Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1900/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh X2 və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, onun övladları Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsinə və həmin fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli, 2(076)-1579/2023 saylı qətnaməsi ilə cavabdeh X2, o cümlədən xx.xx.2007ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birgə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanına istifadə hüquqları tanınmış və həmin ünvana köçürülmüşlər. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qeyd edilən qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır və cavabdeh övladları ilə birgə qeyd edilən ünvana köçürülmüşdür. İddiaçı cavabdeh və övladlarının qeyd edilən ünvana dair istifadə hüquqlarına xitam verilməsi üçün Şəmkir Rayon Məhkəməsində “İstifadə hüququna xitam verilməsinə dair” iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-3942/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Rədd edilmənin əsası kimi cavabdeh və övladlarının başqa yaşayış yerinin olmaması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17inin 03 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “əmlaka dair arayışın verilməsi” barədə arayış cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etmiş və xx.xx.2022-ci il tarixdə isə qeyd edilən mənzil aidiyyatı qurum tərəfindən cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Şəmkir Rayon Məhkəməsinin cavabdehin və himayəsində olan övladlarının iddiaçıya məxsus mənzilə dair istifadə hüquqlarının tanınmasına dair xx.xx.2013-cü il tarixli qətnaməsinin, o cümlədən iddiaçının cavabdehə qarşı olan istifadə hüququna xitam verilməsinə dair iddia tələbinin rədd edilməsinə dair Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin əsasını cavabdeh və övladlarının yaşayış sahəsinə olan ehtiyaclarının mövcudluğu və başqa yaşayış yerlərinin olmaması kimi qeyd edilmişdir. Cari situasiyada cavabdehin bu ehtiyacı artıq aradan qalxmış və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etmiş və xx.xx.2022-ci il tarixində isə qeyd edilən mənzil aidiyyatı qurum tərəfindən cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Hazırda cavabdehin şəxsi mülkiyyətində olan mənzili mövcuddur. Nəticə etibarı ilə cavabdeh və onun övladlarının iddiaçıya məxsus mülkə dair istifadə hüquqlarının tanınmasına səbəb olan hal, yəni yaşayış sahəsinə ehtiyaclarının olmalarına dair hal cavabdehin alqı-satqı müqaviləsi əsasında özünə mənzil alması ilə aradan qalxmışdır. Cavabdeh və onun övladlarının iddiaçıya məxsus mülkə istifadə hüquqlarının saxlanması, istifadə etmələri, o cümlədən yaşamaları artıq hüquqdan sui-istifadədir və məhkəmə qətnaməsi ilə bu hüquqa xitam verilməklə, mülkdən çıxarılmalıdırlar. Odur ki, cavabdehlər X2, onun övladları Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsinə və həmin fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmaısnı xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmaısnı xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, qaynı İddiaçı onun və uşaqları Cavabdeh2 və Cavabdeh3 Şəmkir rayonu, Əliyaqublu kəndi, İsrafil Mommədov küçəsi, 9 №-li evdən istifadə hüquqlarını mübahisələndirmiş, tələbinin hüquqi əsası kimi onun Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev-34B, 1 saylı mənzili almasını göstərmişdir. İddianı əsassız hesab edir. Belə ki, Gəncə şəhərində mənzili onun Rusiyada yaşayan yeznəsi özü üçün almış, sonrakı özgəninkiləşdirməni onun Azərbaycanda yaşamasından istifadə edərək asanlaşdırmaq üçün mənzili formal olaraq onun adına qeydə aldırmışdır. O, qayını İddiaçı bu alqı-satqıdan özü üçün bəhər götürmək istəməsini, yəni ona qarşı iddia qaldrmasını gördükdən sonra yeznəsinə müraciət edərək, mənzili onun adından çıxartdırmışdır. Hazırda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev-34B, 1 saylı mənzil adında deyildir. O, Şəmkir rayonu Əliyaqublu kəndində daimi qeydiyyatda olmaqla yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə həmin kənddə yaşayır. Özü Şəmkir rayon X1 şöbəsində tibbi bacısı işləyir. Uşaqları isə Şəmkir şəhərndə yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil alırlar. Yaşadıqlar mənzildən başqa yaşamağa başqa yaşayış sahələri yoxdur. Hesab edir ki, iddiaçının qeyd etdiyi hal onun daimi yaşayış yerindən məhrum ediməsi üçün əsas deyil. Beləliklə, İddiaçı ona və uşaqlarına qarşı tələbi əsassız olduğundan təmin edilə bilməz. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi (vəkil) X8 iddianı müdafiə edərək, cavabdeh Kəmalə İbrahimovanın izahatına uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmaısnı xahiş etdi. Məhkəmə tərəflərin izahatları, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-266/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X4 xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birlikdə İddiaçı adına qeyd edilmiş ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınmasına dair Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli, 2(076)-1579/2013 saylı qətnaməsindən cavabdeh İddiaçı və üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 3942/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qıızna qarşı Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17i 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin adlarına ümumibirgə mülkiyyət hüququ ilə JN-2856 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin adlarına ümumibirgə mülkiyyət hüququ ilə JN-1783A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayonu Yeni-Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzil Gəncə şəhəri 6 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-574 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********29-093001 reyestr nömrəli hüuquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4Ə-513 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********29- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, nizami rayonu, Yeni Gəncə qəəsbəsi, ev-34B, mənzil-1 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m olan mənzilini X7 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17i 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş əmlaklar barəsində məlumat verilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4989/2023 saylı arayışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan Şəmkir rayon İHB-nin Əliyaqublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir sejtoru Cahangir Rüstəmov adına tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 29 saylı arayışdan görünür ki, Cavabdeh2 2023-2024-cü tədris ilində Cahangir Rüstəmov adına şəhər tam orta məktəbin 11ci sinfində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir sejtoru Cahangir Rüstəmov adına tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 30 saylı arayışdan görünür ki, Cavabdeh3 2023-2024-cü tədris ilində Cahangir Rüstəmov adına şəhər tam orta məktəbin 10cu sinfində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1998-ci ildən hal-hazıradək Şəmkir rayon X1 şöbəsində tibbi bacısı işləyir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 İddiaçı qardaşı X15 ilə 2006-cı ildə faktiki evlənərək nikahlarını 24 avqust 2007-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh1 hazırda İddiaçı adına olan və Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı Kəmalə İbrahimova ilə Ramil Əliyevin birgə nikahlarından xx.xx.2007ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları doğulmuşdur. Cavabdehlə iddiaçının qardaşı Ramil Əliyev arasında olan nikah xx.xx.2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1579/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-3942/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etdiyini, həmin mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alındığını göstərərək, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsini və evdən çıxarılmalarını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən müddəalar əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarının tələblərinə görə yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələri, həmin tarixədək yaranmış münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbi şamil edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyil, hüquqa xitam verilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. İşin mübahisə edilməyən faktiki hallarından görünür ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınmışdır. Hazırda cavabdehlər mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə edirlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etməsini, xx.xx.2022-ci il tarixdə isə qeyd edilən mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmasını, cavabdehlərin iddiaçıya məxsus mülkə dair istifadə hüquqlarının tanınmasına səbəb olan halın, yəni yaşayış sahəsinə ehtiyaclarının olmalarına dair halın Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında özünə mənzil alması ilə aradan qalxdığını bildirərək, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsini tələb etmiş olsa da, Cavabdeh1 mülkiyyətində ayrıca mənzil olmasına, cavabdehlərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında Cavabdeh1 tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının tələbinin hüquqi əsası kimi göstərdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev-34B, 1 saylı mənzilin xx.xx.2023-cü il tarixli, 4Ə-513 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh1 tərəfindən X7 bağışlandığı, hazırda Cavabdeh1 adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmadığı, cavabdehlərdən Cavabdeh1 Şəmkir rayon X1 şöbəsində tibbi bacısı işləməklə, yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil almaqla yanaşı cavabdehlərin daimi yaşayış yerinin İddiaçı adına qeyd edilmiş ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan övladlarının Şəmkir Rayon Məhkəməsinin 2(076)-1579/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürüldükləri, cavabdehlərin bugünədək iddiaçıya məxsus evdə yaşamaları müəyyən olunduğundan, eləcə də cavabdehlərdən Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsi olması, bu baxımdan cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə halhazıradək cavabdeh X2 müvafiq olaraq Şəmkir rayonu ərazisində işləməklə, yetkinlik yaşına çatmayan cavabdehlərin isə Şəmkir rayonu ərazisində yerləşən orta məktəbdə təhsil almaqla iddiaçıya məxsus evdə yaşadıqlarından onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1579/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürüldüklərindən onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı yalnız cavabdehlərə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1900/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1900/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver