Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3827/2024 04.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh qarşı “doğum haqqında akt qeydinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağın doğum haqqında akt qeydinin qismən, yəni ata qrafası hissəsində ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1171/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 17 oktyabr 2023-cü ildə doğulmuş, X1 atası olması faktının müəyyən edilməsi, cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 250 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manatın və dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş X1 bioloji atası olması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əvvəlki iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş X1 bioloji atası olması müəyyən edilmişdir. İddiaçı əvvəlki iddianın təmin edilməsinə əsas olmuş halların aradan qalxdığını, yəni həkim müayinəsi nəticəsində uşağı ola bilməyəcəyini təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etmiş olsa idi, hazırki iddia ərizəsinə məhkəmədə baxılması mümkün olardı. Lakin, iddiaçı bu barədə sübutlarını iddia ərizəsinə əlavə etmədiyindən, eləcə də onun hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “doğum haqqında akt qeydinin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3827/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3827/2024
04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver