Məhkəmə qərarları › İş №2(076)-74/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-74/2025

10.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-74/2025 10.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “JN-2816 kod 50413005 saylı “Dövlət Aktı”na əsasən Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “JN-2816 kod 50413005 saylı “Dövlət Aktı”na əsasən Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Aqrar İstehsalat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarına əsasən JN-2816 kod 50413005 saylı “Dövlət Aktı”na əsasən 0.28 ha torpaq sahəsində olan payları naturada bölünərək üçdən iki hissəsini ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində mərhum X1na, ona və keçmiş həyat yoldaşı olmuş Cavabdeh kənd təsərrufatı məhsullarının istehsalı üçün 0.28 ha torpaq sahəsi verilmişdir. Həmin Torpaq sahəsini onların birgə mülkiyyətinə verilməsinə dair, Şəmkir Rayon Aqrar İstesalat Komisiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarına əsasən JN-2816 kod:50413005 saylı "Dövlət Aktı” tərtib edilmişdir. JN-2816 kod:50413005 saylı "Dövlət Aktı"nda adı qeyd edilən mərhum X5 atasıdır. X1 xx.xx.2014-cü il tarixində dünasını dəyişmişdir. xx.xx.2016-cı il tarixində Şəmkir Rayon Notariat ofisində 274 saylı vərəsəlik işi açılaraq mərhum X2 tək vərəsəsi o müəyyən edilmişdir. Cavabdeh onun həyat yoldaşı olmuşdur. Cavadeh ilə onun arasında olan rəsmi nikah 2015-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. O cavabdehlə birgə yaşamır və birgə təsərufatı idarə etmirlər. Bu səbəbdən Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində mərhum X1na, ona və keçmiş həyat yoldaşı olmuş Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.28 ha torpaq sahəsində olan payların naturada bölünməsini istəyir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, birgə mülkiyyətdə olan torpaq sahəsinə dair payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib torpaq sahəsində olan payların müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN 2816 KOD 50413005 nömrəli “Dövlət Akt”ın surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.28 ha torpaq sahəsi X2, İddiaçı və Cavabdeh birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 655628 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində ölmüşdür. İş materiallarında olan AZ-İ 211225 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov İddiaçı Elnarə Oruc qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 116 nömrəsi ilə qeyd edilmişdir. İş materillarında olan Şəmkir rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 2211 nömrəli məktubundan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 qalmış miras əmlaka dair xx.xx.2016-cı il tarixdə 274 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli 3-21-3-40/2-4610/24 nömrəli DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən torpaq sahəsinin (JN 2816 KOD 50413005 nömrəli Mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən) 2/3 hissədə naturada ayrılması mümkündür. Torpaq sahəsinin qərb tərəfi (0.0933 ha) cavabdehin, şərq tərəfi isə (0.1866 ha) iddiaçının payına uyğundur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9430 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən torpaq sahəsinin (JN 2816 KOD 50413005 nömrəli Mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən) 2/3 hissədə naturada ayrılması mümkündür. Torpaq sahəsinin qərb tərəfi (0.0933 ha) cavabdehin, şərq tərəfi isə (0.1866 ha) iddiaçının payına uyğundur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, JN 2816 KOD 50413005 nömrəli Mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 0.28 ha torpaq sahəsi X2, İddiaçı və Cavabdeh birgə mülkiyyətindədir. İddiaçı paylarının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, tərəflərin, yəni birgə mülkiyyətçilərin hər birinin əmlakdan paylarının müəyyən olunması hüquqları vardır. Lakin birgə mülkiyyətçilər tərəfindən mülkiyyətdə payların müəyyən edilməsində razılıq əldə edilməmişdir. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları müəyyən edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmaqla müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 2816 KOD 50413005 nömrəli Mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında X2, İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndi, ərazisində yerləşən 0.28 ha torpaq sahəsinə X2, İddiaçı və Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. JN 2816 KOD 50413005 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında X2, İddiaçı və Cavabdeh birgə mülkiyyətində olan Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən 0.28 ha torpaq sahəsinə X2, İddiaçı və Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar