi sahədən ibarət olan 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına qeyd olunan borcun alınıb "xxxx" Kommersiya Bankı ASC–yə verilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsi və onun üzərində yerləşən 126.9 kv.m yaşayış, 72.05 kv.m köməkçi sahədən ibarət olan 10 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin evdən çıxarılması cavabdehlərdən müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 30 (otuz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb "xxxx" Kommersiya Bankı ASC–yə verilməsi qət edilmişdir. İşdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticələri haqqında xx.xx.2016–cı il tarixli Y–275 nömrəli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı–satqısı barədə xx.xx.2016–cı il tarixli müqavilədən görünür ki, Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 10 saylı fərdi yaşayış evini "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti 51.000 manata satın almışdır. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Cavanşir küçəsində 0.2044 ha torpaq sahəsində yerləşən, 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh28, Cavabdeh29 və X1 şəhəri, Cavanşir küçəsi, 10 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bank Şəmkir şəhəri, Cavanşir küçəsində 0.2044 ha torpaq sahəsində yerləşən, 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evini hərracın nəticələri haqqında xx.xx.2016–cı il tarixli Y–275 nömrəli protokola və hərracın yekunları üzrə əmlakın alqı–satqısı barədə xx.xx.2016–cı il tarixli müqaviləyə əsasən açıq hərracdan almışdır. Seriya RX RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti qeyd olunan daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən mübahisəli ev və torpaq sahəsi tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə qeydiyyatdadırlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi üzərində cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin bankın xeyrinə yüklü edilməsinə dair ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyan ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh28, Cavabdeh29 və Cavabdeh13 yetkinlik yaşına çatmayan ailə üzvü X7 Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən 0,2044 ha torpaq sahəsinin üzərində olan 198.95 kv.m ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(076)-1589/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1589/2024
04.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver