Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2147/2023 22.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən stifadə hüququna xitam verilməsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ona məxsus olan və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməklə, istifadə hüququna xitam verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayonu, Seyfəli kəndində yaşayır, həmin yaşayış evi və torpaq sahəsi ona məxsusdur. Ancaq Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Həmin evə mülkiyyət gözləntiləri var. Cavabdeh onun keçmiş gəlinidir. 21 oktyabr 2022-ci il tarixli Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən 2023-cü ilin may ayında Şəmkir rayon İcra şöbəsi tərəfindən qanunsuz şəkildə onun yaşadığı mənzilə köçürülmüşdür. Qanunsuz şəkildə köçürülməsi onunla əsaslandırılmışdır, icra şöbəsi məhkəmə qətnaməsini bir kənara atmış, cavabdehin mənzilə köçmək istəyib-istəməməsini araşdırmamışdır. Həmin müddət ərzində də cavabdeh ölkə xaricində olmuş, orada ailə qurmuş, mənzilə sahib olmuşdur. Düşünmüşdür ki, istədiyi vaxt gedib köçürülə bilər. Bunu düşünəndə isə icra şöbəsinin qanun pozuntusuna yol verəcəyi ona məlum olmuşdur. İcra şöbəsində isə təzələnmiş icra vərəqəsi olmamışdır. Belə ki, məhkəməyə hansı əsasla müraciət edərdilər ki, icra vərəqəsini təzələyin. Bu zaman icra şöbəsindən soruşulardı ki, hansı səbəbə indiyə kimi icra etmədən icra sənədini saxlamısınız? Hansı icra tədbirləri görübsünüz? Nəyə görə cavabdehin təqsiri üzündən icra sənədini icra olunmadığı halda məhkəməyə qaytarmamısınız? Cavabdehin ailə qurması ilə bağlı onlarda foto-şəkillər vardır. Beləliklə də hesab edir ki, onun yaşayış yeri vardır və digər yaşayış yerinə ehtiyacı yoxdur. Daha sonra İddiaçı nümayəndəsi X1 ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmiş və Cavabdeh 6000 manat kompensasiya ödənilməklə, İddiaçı məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı və dəqiqləşdirmə barədə ərizəni müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və məhkəmə iclasında iddiaçı tərəfindən verilən 6000 ( altı min) manatı iddiaçıdan qəbul etdi. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023–cü il tarixli, 408 nömrəli arayışından görünür ki, İddiaçı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın yaşadığı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2306/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2021-ci tarixli, 2(076)-1194/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilib. Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2021-ci tarixli, 2(076)-1194/2021 saylı qətnaməsi ləğv edilib. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilib. İddiaçı Cavabdeh azyaşlı uşaqları ilə birlikdə cavabdeh X2 və İddiaçı faktiki istifadəsində olan və yaşadıqları Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 2018-ci ildə nikaha daxil olaraq, mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından uşaqları doğulmuşdur. Məhkəmə qətnaməsinə əsasən iddiaçı Cavabdeh azyaşlı uşaqları ilə birlikdə cavabdeh X2 və İddiaçı faktiki istifadəsində olan və yaşadıqları Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Lakin, tərəflər arasında olan münaqişələr səbəbindən hazırda cavabdeh həmin evdə yaşamır. İddiaçı da aralarında olan münaqişələrin kəskin olması səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdeh 6000 manat kompensasiya təklif edir. Hesab edir ki, cavabdeh ev almaq istəyir və bu məbləğ yetərli məbləğdir. 6000 manat kompensasiya məbləği ədalətlidir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razıdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə gözlənilən mülkiyyət hüququ olduğundan, və kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği cavabdehin həmin kənddə yeni ev almasına imkan verir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdeh də o məbləğlə razılaşdığından, iddia təmin edilməli, İddiaçı tərəfindən 6000 manat kompensasiya verilməklə Cavabdeh Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən 6000 (altı min) manat kompensasiya verilməklə Cavabdeh Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2147/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2147/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver