Məhkəmə qərarları › İş №2(076)-3812/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3812/2025

12.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3812/2025 12.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi İddiaçı: İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 14 noyabr 1995-ci ildə vəfat etmiş mərhum X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsasladırmışdır ki, o İddiaçı xx xxxxx 1972-ci ildə anadan olmuş, X2, anası X1r. ünvan 2 ünvanında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi onun, mərhum qardaşı X5, oğlu X7 və qızı X4 paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi evi isə mərhum X2 tərəfindən inşa edilmişdir. O və qardaşları həmin evdə doğulub, böyümüşlər. X2 14 noyabr 1995-ci ildə, anası Cavabdeh2 İsrafil qızı 09 sentyabr 2024-cü ildə vəfat etmişlər. X2 vəfat etdikdən sonra ondan miras qalmış evdə yalnız o və mərhum anası yaşamışlar və sahib çıxmışlar. Belə ki, qardaşları hələ atasının sağlığında ayrılaraq başqa evlərdə yaşamışlar, atası vəfat edərkən isə Rusiya Federasiyasında olmuşlar. Ondan və anasından başqa mərhum atasından qalmış miras evdə heç kim yaşamamışdır. O özü atasından miras qalmış əmlakı idarə etmiş və illərdir övladları ilə birlikdə orada yaşayır. O miras evin yerləşdiyi torpaq sahəsinə onun və digər paylı mülkiyyətçilərin hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vardır. O hazırda mərhum atası Nəsib Aslanovun vərəsəsi olaraq ondan miras qalmış fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhatənamə almaq istəyir. Bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş. Lakin, vərəsələr arasında mübahisə olduğundan ona vərəsəlik hüququ haqqında da şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də mərhum X2ndan miras qalmış əmlaka vərəsə tanınmağı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atasından miras qalmış ev onun tərəfindən faktiki qəbul olunmuş və təyinatına uyğun istifadə etmişdir. Lakin cavabdehlər ilə arasında mübahisə olduğu üçün notariat orqanı ona miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və maraqlı şəxs Şəmkir rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 İsrafil qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı və payları müəyyənləşdirilən X7, X4, X5 mülkiyyətinə verilmişdir. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, miras əmlakı qəbul etmək üçün iddiaçı Notariat Kontoruna müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğu üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan Şəmkir rayonu qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 arvadı Cavabdeh2 İsrafil qızı(vəfat edib), oğlu X10(vəfat edib), qızı İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanova (Əhmədova) Sədaqət Nəsib qızı xx.xx.1972-ci il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 ilə Məmmədova (Aslanova) Xədiycə İsrəfil qızı xx.xx.1971-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddiaçının izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X9 iddiaçının atası olmuşdur. Həmçinin müəyyən edilir ki, mərhum X3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X3 qalan mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı mərhum atasından miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı, mərhum X2ndan miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar