Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2458/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2825 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin və 48,65 manat dövlət rüsumu olmaqla, cəmi 2873,65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "VAZ 21063" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 398-ci kilometrliyində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş və nəticədə "VAZ 21070" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və "VAZ 21070" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ağır xəsarət yetirmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı İX X14 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla "VAZ 21063" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 21070" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə 2650 manat, "VAZ 21070" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 1500 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221778 saylı, xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən 1325 manat və İAS221778 nömrəli akta 1 saylı əlavəyə əsasən 1500 manat, ümumilikdə müvafiq sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 2825 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı "VAZ 21063" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnarnə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək, izahatında bildirmişdir ki, iddianı qəbul edir, iddiaçı qarşısında yaranmış 2825 manat borcunu hissə-hissə ödəməyə razıdır, lakin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ondan tutulmasına razı deyildir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AE seriyalı 327036 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan AB seriyalı, 488858 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. İş materiallarında olan PME********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, «VAZ-21063» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari qaydada sığorta olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən yekun sığorta haqqı 42,5 manat, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir sığorta hadisəsi üzrə 5000 manat müəyyən edilmişdir. Müqavilə üzrə tərəflər: sığortaçı - "xxxx" ASC və sığortalı – X3r. İş materiallarında olan AC seriyalı 606787 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 ABC kateqoriyalı sürücülük hüququ vardır. İş materiallarında olan AA seriyalı, 449871 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21070” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti X9 tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «VAZ-21070» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 2650 manat təşkil edir. İş materiallarında olan sığorta aktlarının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 dəymiş zərərə görə 1500 manat və «VAZ -21070» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1325 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh DİN-nin Bİ və Tİ-nin Yol Nəqliyyat hadisələrinə dair İstintaq və Təhqiqat şöbəsində verdiyi izahatından, eləcə də məhkəmə iclasında vediyi izahatından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 onun nənəsidir və hadisə zamanı o həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində Cavabdeh tərəfindən müvafiq etibarnamə olmadan idarə olunan «VAZ-21063» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, «VAZ-21070» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi zərər dəymiş, eyni zamanda «VAZ-21063» markalı avtomobildə olan sərnişin, sürücü Cavabdeh və «VAZ-21070» markalı avtomobilin sürücüsü X7 xəsarət almışdır. Baş vermiş hadisə zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında icraat aparılmışdır. "xxxx" ASC tərəfindən X5 mülkiyyətində olan «VAZ-21070» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə və sağlamlığına dəymiş ziyana görə ümumilikdə 2825 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 2825 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 48,65 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2825 (iki min səkkiz yüz iyirmi beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,65 manat (qırx səkkiz manat altmış beş qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2458/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2458/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver