Məhkəmə qərarları › İş №2(076)-392/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-392/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-392/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə İddiaçı: "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh: Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Fərdi yaşayış evinin boşaldılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Fərdi yaşayış evinin boşaldılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2, X3 və X2 çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100.80 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" KB ASC hərrac vasitəsi ilə Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********17-10301 reyestr nömrəli çıxarışla iddiaçı"xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evikredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışına əsasən X3 və X1 şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2, X3, X4 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nədə ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3,Cavabdeh2, X3 və X2 həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2,X3 və X2Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Bundan sonra iddiaçı "xxxx"ASC tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Cavabdeh4 faktiki olaraq Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində yaşadığını bildirib iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100.80 manat məbləğində pulun cavabdehlərdəıı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddia ərizəsinin dəlillərini müdafiə edib əlavə olaraq izahatında göstərdi ki, 11 iyul 2016-cı il tarixli, Y-276 saylı hərracın yekunlarına dair protokoluna əsasən Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evi Unibank ASC tərəfindən əldə edilmişdir. Bundan başqa DƏDRX-nin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X9 Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən evin boşaldılması və Banka təhvil verilməsi üçün evin əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvlərinin X9 Cəmiyyətinin mülkiyyətində olan Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlər tərəfindən həmin fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin boşaldılması, evin və torpaq sahəsinin Unibank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, faktiki olaraq Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evində yaşayır və həmin əmlaklardan istifadə edir, qeyd edilən əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatı var, o iddiaçı banka olan borcunu hər ay 200 manat olmaqla ödəyir, ödəmələrdə heçbir gecikməsi olmamışdır, hazırda ailə üzvləri də həmin evdən və torpaq sahəsndən istifadə edir, həmin evdə hazırda Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 yaşayır və qeydiyyatdadırlar, odur ki iddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərdir. Məhkəmə işə iclasda iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və Cavabdeh3 izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02DM/18 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 0.0 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək ödəmək şərtilə 47791 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" KB ASC–nin adına qeyd edilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” nin hərracın nəticələri haqqında 11 iyul 2016-cı il tarixli, Y-276 saylı protokolundan görünür ki, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evini "xxxx" KB ASC 25500 manata satın almışdır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evini hərracın nəticələri haqqında 11 iyul 2016-cı il tarixli, Y-276 saylı protokola əsasən açıq hərracdan almışdır. ********** qeydiyyat nömrəli, **********17–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" KB ASC qeyd olunan daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən mübahisəli ev və torpaq sahəsi tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə faktiki olaraq yaşayırlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı sözügedən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvlərinin çıxarılmasını tələb etsə də, həmin şəxsləri cavabdeh kimi qeyd etməmiş və onların şəxsiyyəti barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Odur ki, iddia qismən təmin edilməli, fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün tutma ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi və torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinin bankın xeyrinə yüklü edilməsinə dair ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyan ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə yönəldilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" KB ASC–nin mülkiyyətində olan, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq iddiaçı "xxxx" KB ASC–yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Şəmkir şəhəri, Məmmədəli Əhmədov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar və həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmaqla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi cəmi 100.80 (yüz manat, səksən qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar