Məhkəmə qərarları › İş №2(076)-407/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-407/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-407/2025 05.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi) “payların naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəx DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi) “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Qədimqala kəndi ərazisində yerləşən 481 KOD 50411028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında birgə mülkiyyətə verilmiş 0,57 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 3/4 hissəsinin onların payına uyğun olaraq naturada ayrılması və onlara təhvil verilməsinə həmçinin naturada bölgü aparılarkən torpaq sahəsindən istifadə üçün gediş-gəliş yolunun nəzərdə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi) “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar